Hacı Zeynalov/AZADİNFORM. Bakıda narkotik alveri ilə məşğul olan şəxslər tutulub. Nərimanov rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Əsədov həbs edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində İran-Azərbaycan-Türkiyə-Rusiya marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb. AZADİNFORM xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Zeynal Myasnikov, Tacəddin Həsənov və Mehman Baxışovun apelyasiya şikayəti üzrə qərar açıqlanıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Əlizadə küçəsində yerləşən “Simpaty” gecə klubunda baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulub.

Hacı Zeynalov/AZADİNFORM. Bakı sakini qadınları İrana apararaq cinsi istismara məruz qoyması ilə bağlı tutulub. AZADİNFORM xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüxsarə Cavadova tutulub.

Hacı Zeynalov/AZADİNFORM. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Mingəçevir şəhər Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əlvan Qasımov münaqişə zəminində həmyerlisi İlkin Əliyevi bıçaqlayıb.

Hacı Zeynalov/AZADİNFORM. Siyəzəndə bıçaqlanma hadisəsi baş verib. Siyəzən rayon Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, şəhər sakini Abdulla Mehdiyev münaqişə zəminində həmyerlisi Elçin Əsgərova bıçaqla xəsarət yetirib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Ruslan Nuriyevə hökm oxunub. AZADİNFORM xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Nuriyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “Azadinform” xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı aprelin 27-nə təyin olunub.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzillərdən oğurluq etməkdə təqsirli bilinən Lerik rayon sakini Bağdagül Səmədovaya hökm oxunub.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində küllü miqdarda narkotik vasitə satmaqda təqsirli bilinən Bakı sakini Mehman Məmmədova hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə Mehman Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq edən Bakı sakini Elşən Cəfərovun məhkəməsi başlayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini İlkin Dadaşova hökm oxunub. “Azadinform” xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə İlkin Dadaşov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Hacı Zeynalov/AZADİNFORM. Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, naməlum şəxslər Bakı şəhər sakini Lalə Rzaquliyevaya qarşı zor tətbiq edərək onun çantasını əlindən alıblar.

Hacı Zeynalov/AZADİNFORM. Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Atif Eyvazov/AZADİNFORM. Bakı şəhəri, Nizami rayonunda Dəmir Yolu İdarəsinə məxsus Lokomotiv Deposunda istismar müddəti başa çatan elektrovozun kabinə hissəsi yanıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindən “Azadinform”a verilən məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri - 28 yaşlı İsrafil Kərimov və 32 yaşlı Rəşad Eyvazov naməlum şəxslər tərəfindən bıçaqlanıblar.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı sakini Sahib Əsgərəliyevin məhkəməsi başlayıb. “Azadinform” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Hacı Zeynalov/AZADİNFORM. Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova saxta diplom satdıqlarına görə tutulublar.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onunla birgə saxlanılan dostu Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 
281 səhifə 283-dən (dan) << < 277 278 279 280 281 282 283 > >>
 Xəbər lenti
26.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo