Atif Eyvazov/AZADİNFORM. “Azərbaycanın orta məktəblərində təhsilin 12 illik müddətə keçməsi zamanın tələbidir. Dünyanın 200-dən çox ölkəsinin 90 faizində ümumtəhsil məktəbləri 12 illik təhsil müddətinə keçib. Azərbaycan da buna keçməlidir”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib.
|
Həbibə/AZADİNFORM. Bu ilin yayından etibarən Azərbaycana gələn xarici ölkə vətəndaşlarına vizalar elektron şəkildə verilə bilər. “Azadinform” xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
|
Atif Eyvazov/AZADİNFORM. “Azərbaycan və Ermənistan ziyalıları arasında görüşlər indiyə qədər də olub. Azərbaycan ziyalılarının Ermənistana səfərləri də olub. Bütün bunlar bir məqsədə-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə xidmət edir. Əgər bugünkü görüş də buna xidmət edəcəksə, onu alqışlamaq lazımdır”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan və Ermənistan ziyalılarının “Rossiyskaya qazeta”nın redaksiyasında keçiriləcək görüşünə münasibət bildirərkən deyib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətlərdə əli olan 287 nəfər barəsində müvafiq qərarlar çıxarılıb”.
|
AZADİNFORM. Meksikada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirakı çərçivəsində İtaliya nümayəndə heyətinə rəhbərlik edən xarici işlər üzrə Dövlət Katibi Marta Dassu ilə görüşüb. XİN-in mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
|
AZADİNFORM. Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə məlumatı “Azadinform”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
|
AZADİNFORM. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələri xarici işlər nazirlərinin fevralın 18-20-də Meksikada keçiriləcək iclasında iştirak edəcək.
|
AZADİNFORM. Prezident İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, bu cür əlaqələrin ölkəmizin Avropa İttifaqına inteqrasiyasına böyük töhfə verdiyi bildirilib.
|
AZADİNFORM. ABŞ müdafiə naziri Leon Panetta İsrailin İrana hücum ehtimalının ciddi olduğunu bildirib. “Azadinform” xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, Panetta aprel ayı kimi yaxın bir tarixdə bu hücumun ola biləcəyini deyib.
|
AZADİNFORM. Fransa Senatında qondarma «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi məqsədilə başlanan imzatoplama kampaniyasında toplanan imzaların sayı açıqlanıb.
|
Həbibə/AZADİNFORM. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mənzil növbəsində duran işçilərə mənzillərin verilməsi sxemini açıqlayıb. “Azadinform” şirkətin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, mənzil növbəsində olan əməkdaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə “Neftçi” Mənzil-Tikinti Kooperativi (MTK) təsis edilib.
|
Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası qrupunun azərbaycanlı üzvləri ilə Bakıda səfərdə olan Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətinin görüşü keçirilib. “Azadinform” xəbər verir ki, görüşdə dostluq qrupunun azərbaycanlı rəhbəri millət vəkili Qənirə Paşayeva bildirib ki, Milli Məclis Gürcüstanla münasibətlərə böyük önəm verir.
|
Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Nizami rayon Keşlə qəsəbəsində seçicilər və qanunsuz tikililərin sahibləri ilə görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə çıxış edən R.Abdullayev ARDNŞ-in fəaliyyəti, beynəlxalq əlaqələri və qanunsuz tikilən evlərdən danışıb.
|
Həbibə/AZADİNFORM. “2011-ci il xarici iqtisadi əməkdaşlıq və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından da uğurlu olub”. “Azadinform” xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində deyib.
|
AZADİNFORM. Azərbaycan sülhməramlılarının Əfqanıstanda xidmət edən kontingenti rotasiya qaydasında dəyişdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “Azadinform”a bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda xidmət edən sülhməramlıları iki gün öncə bu ölkəyə çatıb və xidmətə başlayıblar.
|
AZADİNFORM. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün keçirilməsi barədə razılıq var. “Azadinform” “ArmTodey”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Hesab edirəm Xocalı soyqırımı araşdırılıb və ona beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir”.
|
AZADİNFORM. Ötən ilin aprel ayından indiyə kimi Dövlət Neft Şirkəti tərəfindən Bakı ətrafı kəndlərdə ARDNŞ-yə məxsus ərazilərdə qeyri-qanuni məskunlaşmış 12 minə yaxın vətəndaşla bağlı məhkəmələrə müraciət edilib. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov deyib.
|
Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilib.
|
AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.
|
|
|