Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq edən Bakı sakini Elşən Cəfərovun məhkəməsi başlayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini İlkin Dadaşova hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə İlkin Dadaşov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Hacı Zeynalov/AZADİNFORM. Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, naməlum şəxslər Bakı şəhər sakini Lalə Rzaquliyevaya qarşı zor tətbiq edərək onun çantasını əlindən alıblar.

Hacı Zeynalov/AZADİNFORM. Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Atif Eyvazov/AZADİNFORM. Bakı şəhəri, Nizami rayonunda Dəmir Yolu İdarəsinə məxsus Lokomotiv Deposunda istismar müddəti başa çatan elektrovozun kabinə hissəsi yanıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindən “Azadinform”a verilən məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri - 28 yaşlı İsrafil Kərimov və 32 yaşlı Rəşad Eyvazov naməlum şəxslər tərəfindən bıçaqlanıblar.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı sakini Sahib Əsgərəliyevin məhkəməsi başlayıb. “Azadinform” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Hacı Zeynalov/AZADİNFORM. Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova saxta diplom satdıqlarına görə tutulublar.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onunla birgə saxlanılan dostu Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda avtomobil oğruluğu edən şəxs tutulub. Yasamal rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini Murad Cavadov saxlanılıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən “Azadinform”a verilən məlumata görə, rayonun T.Hacıbəyov küçəsində yaşayan Vladimir Koralyovun evindən qapının şüşəsini sındırmaq yolu ilə 6 ədəd spirtli içki, 60 qutu siqaret, həmin küçədə yaşayan Esmira Osmanovanın mənzilindən pəncərədən keçmə yolu ilə 10 min manat və qızıl-zinət əşyaları oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakı şəhərində mənzillərdən birinə basqın edilib. Suraxanı rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Yeni Suraxanı qəsəbəsində baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 100 min ABŞ dollarını mənimsəməkdə təqsirli bilinən Kamil Bağırbəyova hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Kamil Bağırbəyov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov/AZADİNFORM. Azərbaycanda Türkiyə vətəndaşları oğurluq etdiklərinə görə tutulublar. “Azadinform” xəbər verir ki, Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlun Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Göyçay və Ucar rayon polis şöbələrinin birgə keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.

Hacı Zeynalov/AZADİNFORM. Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev və onun başçılıq etdiyi mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. “Azadinform” xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri protokollara dair qeydlərlə bağlı vəsatət veriblər. Hakimlərdə həmin vəsatətlə bağlı cinayət işini baxışdan çıxarılaraq baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul ediblər.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində qonşusunu öldürməkdə təqsirli bilinən Hüseyn Hüseynovun məhkəməsi başlayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Suraxanı rayonunda mağazadan oğurluq edilib. Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini Alverdi Rzayevə məxsus köşkdən qapını sındırmaq yolu ilə tütün məmulatları, internet və danışıq kartları oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda sayğac oğrusu yaxalanıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 saylı NQÇS-nə məxsus nəzarət məntəqəsindəki şkafdan hər birinin qiyməti 430 manat olan 7 ədəd sayğac naməlum şəraitdə oğurlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nizami rayonunda cibgirliklə məşğul olan şəxslər tutulub. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən “Azadinform”a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Xalqlar Dostluğu” yarmarkasında Bakı şəhər sakini Afət İmanovanın cibindən oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakinləri Vasif İbrahimov və Samir Almuradov tutulublar.

 
333 səhifə 335-dən (dan) << < 329 330 331 332 333 334 335 > >>
 Xəbər lenti
23.07.2018
22.07.2018
 Arxiv
Iyul.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo