AZADİNFORM. Ötən ilin aprel ayından indiyə kimi Dövlət Neft Şirkəti tərəfindən Bakı ətrafı kəndlərdə ARDNŞ-yə məxsus ərazilərdə qeyri-qanuni məskunlaşmış 12 minə yaxın vətəndaşla bağlı məhkəmələrə müraciət edilib. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov deyib.


Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

Mübariz Aslanov/AZADİNFORM. “Bu ayın 9-da Avropa məhkəməsinin yuxarı palatası iki qərar qəbul edib. Həmin qərarlarla Laçın rayonundan məcburi köçkün düşmüş 6 Azərbaycan vətəndaşının Ermənistana qarşı şikayəti məqbul hesab olunub və 1 Ermənistan vətəndaşının Azərbaycana qarşı şikayəti məqbul hesab edilib”.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda indiki kimi ağaclardan yanacaq kimi az istifadə edildiyi dönəm olmayıb”. “Azadinfom” xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Həbibə/AZADİNFORM. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, istiliklə təminat sahəsində qəbul olunan ümumilikdə 750-yə yaxın layihənin icrası nəzərdə tutulur. “Azadinform”un məlumatına görə, bu barədə yap.org.az saytına müsahibəsində “Azəristiliktəchizat”ın direktor müavini İlham Mirzəliyev deyib.


Mübariz Aslanov/AZADİNFORM. “Fransa senatının nümayəndələr palatasının bu günlərdə qəbul etdiyi qondarma “erməni soyqırımı” barədə qanun layihəsi Qafqaz dindarlarının, o cümlədən, Azərbaycan müsəlmanlarını çox narahat edir”.

AZADİNFORM. Türkiyə Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılmasını tələb edib. «Azadinform» «Hürriyət» qəzetinə istinadən yazır ki, Ankara bu məqsədlə ATƏT səviyyəsində aktiv müzakirələrə başlayıb.

Mübariz Aslanov/AZADİNFORM. “Hazırda Fransanın ATƏT Minsk Qrupundan kənarlaşdırılması ilə bağlı rəsmi Bakının heç bir müraciəti yoxdur. Hələ ki bunu hazırlamaq fikri də yoxdur”. Bunları “Azadinform”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Fransa parlamentində qondarma "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

AZADİNFORM. ABŞ müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Maykl Vikkers Azərbaycanda səfərdədir.

Atif Eyvazov/AZADİNFORM. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri qaçaqmalçılıq yolu ilə gizli şəkildə 384 karata yaxın brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar. Bu barədə məlumatı “Azadinform”a MTN-nin ictimai əlaqələr mərkəzindən veriblər.

AZADİNFORM. Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan ilə Türkiyə arasında olan əlaqələr bütün sahələrdə ən yüksək səviyyədədir. “Azadinform” xəbər verir ki, bu fikirləri keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycana ən ox qanunsuz miqrantlar Türkiyədən gəlir. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib. Bu, həmin ölkədən Azərbaycana gələn vətəndaşların sayının çoxluğu ilə əlaqədardır. “Azərbaycana hansı ölkədən daha çox əcnəbi vətəndaş gəlirsə, o ölkədən də qanunsuz miqrantlar çox olacaq. Bu il daha çox Türkiyə vətəndaşları müraciət edərək müvəqqəti və daimi yaşamaq icazəsi əldə ediblər. Bu baxımdan bu, yaxşı haldır”.

Həbibə/AZADİNFORM. 2011-ci ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun illik gəlirlərinin 88,4%-i, illik xərclərinin isə 86%-i icra olunub. “Azadinform” xəbər verir ki, bunu fondun sədri Səlim Müslümov yap.org.az saytına müsahibəsində deyib.

AZADİNFORM. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristian Laqard bildirib ki, dünya iqtisadiyyatının perspektivi «olduqca tutqundur» və Avropada borc böhranı ilə üzləşən dövlətlərdən hərəkət tələb edəcək.

AZADİNFORM. Buxarestdə Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun fəaliyyətinin 2011-ci ilin sonuna olan yekunları ilə bağlı təşkilatın İdarə Heyətinin iclası və rəsmi qəbul keçirilib. Bu barədə məlumatı “Azadinform”a Azərbaycanın Rumıniyadakı səfirliyindən veriblər.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a XİN-nin mətbuat xidmətindən veriblər.  

Həbibə/AZADİNFORM. Azərbaycanda “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərin sayı 56-ya çatıb. “Azadinform” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, “Elektron hökumət” portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub və digər nazirlik və idarələrinin qoşulması üzrə işlər davam edir.

 
5 səhifə 21-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo