Atif Eyvazov/AZADİNFORM. 2011-2012-ci il tədris ili üçün ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda “Azərbaycan və Türkiyədə siyasi pluralizmin inkişafı və durumu” mövzusunda Dəyirmi masa keçirilir. “Azadinform” xəbər verir ki, konfransda hər iki ölkənin yaşadığı siyasi durum və pluralizm ənənləri müzakirə olunub.

Bayram Niftəliyev/AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan  Ukrayna prezidenti Viktor Yanukoviçin Prezident İlham Əliyevlə təkbətək görüşü olub.

Mübariz Aslanov/AZADİNFORM. ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarına daima sadiq olub, bundan sonra da olacaq. “Azadinform” xəbər verir ki, belə bir açıqlama ilə Bakıda səfərdə olan ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun rəhbəri, konqresmen Bill Şuster çıxış edib.

Həbibə Abdulla/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində “Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf” Türkiyə-Azərbaycan əməkdaşlıq konfransı öz işinə başlayıb. “Azadinform”un məlumatına görə, konfransda çıxış edən İİN İcra Aparatının rəhbəri Samir Vəliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 71 faizini təşkil edir: “Hazırda 1000-dən çox türk şirkəti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir.

Həbibə Abdulla/AZADİNFORM. İndiyə qədər Türkiyə investorları Azərbaycana 6 mlrd. ABŞ dolları investisiya qoyublar. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Dövlət Planlama Komitəsinin Xarici İqtisadi Əlaqələr Baş İdarəsinin müdiri Mətin Eker bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Xəzərin statusu ilə bağlı sahilyanı ölkələr arasında beştərəfli konvensiya tam qəbul olunmayana kimi, Xəzərin hüquqi statusuna dair SSRİ və İran arasında olan müqavilə qüvvədə qalmış hesab olunur”. “Azadinform” xəbər verir ki, bu barədə İran prezidentinin Xəzəryanı məsələlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Konvensiyanın hazırlanması ilə bağlı İşçi Qrupun növbəti iclası Moskvada keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

AZADINFORM. Türkiyə yaxın vaxtlarda Azərbaycan qazının Yunanıstana nəqlini dayandıracaq. Bu barədə məlumatı Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı verib.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın sosial-iqtisadi uğurları dövlət büdcəsinin göstəricilərində özünü əyani şəkildə göstərir. Hər il dövlət büdcəsində müşahidə olunan artımlar ölkəmizin iqtisadi imkanlarının yüksəlməsinin təzahürüdür. Azadinform xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. “Azadinform” xəbər verir ki, Prezident İlham Əliyev yığıncaqda iştirak edib.

Mübariz Aslanov/AZADİNFORM. “İctimai Palata deyilən qurum aksiya təşkil etmək hüququndan istifadə edib milli mənafeləri tapdalayırlar. Bəzən elə hallar var ki, milli mənafelər əsas götürülərək müəyyən hüquqlardan imtina olunmalıdır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi İşçi Qrupun növbəti iclası keçirilir. Azadinform xəbər verir ki, açılışda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, iclasda Xəzərin hüququ statusu haqqında Konvensiyanın işlənib hazırlanması, dövlət başçılarının Bakı sammiti zamanı qəbul etdiyi protokol və qərarların icrası müzakirə olunacaq. O, indiki görüş zamanı əvvəllər razılaşdırılmayan bir sıra məsələlərin razılaşdırılacağına ümid etdiyini diqqətə çatdırıb.

AZADINFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı baş tutub. «Azadinform» «Anadolu» agentliyinə istinadən xəbər verir ki, Suriya və Liviya olmaqla bir çox regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mübariz Aslanov/AZADİNORM. Aprelin 26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti TÜRKPA-nın II Plenar iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

Elvin Xəzər/AZADİNFORM. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

AZADİNFORM. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran şəhərində olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı və Cəlilabad rayonlarının bir qrup sakinini qəbul edən nazir onların müraciətlərini dinləyin, qaldırılan məsələlərin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. 2010-cu ildə ölkəmizdə gənclər proqramı tam şəkildə yerinə yetirilib. Hazırda 2011-2015-ci illərdə gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı yeni Dövlət Proqramı hazırlanır.

Mübariz Aslanov/AZADİNFORM. Türkiyənin Ermənistan ilə sərhədi 18 ildir bağlıdır, lazım gələrsə 180 il də bağlı qalar. Azadinform xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc bildirib.

Elvin Xəzər/Azadinform. Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. “Azadinform” xəbər verir ki, görüşdə iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada səfərdədir.

 
574 səhifə 576-dən (dan) << < 570 571 572 573 574 575 576 > >>
 Xəbər lenti
20.11.2017
 Arxiv
Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo