AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a XİN-nin mətbuat xidmətindən veriblər.  

Həbibə/AZADİNFORM. Azərbaycanda “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərin sayı 56-ya çatıb. “Azadinform” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, “Elektron hökumət” portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub və digər nazirlik və idarələrinin qoşulması üzrə işlər davam edir.

Atif Eyvazov/AZADİNFORM. “Ramil Səfərovun Azərbaycana ekstradisiyası dövlətlərarası məsələdir. Təbii ki, bu məsələ ilə bağlı hər iki dövlət məşğul olur”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Ali Məhkəmənin sədri Ramiz Rzayev Ramil Səfərovun Azərbaycana ekstradisiyasının mümkünlüyü məsələsinə münasibət bildirərkən söyləyib. 

AZADİNFORM. «Facebook» sosial şəbəkəsinin qurucusu Mark Çukerberq elan edib ki, öz layihəsini bağlayır. Beləliklə də artıq 2012-ci il martın 15-dən  istifadəçilər öz akkauntlarına daxil ola bilməyəcəklər.

Həbibə/AZADİNFORM. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına 80 mln. manat vəsait ayrılacaq”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Onun sözlərinə görə, proqram 2011-ci ildə təsdiqlənib və qeyd olunan vəsait qarşıdakı 4 ildə ayrılacaq. Nazir müavini bildirib ki, 2012-ci ildə 20 mln. manatdan bir qədər çox vəsaitin ayrılması planlaşdırılır.

AZADİNFORM. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 8 il keçir. “Azadinform” xəbər verir ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunur.

AZADİNFORM. «Ermənistan həmişə bəhanə axtarır ki, danışıqlar prosesini uzatsın. Ona görə də hesab edirəm ki, ermənilər növbəti ildə də belə bəhanələrə əl ata bilərlər. Amma Azərbaycanın ermənilərin bu bəhanələrdən istifadə etməsinə nə qədər dözümü, səbri olmalıdır? Biz gec-tez öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bunun üçün böyük iradə nümayiş etdirir, sülh və danışıqlar yolu ilə münaqişənin həll olunmasına çalışırıq».

AZADİNFORM. Bu gün Azərbaycan  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuradan “Azadinform”a verilən məlumata görə, iclasda sədr Azay Quliyev 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilməsi üçün hazırlıq işlərinin yekunlaşdığını bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Etiraf edək ki, bu gün orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar var”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Atif Eyvazov/AZADİNFORM. Yaxın günlərdə jurnalistlər üçün tikiləcək binanın  inşası başlanılacaq. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. 

AZADİNFORM. Həlli gecikən münaqişələri nizamlamaq qabiliyyətsizliyi ATƏT-ə inamı sarsıdır. «Azadinform» xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vilnüsdə keçirilən ATƏT XİN rəhbərlərinin Şurasının iclasında bildirib.

Atif Eyvazov/AZADİNFORM. “Çox təəssüflər ki, orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərimiz  puç olub”. “Azadinform” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

AZADİNFORM. «Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir». Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın XİN rəhbəri Audronyus Ajubalis Vilnüsdə işə başlayan ATƏT XİN rəhbərləri Şurasının iclasında bildirib. Həlli gecikən münaqişələr barədə danışan ATƏT sədri 6 illik fasilədən sonra Dnestryanı münaqişə ilə bağlı danışıqların başlanmasını alqışlayıb.

AZADİNFORM. Vilnüsdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. “Azadinform” “News.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlama verib.

Mübariz Aslanov/AZADİNFORM. “Ölkə başçısının fərmanı ilə minimum əməkhaqqının 10 faiz artırılması bir başlanğıcdır, gələn ildən etibarən müəllimlərin və həkimlərin əmək haqqı artırılacaq”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

AZADİNFORM. İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün İtaliya prezidenti Ciorcio Napolitano ilə görüşüb.

AZADİNFORM. Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bu barədə məlumatı “Azadinform”a Respublika Baş Prokurorluğundan veriblər.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonun etimadnaməsini qəbul edib.”Azadinform” xəbər verir ki, səfir Mikael Eriksson etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

AZADİNFORM. Mərkəzi Bankda Daxili İşlər, Vergilər və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrinin iştirakı ilə milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı görüş keçirilib. Bu barədə məlumatı “Azadinform”a Milli Bankdan veriblər.
Görüşü giriş sözü ilə açan Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev bildirib ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb. Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini və bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasyeni və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

 
633 səhifə 649-dən (dan) << < 629 630 631 632 633 634 635 636 637 > >>
 Xəbər lenti
21.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo