“Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb”. APA-nın məlumatına görə, bu fikirləri Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı fraksiyasından millət vəkili, Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirliyində dövlət katibi Katerina Reyç (Katherina Reiche) Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib.

AZADİNFORM. Son günlər bəzi kütləvi informasiya vasitələrində Zaqatala rayonunda zəlzələ nəticəsində evlərinə ziyan dəymiş sakinlərə kompensasiyaların verilməməsi ilə əlaqədar kütləvi şəkildə narazılıqların və aksiyaların keçirilməsi ilə bağlı əsassız materiallar dərc edilir.

AZADİNFORM. “Əkrəm Əylislinin “Daş yuxuları” əsəri müasir Azərbaycan ədəbiyyatına ləkədir. Yazıçının bu dərəcədə haqsız və təhrifçi olmasını təsəvvür etmək mümkün deyil. Öz xalqına Əkrəm Əylisli qədər nifrət edən ikinci bir yazıçı tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycan xalqını aşağılayan, ona böhtan atanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Səhv etmirəmsə Əkrəm Əylisli vaxtilə “İstiqlal” ordeni ilə təltif edilib və yol verdiyi yaramazlıqdan sonra “İstiqlal” ordeninə də haqqını itirib”. “Azadinform” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov yap.org.az saytına Əkrəm Əylislinin “Daş yuxuları” əsərinə münasibət bildirərkən söyləyib.

Ə.Əhmədov qeyd edib ki, görünür Əkrəm Əylislini Azərbaycan xalqı ilə bağlayan heç nə yoxdur. “Nə genində, nə də yazıçı və vətəndaş mənəviyyatında. Azərbaycanlılara bu qədər böhtan atanı, Ermənistanda qətlə yetirilənlərin, Xocalıda amansızlıqla qırılanların fəryadını isə eşitməyəni azərbaycanlı adlandırmaq olarmı? Düşünmürəm ki, Əkrəm Əylislinin dərk etmək qabiliyyəti pozulub. Yəqin ki, belə deyil. Çox ehtimal ki, ömrünün ahıl çağında bu vaxta qədər çörəyini yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi Azərbaycana və azərbaycanlılara xəyanət etməklə genetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib. Onun yazdığı da, hərəkətləri də Azərbaycan xalqına arxadan zərbədir” - deyə YAP-ın Sədr müavini bildirib.

Azərbaycanda fəaliyyət göstərən dini təşkilatlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici ölkələrin qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə əməliyyatlar Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən maliyyə nəzarətinə götürülür.

NATO bu ilin sonuna kimi Əfqanıstanda missiyasını rəsmi şəkildə başa vurduqdan sonra Azərbaycan sülhməramlıları da geri çağırılacaq.

Azərbaycanda 10 illik "Azərbaycan Gənclərinin İnkişaf Strategiyası" hazırlanacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

“ABŞ-ın dövlət katibi Con Kerri Cənubi Qafqazda sülh və stabilliyin təmin olunmasına dair Obamanın siyasətini davam etdirəcək”.

Ermənistanın keçmiş baş naziri, hazırda prezidentliyə namizəd olan Qrant Baqratyan prezident Serj Sarkisyanı tənqid edib.

Azərbaycanda xərçəng xəstəliyinin geniş yayıldığı bölgələrin adları açıqlanıb.

Bir qədər əvvəl Azərbaycan və İranın gömrük xidməti orqanlarının rəhbərləri arasında keçirilən görüşdə müzakirə olunan əsas məsələlərdən biri bu ölkədən Azərbaycana narkotiklərin qanunsuz keçirilməsi cəhdləri olub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın bəyanatına təəccüblənmək lazım deyil, o dəfələrlə ədalətsiz olaraq Ermənistanı dəstəkləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, Bordyujanın münasibəti onun ermənipərəst mövqeyini nümayiş etdirir. KTMT-nin baş katibi Nikolay Bordyuja yanvarın 29-da İrəvanda erməni təyyarələrinin Xocalı hava limanına (erməni tərəfi onu Stepanakert aeroportu adlandırır) uçacağı təqdirdə Azərbaycanın onlarıvurmaq ehtimalını ciddi qəbul etmədiyini bildirib.

“Son vaxtlar Azərbaycanda dini icmaları siyasiləşdirmək cəhdləri var”.

Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti idarəsinin rəhbəri Levon Ayvazyan və Fransanın Ermənistandakı hərbi attaşesi, podpolkovnik Andre Evra 2013-cü ildə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair plan imzalayıblar. 

Azərbaycanda son səkkiz ildə orta məktəb məzunlarının sayı 33810 nəfər azalıb.

Zimbabvenin maliyyə naziri Tenday Biti yanvarın 29-da bəyan edib ki, dövlətin xəzinəsində cəmi 217 dollar qalıb. Bitinin sözlərinə görə, dövlət qulluqçularına əmək haqları verildikdən sonra xəzinədə bu qədər pul qalıb.
ABŞ Senatı Con Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib. Onun təyinatına 94 senator səs verib, üç senator isə əleyhinə çıxıb. Con Kerri yaxın günlərdə and içəcək.
30.01.2013
Qar yağacaq
Bu gün Bakıda və Abşeron yarımadasında havanın gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

AZADİNFORM. Təhsildə islahatların və xüsusilə korrupsiyanın qarşısının alınması məqsədilə əlavə tədbirlərin daim və davamlı şəkildə həyata keçirilməsi çox mühümdür. “Azadinform” xəbər verir ki, bu barədə açıqlama ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə keçirilən geniş tərkibli iclasında Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev çıxış edib.

 ABŞ-dakı erməni lobbisi öz fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib.

 
491 səhifə 561-dən (dan) << < 487 488 489 490 491 492 493 494 495 > >>
 Xəbər lenti
25.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo