“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların yekun mərhələyə qirməsi üçün 

 Fransa mümkün olan hər şeyi edəcək”. Bunu  Parisdə Ermənistan  prezidenti Serj Sarkisyanla görüşdən sonra  mətbuat konfransı keçirən  Fransa prezidenti Fransua Olland deyib.

Fransa prezidentinin sözlərinə görə “danışıqlar bir nöqtədə dayandırılıb, lakin onlar bərpa edilib  Madrid prinsipləri əsasında davam etdirilməlidir ki,  uzunmüddətli sülhə aparacaq cıxış yolu tapılsın. Fransa ATƏT-in Minsk qupunun həmsədri olduğundan bu həm də mənim məsuliyyətimdir”- Olland belə deyib.


İran və Azərbaycan arasında yaxın gələcəkdə məhbusların mübadiləsi həyata keçiriləcək. Bu barədə Trend-ə müsahibəsində İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayin deyib.

AZADİNFORM. Gürcüstan hökumətinin keçmiş vəzifəli şəxsləri ailə üzvləri ilə birlikdə sürətlə ölkəni tərk etməyə can atırlar. Bu sözləri xarici işlər naziri Mayya Pandjikidze bildirib. 

“Azərbaycan mahiyyət etibarilə sosial dövlətdir. Hər il Azərbaycanın dövlət büdcəsinin 60-70 faizi sosial problemlərin həllinə sərf olunur. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakı Ali Neft Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbirdə deyilib.

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarları Vətənə gətirən sonuncu təyyarə bu gün Bakıya enib. Bu barədə Azərbaycan Həcc missiyasının rəhbəri – Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bununla da təxminən 2 600 hacının hamısı Bakıya dönüb.

“Bu gün dünya yeni biohəyacan təbili çalır. Yer kürəsində bioloji resurslar tükənmək üzrədir. Bu gün bəzi ölkələrdə düzgün aparılmayan siyasət nəticəsində Yerin resursları insanları təmin edə bilmir. Bunun nəticəsində də insanlar gələcək nəsillərin payından istifadə etmiş və yemiş olurlar”.

Bu gün Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya, Azərbaycanı demokratik prezident respublikası elan etdi. Bununla da Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son qoydu.158 maddədən ibarət yeni Konstitusiya, sovet respublika modelindən demokratik respublika modelinə keçidin hüquqi əsasını təşkil etdi. 

AZADİNFORM. Ankara meri Melih Gökçek “Tvitter”dəki 600 izləyicisini məhkəməyə verib. “Azadinform” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə merin özü televiziya vasitəsilə bəyan edib:

Mübariz Aslanov/AZADİNFORM. “Hazırda Ermənistan Cənubi Qafqazda militarist siyasət yeridən birinci ölkədir”.

Mübariz Aslanov/AZADİNFORM. “İstənilən tədbir və aksiya zamanı polislər və jurnalistlərin yüksək səviyyədə əməkdaşlığı olmalıdır”. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasında keçirilən “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” adlı seminarda ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib.

 

AZADİNFORM. İranda valyutaya qənaət və xalqı yerli məhsulları almağa təşviq etmə tədbirləri çərçivəsində bəzi bahalı istehlak maddələrinin idxalı və ixracı dayandırılıb. 

AZADİNFORM. ABŞ birtərəfli sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına dəyişiklik edib. “Azadinform” Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, İranın rabitə və mədəniyyət nazirlərinin də adları siyahıya daxil edilib.  

 

AZADİNFORM. Azərbaycanın üçrəngli bayrağı 9 noyabr 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası (1918-1920) dövründə milli atributlardan biri olub. Bayrağımız Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağılandan sonar  - 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib. 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiyaya  görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilib. 

Prezident İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli Fərmanına əsasən, hər il 9 noyabr “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur. 

 

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi xarici tərəfdaşlarının sayını artırır. Belarus Azərbaycan Müdafiə Sənayesi məhsullarının idxalını artırır. Bu barədə Belarusun Müdaifə Sənayesi Komitəsinin sədri Roman Qoloşenko məlumat verib. 

AZADİNFORM Suriya prezidenti Bəşər Əsəd deyib ki, Qərbin hərbi müdaxiləsini gözləmir. “Azadinform” xəbər verir ki,  “Russia Today” telekanalına müsahibəsində Əsəd deyib ki, əgər hər hansı müdaxilə olsa, bu, bütün dünya üçün həll olunmaz vəziyyətə gətirib çıxara bilər. O, Suriyanı tərk etməyəcəyini də deyib:

Türkiyənin dəfələrlə yüksək səviyyədə səsləndirdiyi mövqeyi dəyişməz olaraq qalır.

 Bunu Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) yaxın günlərdə Gümrü-Qars dəmir yolunun açılması ehtimalının olması ilə bağlı Ermənistan KİV-lərinin yaydığı məlumatları şərh edərkən bildiriblər.


Mübariz Aslanov/AZADİNFORM. “İndiyə qədər Azərbaycanın Gürcüstana qoyduğu böyük sərmayə, enerji təminatı qarşılığında Tbilisinin guya ermənipərəst siyasət yürütmədiyinin şahidi olmalıydıq. Amma əksini gördük.”. “Azadinform” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi Gürcüstan - Azərbaycan münasibətlərində keçid dövrü adlı Dəyirmi masada bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Barak Obamanın yenidən prezident seçilməsi ABŞ ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da mövcud baza əsasında inkişafına səbəb olacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib.

Hazırda Bakı Metropoliteninin vaqon parkı 266 vaqondan ibarətdir. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun 8 noyabr - Metropoliten işçilərinin peşə bayramı münasibətilə metro işçilərinə müraciətində deyilir. Müraciət cümə axşamı Bakı Metropoliteninin rəsmi saytında yerləşdirilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Ali Məhkəməsinin növbəti iclası keçirilir. “Azadinform” xəbər verir ki, iclasda səhiyyə, ədliyyə nazirliklərinin nümayəndələri, məhkəmə sədrləri iştirak edib.

 
605 səhifə 648-dən (dan) << < 601 602 603 604 605 606 607 608 609 > >>
 Xəbər lenti
19.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo