AZADİNFORM. Çexiyanın sabiq prezidenti Vaslav Havel 75 yaşında vəfat edib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, V.Havel ağciyər xərçəngindən dünyasını dəyişib.

AZADİNFORM. Pekində hakimiyyət mikrobloq istifadəçilərinin şəxsi detallarını qeydiyyatdan keçirməsini tələb edən yeni qaydalar tətbiq edir. «Azadinform» BBC-yə istinadən xəbər verir ki, «Twitter»in Çin ekvivalenti «Weibo»nun yeni istifadəçiləri bundan sonra qeydiyyat zamanı öz real adlarını açıqlamalıdırlar.

AZADİNFORM. Qahirədə polislə hökumət əleyhinə nümayişçilər arasında toqquşmalarda ən azı 50 adam yaralanıb.

AZADİNFORM. Manhetten federal məhkəməsi İran hakimiyyət orqanlarına qarşı ittiham aktı çıxararaq, onları 2001-ci il 11 sentyabr hadisələrində günahkar elan edib.

AZADİNFORM. Rusiya Dövlət Dumasının altıncı çağırış deputatlarının sırasında ən varlı biznesmenlər, yüksək rütbəli məmurlar, eləcə də aktrisa və «Playboy»un ulduzu Mariya Kojevnikovanın da adı var. «Azadinform» «The Daily Mail»ya istinadən xəbər verir ki, Mariya Dövlət Dumasına düşən erotik nəşrin ilk ulduzu deyil.

AZADİNFORM. Qazaxıstanın Manqistausk əyalətinin Janaozen şəhərində kütləvi iğtişaşlar baş verib. Qarşıdurmalar nəticəsində 5 nəfər ölüb. «Azadinform» xəbər verir ki, «LifeNews» 10-20 nəfərin öldüyünü xəbər verir. Sayt xəbər verir ki, polis maşını aksiya iştirakçılarının içinə doğru sürətlə çırpılıb.

AZADİNFORM. 18 illik danışıqlardan sonra Dünya Ticarət Təşkilatı Rusiyanı qəbul etməyə hazırlaşır. «Azadinform» «svobodanews.ru»a istinadən xəbər verir ki, Rusiya Təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin Cenevrədə keçirilən görüşündə rəsmi qoşulmaq təklifi alıb. Rusiya 1993-cü ildən bu quruma üzv olmağa cəhd göstərir.

AZADİNFORM. Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski prezidentliyə namizəd olmaq üçün zəruri olan bütün sənədləri bu gün MSK-ya təqdim edib.

AZADİNFORM. Rusiya Mərkəzi Seçki Komissiyası öncəgörən Nikolay Levişovun prezident seçkiləri yarışmasında iştirakına icazə verməyib. «Azadinform» xəbər verir ki, bu barədə RİA «Novosti» MSK-nın nümayəndəsinə istinadən məlumat yayıb. Komissiya bu qərarını Levaşovun son altı ildə Rusiya ərazisində yaşamağa başlaması ilə əlaqələndirib. O, 1995-2006-cı illərdə ABŞ-da yaşayıb. Qanuna görə, prezident olmağa iddialı şəxs son 10 ildə ölkədə yaşamalıdır.

AZADİNFORM. Yuliya Timosenkonun həbsxanadakı görüntülərinin təsvir olunduğu videokadrların yayılması Ukraynada siyasi qalmaqala səbəb olub. «Azadinform» «İTAR TASS»-a istinadən xəbər verir ki, videoçarxda göstərilir ki, həkimlər həbsxananın tibbi mərkəzindəki kamerada olan Timosenkoya baş çəkirlər, o isə çarpayıda uzanıb. Keçmiş baş nazir əllərini qaldıraraq otağa daxil olan kişiyə acıqlanaraq qışqırır.

AZADİNFORM. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa parlamentinin gündəliyinə gələcək layihəylə bağlı növbəti sərt reaksiya verib. Davudoğlu bu dəfə etirazını Fransa da daxil olmaqla Avropa Birliyi səfirlərinə ifadə edib.

AZADİNFORM. Əgər Rusiyada prezident seçkiləri bu bazar günü keçirilsəydi, onda ölkə vətəndaşlarının 42 faizi «Vahid Rusiya» partiyası tərəfindən seçkilərdə namizəd irəli sürülmüş baş nazir Vladimir Putinə səs verərdi. «Azadinform» «İnterfaks»a istinadən xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin dekabrın 11-13-də ölkənin 46 vilayətinin 138 yaşayış məntəqəsində keçirdiyi sorğunun nəticələri göstərib.

AZADİNFORM. Dağıstanda jurnalist Hacımurad Kamalov öldürülüb. O, gündəlik «Çernovik» nəşrinin təsisçisi olub. Nəşr hakimiyyəti tənqid edib, itən adamlarla bağlı araşdırma aparıb.

   
AZADİNFORM. İtaliyanın baş naziri Mario Monti Liviyanın 600 milyon avroluq hesabını yenidən aktivləşdirdiyini elan edib.

AZADİNFORM. Suriyada zorakılıq davam edir. Homs şəhərində bir tərəfdə evlər və mağazalar yandırıldığı halda, digər tərəfdə təhlükəsizlik qüvvələrinin öldürdüyü insanlar küçələrdə qalır. Eyni səhnələr paytaxt Dəməşqdə də yaşanır.

AZADİNFORM. Liviyanın Ankaradakı səfiri vəzifəsinə Əbdurrəzzaq Muxtar Əbdülqadir təyin edilib.

AZADİNFORM. Bu gün parlamentin aşağı, gələn həftə isə yuxarı palatasında səsvermə keçiriləcək. İtaliya hökuməti kəskin iqtisadi tədbirlərə görə parlamentdə yeni kabinetə etimad məsələsilə bağlı səsvermə keçirilməsini təklif edib.

AZADİNFORM. Rusiya baş naziri Vladimir Putinin sayca onuncu «canlı sual-cavab xətti» 4 saat 33 dəqiqə davam edib və indiyə qədər bu formada keçirilən sual-cavabın ən uzunu olub.

AZADİNFORM. ABŞ-da keçirilən son rəy sorğularına görə, respublikaçı prezidentliyə iddialı Nyut Qinqriç 10 faiz fərqlə rəqiblərini üstələsə də, Barak Obama ilə yarışda respublikaçı Mitt Romnidən geridə qalır.

AZADİNFORM. Rusiya və Gürcüstan arasındakı vasitəçilər bu gün regionda stabilliyə nail olmaq cəhdlərini dəstəkləyiblər. Qeyd edək ki, 2008-ci ildə iki ölkə arasındakı qısa müharibədən sonra münasibətlər gərgin həddə çatıb.

 
1013 səhifə 1126-dən (dan) << < 1009 1010 1011 1012 1013 1014 1015 1016 1017 > >>
 Xəbər lenti
22.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo