ABŞ-ın Texas ştatından iki konqresmen Ted Po və Cen Qrin Nümayəndələr Palatasının spikerinə müraciət edərək Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edən “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin ləğvinə çağırıblar.

Müraciətdə 907-ci düzəlişin Amerikanın Xəzər regionundakı yaxın müttəfiqinə “şillə” olduğu vurğulanır.


 

Atif Eyvazov/AZADİNFORM. “Sovet dövründən qalan əmanətlərin qaytarılması  prosesi çox sürətlə gedir. Hətta onu da qeyd edim ki, bu işin belə sürətlə getməsini gözləmirdik”.  “Azadinform” xəbər verir ki, bu fikirləri açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Sözügedən prosesin çox vacib iş olduğunu qeyd edən S.Şərifov bildirib ki, əmanətlərin qaytarılması ölkə prezidenti tərəfindən Azərbaycan xalqına göstərilən qayğının bir daha təzahürüdür.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda özünü “milli-demokratik və aparıcı” adlandıran müxalifətlə iqtidar arasında 2013-cü il prezident və 2015-ci il parlament seçkiləri ilə bağlı gizli anlaşma, razılaşma əldə olunması ilə bağlı həmin düşərgəyə aid olan mediada məlum fikirlərin səslənməsinin özü onların nə qədər acınacaqlı bir durumda olduğunu göstəricisidir”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Azərbaycan Silahlı Qüvvələri Mərkəzi Hərbi Klinik Hospitalının bir neçə işçisi işdən çıxarılıb.

Bu gün Zəngilanın işğalından 19 il ötür. Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan Ermənistan və İranla həmsərhəddir. Rayonun coğrafi mövqeyi çox əlverişlidir. Belə ki, o Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayının 33 min nəfər olduğu bildirilir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilanda qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir.

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı- üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. 1988-ci ildə Zəngilan rayonu 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq, Zəngilanda 1989-cü ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Zəngilan birincici Qarabağ savaşında 188 şəhid verib. Bugünədək rayonun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Beləliklə, rayon özünümüdafiə dəstələrinin ümidünə qalıb. Lakin onlar da erməni silahlı birləşmələrinin qarşısında aciz olublar. Nəhayət, erməni tankları dörd tərfdən rayona hücuma keçiblər. Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Belə ki, sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar.


Oktyabrın 27-də Parisin məşhur “Salle Pleyel” sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması” İctimai Birliyi Xocalı aeroportunun ermənilər tərəfindən istifadəyə verilməsi məsələsilə bağlı bəyanat yayıb. Bu barədə məlumatı “Azadinform”a birlikdən veriblər.

MDB Dövlət Başçıları Şurasının iclası təxirə salınıb, yeni tarix razılaşdırılır. Trend-in RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü MDB-nin Minskdəki İcraiyyə Komitəsinin nümayəndəsi deyib.

Mexiko şəhərində Tlakskoake-Xocalı Meydanı ərazisində, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yaxınlığında yerləşən Konsepsion Santisima kilsəsində Azərbaycan hökuməti tərəfindən ianə edilmiş üç kilsə zənginin istifadəyə verilməsi ilə əlaqədar rəsmi təqdimat mərasimi keçirilib. Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.

Həbibə/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən Əmək yarmarkası keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, əmək yarmarkasında rayon üzrə 14 müəssisə tərəfindən 178  boş (vakant) iş yeri, həmçinin kvota üzrə 3 vakant iş yeri təqdim edilib. Onlardan 28-i qulluqçu, 150-si fəhlə peşələri olub. Tədbirdə 15 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 12 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Natiq Bağırov/AZADİNFORM. Bakı Ağır Cinayətlər Məhkəməsində himayəsində olan bir yaşlı körpə Elmir Mehdiyevi döyərək öldürmüş Tovuz rayon sakini Ziyafət Məmmədovanın məhkəməsi başa çatıb. “Azadinform” xəbər verir ki, bu cinayət işi üzrə aparılan məhkəmə araşdırması zamanı Ziyafət Məmmədovanı günahı sübuta yetirilib və o, 11 il azadlıqdan məhrum edilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Neft-Kimya Prosesləri İnstitutunda görkəmli azərbaycanlı neftçi alim, akademik Yusif Məmmədəliyevin xatirəsinə memorial muzeyin açılışı olub. “Azadinform” xəbər verir ki, açılışda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ARDNŞ prezidenti Rövnəq Abdullayev alimin fəaliyyəti ilə bağlı çıxış ediblər.

Adəm Abbaslı/AZADİNFORM. “Ermənistan xarici işlər naziri bu cür bəyanatlar verməklə bir anlıq unudur hansı dövləti təmsil edir. Elə təəssürat yaranır ki, Nalbandyan Azərbaycanla bağlı danışanda öz keçmişini unudur. Və həmçinin bu gününü də unudur”. “Azadinform” xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda “Əsrin müqaviləsi” dövlətə və AR Dövlət Neft Şirkətinə (ARDNŞ) istənilən addımı atmağa hüquqi imkan verir”.

Ermənistanın paytaxtı İrəvan sürətlə ölən şəhərlər siyahısına düşüb. BMT-nin hesabatları əsasında hazırlanan siyahıda 28 şəhərin adı var. İrəvan siyahının 24-cü pilləsini tutub.

AZADİNFORM. Oktyabrın 28-də Azərbaycanda yay vaxtı ləğv ediləcək. Bu barədə məlumatı “Azadinform”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən veriblər.

Azərbaycanda bu ilin 9 ayında yol polisi əməkdaşları tərəfindən 727 min 14 yol hərəkəti qayda (YHQ) pozuntusu aşkar edilib.

AZADİNFORM. Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: "Sizi – Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Həbibə/AZADİNFORM. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çörək məmulatları istehsal edən bəzi müəssisələrdə aşkar olunmuş ciddi nöqsanların təhlili, aradan qaldırılması yolları, bu sahədə rast gəlinən problemlərin həlli mövzusunda dəyirmi masa keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. “Tək indi yox, “Sərbəst toplaşmaq haqqında” qanunda qəbul olunandan sonra qanunda bir çox dəyişiklik olunub ki, onlar da insan hüquqlarının qorunmasına xidmət edir. Hazırkı cərimələrin artırılması ilə bağlı olunan təklif də bu silsilədəndir”. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

 
590 səhifə 628-dən (dan) << < 586 587 588 589 590 591 592 593 594 > >>
 Xəbər lenti
25.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo