Azərbaycanın dövlət qurumlarının mətbuat xidmətləri ildə iki dəfə vəzifələrinin icrası ilə bağlı Ombudsmana hesabat verilməsi təklif olunub. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova informasiya sahibi olan dövlət qurumlarının mətbuat xidmətləri rəhbərləri ilə keçirdiyi müzakirələr zamanı təklif edib.

Xocalı Soyqırımının 21-ci ildönümü ilə əlaqədar Niderland Krallığında anım mərasimi keçiriləcək.

Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən ilasında bununla bağlı "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun qəbul olunub.

Milli Məclisin iclasında “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihələri müzakirəyə çıxarılıb.

Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Bu barədə APA-ya vəkilin özü məlumat verib. E. Qədimi bildirib ki, G.Əhmədovanın səhhəti pisləşib: “Bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova ilə görüşdüm. Onun səhhətində problemlər var. Həkimlər müayinədən sonra Gülər Əhmədovaya ağ ciyərin genişlənməsi diaqnozu qoyublar. Eyni zamanda onun qanında şəkərin miqdarı qalxıb və ürəyi ağrıyır”.

Azərbaycan ATƏT yanında Aİ nümayəndəliyinin İsmayıllı rayonunda kütləvi münaqişə iştirakçıları ilə bağlı sonuncu bəyanatına istintaqın gedişinə təzyiq kimi baxır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə günü brifinqdə deyib.

Azərbaycan dünya ictimaiyyətinin Xocalı soyqırımını tanıması üçün böyük səy göstərir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

AZADİNFORM. Daxili işlər naziri Ramil Usubov martın 9-da Bərdə rayonunda vətəndaşların qəbulunu keçirəcək. “Azadinform” xəbər verir ki, R.Usubov Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd və Xocalı rayon sakinlərini qəbul edəcək. 

Vətəndaşların qəbulu Bərdə rayonun polis şöbəsində keçiriləcək. 

AZADİNFORM. Bu gün Lənkəranda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans öz işinə işinə başlayıb. “Azadinform” xəbər verir ki, regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Lənkərandakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışıb, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, Azərbaycançılıq məfkürəsinin tərkib hissəsi olan, milli-mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Bununla yanaşı unutmamalıyıq ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dövlət Komitəsi olaraq bu iş üçün hər cür şərait yaradırıq. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar” 

Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyllərindən də danışıb. Qeyd edib ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: “Ancaq inanırıq və əminik ki, dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər. Dini icmaların mütləq əksəriyyətinin dövlətçilik mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir.”

E.İskəndərov çıxışının sonunda dövlətin din siyasətini həyata keçirən Komitənin əsas fəaliyyət istiqamətlərindən birinin maarifləndirmə işi olduğunu önə çəkib.

Adəm Abbaslı/AZADİNFORM. Bu il keçiriləcək qəbul imtahanlarının tarixləri bəlli olub. “Azadinform” xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb.

Adəm Abbaslı/AZADİNFORM. 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun qaydalarını açıqlanıb.

Avropa İttifaqı Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasını istəyir, çünki onun texnologiyası köhnəlib, eyni zamanda seysmoloji cəhətdən təhlükəli bir ərzaidə yerləşir. 

Prezident Nizami Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda məmurların, deputatların və digər ictimai-siyasi xadimlərin şəxsi həyatlarının və görüşlərinin gizli cəhətlərinin onların razılığı olmadan video, audio və foto lentə alınmasını qadağan edən xüsusi qanun layihəsi hazırlanır.

AZADİNFORM. Bu gün Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. “Azadinform” xəbər verir ki, iclasda Küveyt Dövlətini ölkəmizdə rəsmi səfərdə olan Küveyt Dövlətinin Baş Nazirinin müavini və Xarici İşlər Naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. 

Son bir həftə ərzində cəbhə xəttində diversiya törətməyə cəhd göstərən Ermənistan Ordusunun 7 hərbçisi öldürülüb, 4 hərbçisi isə yaralanıb. APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, fevralın əvvəlindən Ermənistan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində aktivliyi qeydə alınıb. Ermənistan Ordusunun bölmələri tərəfindən dövlət sərhədində – Tovuz və Qazax rayonları istiqamətində Azərbaycan kəndlərinin və mülki sakinlərin atəşə tutulmasına cavab olaraq, görülmüş effektiv tədbirlər nəticəsində qeyd olunan istiqamətdə rəqib neytrallaşdırılıb.

Azərbaycanda ehtiyatda olan zabitlərin hərbi toplanışlara çağırılması planlaşdırılır.

 

Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə yaxın vaxtlarda uçuşlar təşkil edəcəyi barədə məsələni yenidən gündəmə gətirmələri təxribat məqsədi daşıyır.

 

“Azərbaycanda apteklərdə dərmanların qiymət məsələsi uzun müddətdir ki, səhiyyənin qarşısında duran əsas məsələlərdəndir”.

 
627 səhifə 703-dən (dan) << < 623 624 625 626 627 628 629 630 631 > >>
 Xəbər lenti
25.05.2019
24.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo