Mübariz Aslanov/AZADİNFORM. İyulun əvvəllərində respublikanın çaylarında sululuğun bir qədər azalması müşahidə olunub. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər.

Natiq Bağırov/AZADİNFORM. Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

Mübariz Aslanov/AZADİNFORM. “Kazan görüşünün nəticəsiz qalması Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə izah olunur. Bu görüş ərazisinin 20 faizi erməni işğalı altında qalan, 1 milyondan artıq qaçqın və məcburi köçkünə malik Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməyə çalışmasından fərqli olaraq, Ermənistan tərəfinin problemin həlli istiqamətində hər hansı addımın atılmasına maraq göstərmədiyini, əksinə, bu münaqişənin həllinin yubadılmasına çalışdığını bir daha sübut etdi”.

Natiq Bağırov/AZADİNFORM. Şəmkir rayonu ərazisində bədbəxt hadisə baş verib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

AZADİNFORM. Ötən həftə Şimali Koreyada olan Avropa Birliyi heyəti ölkədə 500 mindən çox insanın normal, gündəlik və sağlam qida çatışmazlığından ölüm təhlükəsi ilə üz-üzə qaldığını və bir tədbir görülməyəcəyi halda vəziyyətin daha da pisləşəcəyini açıqlayıb.

Natiq Bağırov/AZADİNFORM. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həbibə/AZADİNFORM. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xaricdə təhsili ilə bağlı dövlət proqramının tətbiqinə dair ictimai maarifləndirmə” layihəsini həyata keçirməyə başlayib. Mərkəzdən “Azadinform”a verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası prosesində şəffaflıq və hesabatlılığın artırılması, bilik və bacarıqları imkan verən bütün gənclərin proqramdan bərabər şərtlərlə bəhrələnə bilməsinə yardım etməkdir.

Natiq Bağırov/AZADİNFORM. Qusar rayonu ərazisində yol qəzası törədən sürücü müəyyən edilərək tutulub. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Qazax rayonunun Ağköynək kəndi ərazisində ağır yol qəzası baş verib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

AZADİNFORM. Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova onun atasını «diktator» adlandıran Fransanın «Rue98» saytına qarşı qaldırdığı məhkəmə iddiasını uduzub. «Azadinform» «Ferqana.ru» saytına istinadən yazır ki, Paris məhkəməsi prezident qızının bütün iddialarını rədd edib.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bərdə rayon sakini Şahmar Əhmədova hökm oxunub.

AZADİNFORM. Rusiya hüquq-mühafizə orqanlarının birgə keçirdikləri əməliyyat nəticəsində Moskva şəhərində Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin vətəndaşlarından ibarət cinayətkar dəstə yaxalanıb. Onlar kommersiya strukturlarının anbarlarına və vətəndaşların evlərinə silahlı basqın etməkdə günahlandırılıblar.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Giresun Universitetinin rektor əvəzi, professor Aygün Attarı qəbul edib. Bu barədə məlumatı “Azadinform”a BDU-nun Mətbuat və informasiya şöbəsindən veriblər.

AZADİNFORM. Ermənistan prezidenti Serj Sarkisyanın Ukrayna səfərinin nəticələri mətbuatda geniş müzakirə olunur. Görüşün nəticələri ilə bağlı bəlli olub ki, Ukrayna XİN prezidentin tapşırığı ilə Cənubi Qafqazda öz fəaliyyətini aktivləşdirməyi planlaşdırır. «Azadinform»un məlumatına görə, «Fraza» nəşri informasiya mənbələrinə istinadən yazır ki, yaxın günlərdə Bakı, Yerevan və Xankəndiyə Ukrayna diplomatları səfər edəcək.

 
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “GEN” MMC ilə bağlı cinayət işində təqsirləndirilən Fuad Kərimovun məhkəməsi başa çatıb.

Atif Eyvazov/AZADİNFORM. Avropa İttifaqının (Aİ) himayəsi və Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun təşkilatçılığı ilə Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin rolu mövzusunda monitorinq aparan bir qrup ekspert ölkəmizdə səfərdədir.


Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hazırda iyulun 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanın protokolları və cavab kartlarının emalını aparır.

Natiq Bağırov/AZADİNFORM. Abşeron rayonu ərazisində bədbəxt hadisə baş verib. Abşeron rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.


Atif Eyvazov/AZADİNFORM. Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə bir sıra mətbu orqanların, media təşkilatlarının rəhbərləri, əməkdaşları və digər qurumların nümayəndələri iştirak edir.

 
9444 səhifə 9685-dən (dan) << < 9440 9441 9442 9443 9444 9445 9446 9447 9448 > >>
 Xəbər lenti
24.03.2019
23.03.2019
 Arxiv
Mart.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo