Elvin Xəzər/AZADİNFORM. Ermənilər ötən gün saat 18.51-dən 19.05-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək Tərtər rayonu Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.30-dək və 21.30-dan 21.40-dək Füzuli rayonu Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.30-dan 23.45-dək Ağdam rayonu Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

AZADINFORM. Mən optimistəm və əminəm ki, hər şey yaxşı olacaq, normal bir ölkə olacaq. Azadinformun məlumatına görə, bu sözləri eks-prezident Levon Ter-Petrosyan Ermənistanın 20 ildən sonra necə bir ölkə olacağı ilə bağlı BBC-nin rus xidmətinin sualını cavablandırarkən deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu il Milli Məclisin Mədəniyyət komitəsi parlamentin müzakirəsinə bir sıra qanun layihələri təqdim edəcək. Bu barədə “Azadinform”a müsahibəsində komitə üzvü, millət vəkili Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, bu qanun layihələrinin bəziləri parlamentin ötən çağırışdan qalan layihələrdir.

AZADINFORM. Yerevan meriyası Erməni Milli Konqresinin mayın 4-də Azadlıq meydanında aksiya keçirmək barədə müraciətini rədd edib. «Azadinform»un «Armenia Today»ə istinadən yaydığı məlumatda bildirilir ki, şəhər rəhbərliyi bunu son günlər meydanda digər tədbirlərin keçirilməsi ilə əlaqələndirib.

AZADINFORM. Nigeriyanın indiki prezidenti Qudlak Conatanın prezident seçkilərində qələbəsi barədə mətbuatda dərc olunan məlumat ölkənin şimalında növbəti iğtişaşlara səbəb olub. Müxalifətdən olan namizəd Məhəmməd Buharinin tərəfdarları Conatanı seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham ediblər.

Atif Eyvazov/AZADİNFORM. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət və Lomonosov mükafatları laureatı Sergey Karpovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZADINFORM. ABŞ Konqresinə Türkiyəni Birləşmiş Ştatların ən əhəmiyyətli strateji tərəfdaşı kimi göstərən qətnamə layihəsi daxil olub. Layihəni Şimali Karolina ştatından olan respublikaçı-konqresmen Virciniya Foks irəli sürüb.

Atif Eyvazov/AZADİNFORM. Martın 2-5-i tarixlərində Beynəlxalq İstehlakçı Təşkilatının təşkilatçılığı ilə Çinin Honkonq şəhərində istehlakçı hüquqlarının qorunmasına həsr olunan XIX Dünya Konqresi keçiriləcək.

Həbibə Abdulla/AZADİNFORM. Dövlət Neft Şirkətində (ARDNŞ) Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2006-cı il tarixli “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təkmilləşdirilməsi haqqında” Fərmanından irəli gələn müddəaların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Nailə Vəlixanlı: “Nəsə etmək lazımdır ki, auksiona çıxarılan nümunələr Azərbaycana gətirilsin”

 

 

Hacı Zeynalov/AZADİNFORM. Xətai rayonu ərazisində ağır yol qəzası baş verib. Xətai rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Zığ qəsəbəsinin ərazisində baş verib.

Həbibə Abdulla/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı bir neçə müəssisədə yararsız məhsullar aşkarlanıb.

Aytən İmanova/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tələbələrin bədii yaradıcılıq festivalı keçirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən kiçik süjet təqdim edilib.

Hacı Zeynalov/AZADİNFORM. Bakı şəhərində mənzillərdən birinə basqın edilib. Suraxanı rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Yeni Suraxanı qəsəbəsində baş verib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezidentlər İlham Əliyev və Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub.

Mübariz Aslanov/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.

Bayram Niftəliyev/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyalı həmkarı Trayan Besesku ilə təkbətək görüşü olub.

Həbibə Abdulla/AZADİNFORM. İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda 2011-ci ilin mart ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib.

Hacı Zeynalov/AZADİNFORM. Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib. Yevlax rayon Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, rayon sakini Məhəmməd Musayev münaqişə zəminində həmyerliləri Şəmil Əhmədov və onun qardaşı Kamilə bıçaqla xəsarət yetirib.

Hacı Zeynalov/AZADİNFORM. Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, şəhər sakini Ayşən Sadıqova intihar məqsədilə özünü Gəncə çayına atıb. Nəticədə xəsarət alan Ayşən Sadıqova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 
9867 səhifə 9889-dən (dan) << < 9863 9864 9865 9866 9867 9868 9869 9870 9871 > >>
 Xəbər lenti
21.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo