Atif Eyvazov/AZADİNFORM. Bakı şəhəri, Nizami rayonunda Dəmir Yolu İdarəsinə məxsus Lokomotiv Deposunda istismar müddəti başa çatan elektrovozun kabinə hissəsi yanıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindən “Azadinform”a verilən məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri - 28 yaşlı İsrafil Kərimov və 32 yaşlı Rəşad Eyvazov naməlum şəxslər tərəfindən bıçaqlanıblar.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı sakini Sahib Əsgərəliyevin məhkəməsi başlayıb. “Azadinform” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Hacı Zeynalov/AZADİNFORM. Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova saxta diplom satdıqlarına görə tutulublar.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onunla birgə saxlanılan dostu Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda avtomobil oğruluğu edən şəxs tutulub. Yasamal rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini Murad Cavadov saxlanılıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən “Azadinform”a verilən məlumata görə, rayonun T.Hacıbəyov küçəsində yaşayan Vladimir Koralyovun evindən qapının şüşəsini sındırmaq yolu ilə 6 ədəd spirtli içki, 60 qutu siqaret, həmin küçədə yaşayan Esmira Osmanovanın mənzilindən pəncərədən keçmə yolu ilə 10 min manat və qızıl-zinət əşyaları oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakı şəhərində mənzillərdən birinə basqın edilib. Suraxanı rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Yeni Suraxanı qəsəbəsində baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 100 min ABŞ dollarını mənimsəməkdə təqsirli bilinən Kamil Bağırbəyova hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Kamil Bağırbəyov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov/AZADİNFORM. Azərbaycanda Türkiyə vətəndaşları oğurluq etdiklərinə görə tutulublar. “Azadinform” xəbər verir ki, Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlun Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Göyçay və Ucar rayon polis şöbələrinin birgə keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.

Hacı Zeynalov/AZADİNFORM. Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev və onun başçılıq etdiyi mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. “Azadinform” xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri protokollara dair qeydlərlə bağlı vəsatət veriblər. Hakimlərdə həmin vəsatətlə bağlı cinayət işini baxışdan çıxarılaraq baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul ediblər.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində qonşusunu öldürməkdə təqsirli bilinən Hüseyn Hüseynovun məhkəməsi başlayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Suraxanı rayonunda mağazadan oğurluq edilib. Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini Alverdi Rzayevə məxsus köşkdən qapını sındırmaq yolu ilə tütün məmulatları, internet və danışıq kartları oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda sayğac oğrusu yaxalanıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 saylı NQÇS-nə məxsus nəzarət məntəqəsindəki şkafdan hər birinin qiyməti 430 manat olan 7 ədəd sayğac naməlum şəraitdə oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nizami rayonunda cibgirliklə məşğul olan şəxslər tutulub. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən “Azadinform”a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Xalqlar Dostluğu” yarmarkasında Bakı şəhər sakini Afət İmanovanın cibindən oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakinləri Vasif İbrahimov və Samir Almuradov tutulublar.

Hacı Zeynalov/AZADİNFORM. Beyləqan rayonunda intihar hadisəsi baş verib. Beyləqan rayon Prokurorluğundan “Azadinform”a sverilən məlumata görə, rayonun 1-ci Şahsevən kənd sakini Sevinc Əbilova özünü kəndin ərazisindən keçən “Əsgər arxı” adlandırılan su kanalına atıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda səfirlik əməkdaşını qarət etməkdə günahkar bilinən şəxs tutulub. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Braziliya səfirliyində katib işləyən Braziliya vətəndaşı Daniella Cintra Chavesə məxsus 100 manat, mobil telefon, açarlar və şəxsi sənədlər “Tekilla” klubunda oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Gəncə şəhərində saxta diplom satmaqla məşğul olan şəxslər tutulub. “Azadinform” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rafiq Xudaquliyev və Bakı şəhər sakini Zahid Həsənov həbs olunublar.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nərimanov rayonunda keçmiş arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxs tutulub. Bu barədə “Azadinform”a Nərimanov rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, rayonun Z.Xəlil küçəsində Gümüş Abdullayevanı qətlə yetirmiş Elçin Babazadə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və istintaqa təhvil verilib.

 
381 səhifə 383-dən (dan) << < 377 378 379 380 381 382 383 > >>
 Xəbər lenti
24.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo