Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avrora” MMC şirkətinin əməkdaşını öldürməkdə ittiham olunan Elman Tağıyevin məhkəməsi başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Şirvan Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Hacıqabul rayon Dəmir Yolu Deposunun işçisi İlqar Quliyevin apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. “Azadinform” xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bərdə rayon sakini Şahmar Əhmədova hökm oxunub.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “GEN” MMC ilə bağlı cinayət işində təqsirləndirilən Fuad Kərimovun məhkəməsi başa çatıb.
|
Natiq Bağırov/AZADİNFORM. İslam Partiyasının sədri və digər üzvlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Bu barədə “Azadinform”a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.
|
Natiq Bağırov/AZADİNFORM. Quba rayonunda ağır cinayət hadisəsi baş verib. Bu barədə “Azadinform”a Quba rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonunun Vladimirovka kəndində qeydə alınıb.
|
Natiq Bağırov/AZADİNFORM. İslam Partiyasının sədri və digər üzvlərinin cinayət işi hakim icraatına verilib. Bu barədə “Azadinform”a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib. Məlumata görə, cinayət işi baxılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. İş üzrə hazırlıq iclasının vaxtı müəyyən edilməyib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə keçirilib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Əl-Qaidə” terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Qusar rayon sakini Rəhim Xaliddin oğlu Salmanovun məhkəməsi keçirilib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Şahbuz rayon sakini İlham Həsənovun məhkəməsi başa çatıb.
|
Natiq Bağırov/AZADİNFORM. Bakının Nəsimi rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
|
Natiq Bağırov/AZADİNFORM. Naxçıvan şəhər sakini Vüsalə Hüseynovanın mənzilindən 112 dollar, qızıl əşyası, 1 ədəd televizor, 1 ədəd mobil telefon və danışıq kartları oğurlanıb. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Naxçıvan şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Nəcməddin Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda humanitar yardım adı altında fəaliyyət göstərən “Qalaktika Kosmos” MMC-nin rəhbəri, Rusiya vətəndaşı Sevda Mustafayeva və şirkətin əməkdaşı Anar Eyvazovun cinayət işi üzrə məhkəmə keçirilib.
|
Atif Eyvazov/AZADİNFORM. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci ilin 6 ayı ərzində 565 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 20 cinayət işi başlanılıb, 75 nəfər məsuliyyətə cəlb olunub. MTN-nin ictimai əlaqələr mərkəzindən “Azadinform”a verilən məlumata görə, təkcə son bir ay ərzində “İran-Azərbaycan -Rusiya”, “İran-Azərbaycan–Rusiya-Ukrayna” və “İran-Azərbaycan-Türkiyə-Ukrayna” marşrutları üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 20 nəfər ifşa olunub, onlardan ümumilikdə 183 kiloqramdan artıq narkotik vasitə götürülüb.
|
Natiq Bağırov/AZADİNFORM. Bakının Nərimanov rayonunda cibgirliklə məşğul olan şəxs tutulub. Bu barədə “Azadinform”a Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsindən məlumat verilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “200” saylı xətt avtobusunda Yevlax rayon sakini Qara Hüseynovun cibindən 157 manat oğurlayan Şirvan şəhər sakini Teymur İslamov tutulub.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Səmədulla Əsədova hökm oxunub. “Azadinform” xəbər verir ki, məhkəmənin hökmü ilə Səmədulla Əsədov 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Oleq Zemçovun cinayət işi üzrə məhkəməsi başlayıb. “Azadinforum” xəbər verir ki, hakim Ağababa Babayevin sədrliyi ilə keçiriməsi nəzrədə tutulan məhkəmə baxışı iyulun 5-nə təyin olunub.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Dövlət Gömrük Komitəsinin və özəl şirkət əməkdaşlarından ibarət 11 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə keçirilib. “Azadinform” xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən propsesdə prokuror çıxış edib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı Sevinc Həsənovanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Rəbiyyət Osmanovanın və Şahlar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “Azadinform” xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şahlar Həsənov vəsatətlə çıxış edib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan İbrahim Hüseynov və Qasım Qiyamovun məhkəməsi başa çatıb.
|
|
|