AZADINFORM. Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanatla çıxış edəcəklər. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko «Böyük Səkkizliy»in Dovildə keçiriləcək sammitinə birgə üçtərəfli bəyanatın hazırlandığını diqqətə çatdırıb.

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Milli Məclisin plenar iclasına tövsiyə olunan 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklərdə Azərbaycanın müdafiə xərcləri 39 mln. 735 min manat artırılaraq 1 mlrd. 364 mln. 796 min 025 manat olacaq.

Elvin Xəzər/AZADİNFORM. Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziya Respblikasına işgüzar səfəri başlayıb.

AZADİNFORM. Çexiya prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün respublikanın şimal-qərb bölgəsində olub.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Elvin Xəzər/AZADİNFORM. Fransa Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyer  Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “Azadinform”a Ali Məhkəmədən veriblər.

Atif Eyvazov/AZADİNFOROM. Gələn il Azərbaycanda institusional sahə ilə bağlı həyata keçirilən tədbirlərə ayrılacaq vəsait artırılacaq. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia söyləyib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinə müraciət qəbul olunub. “Azadinform” xəbər verir ki, müraciətin mətni yeni yaradılan komissiya tərəfindən bu gün hazırlanıb və müraciət millət vəkili Azay Quliyev tərəfindən oxunub.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisdə Avropa Parlamentinə etiraz müraciəti hazırlamaq üçün  komissiya yaradılıb. “Azadinform” xəbər verir ki, komissiyaya vitse-spiker Valeh Ələsgərov sədrlik edəcək.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olub. “Azadinform” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında həyata keçirilən quruculuq işləri barədə dövlət başçısına məlumat verib.

Elvin Xəzər/AZADİNFORM. Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradkeyə (ABŞ) Azərbaycanın işğal olunmuş ərazilərinə xarici ölkələrdən erməni ailələrinin köçürülməsi və məskunlaşdırılması ilə əlaqədar etiraz məktubu göndərib. Partiyanın mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, məktubun bir nüsxəsi ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiuyə təqdim ediləcək.

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov arasında görüş keçirilib.

 

Atif Eyvazov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Baş Prokurorluq, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Mətbuat Şurasının birgə hazırladığı “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimat mərasimi keçirilib.

Elvin Xəzər/AZADİNFORM. ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiun bu gün Azərbaycana səfərə gəlib. “Azadinform” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

AZADİNFORM. Bu gün Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçirilir. Nəqliyyat Nazirliyindən “Azadinform”a verilən məlumata görə, iclasdan əvvəl Komissiyanın dördüncü iclasının Protokol layihəsinin razılaşdırılması məqsədilə ekspertlərin görüşünün keçirilməsi nəzərdə tutulur.

Atif Eyvazov/AZADİNFORM. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına münasibət bildirib. “Azadinform” xəbər verir ki, Ə.Həsənov beynəlxalq təşkilatların Azərbaycanla bağlı açıqlamalarından təəccübləndiyini söyləyib.

 

Mübariz Aslanov/AZADİNFORM. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan hazırda Gürcüstandan diplomatik kanallar vasitəsilə dəvət gözləyir. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Bayram Niftəliyev/AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə Heydər Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün hansısa təxribatçı qruplar Azərbaycan və Gürcüstan arasında münasibətləri korlamaq məqsədi güdür. “Azadinform” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Hazırda Azərbaycanda hərbi xidmətə çağırışla bağlı normativ hüquqi sənədlərin monitorinqi aparılır”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov söyləyib.

 
558 səhifə 562-dən (dan) << < 554 555 556 557 558 559 560 561 562 > >>
 Xəbər lenti
26.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo