Mübariz Aslanov/AZADİNFORM. Aprelin 21-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağa Məhəmməd Əli ilə görüşəcək.

AZADINFORM. İtaliyanın baş naziri Silvio Berlsukoninin reytinqi rekord dərəcədə aşağı düşüb. «Azadinform» «La Repubblica» qəzetinə istinadən xəbər verir ki, keçirilən rəy sorğusunun nəticələri baş nazirin reytinqinin 31 faiz təşkil etdiyini üzə çıxarıb. 58 faiz isə Berluskoniyə artıq etibar etmədiyini, 11 faiz isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

 

AZADINFORM. Pakistan yeni taktiki raketinin sınağını keçirib. «Azadinform» «Aaj-TV» telekanalına istinadən xəbər verir ki, «Nəsr» adlanan raketin sınağı uğurlu olub.

Atif Eyvazov/AZADİNFORM. Bu gün ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bin Azərbaycan Mətbuat Şurasında olub. Şuranın fəaliyyət istiqamətləri, ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyət ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə jurnalistlərin kütləvi aksiyaları işıqlandırma xüsusiyyətləri də müzakirə olunub. Bu barədə məlumatı “Azadinform”a MŞ-dən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “İranın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi ondan ibarətdir ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü yolu ilə təmin olunmalıdır”.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti yeni bir məhsul – internet kartlarını təqdim edir. Bakcell-in internet istifadəçiləri yeni kartların köməyi ilə öz mobil telefonları və ya kompyuterlərindən internetə qoşula bilərlər.

Həbibə Abdulla/AZADİNFORM. “Dövlət Neft Fondu investisiya siyasətini dəyişməyə hazırlaşır. Bu istiqamətdə işlər başa çatmaq üzrədir, biz artıq ilkin təkliflərimizi Prezident Administrasiyasına təqdim etmişik”.

Atif Eyvazov/AZADİNFORM. Milli Kitabxananın direktoru Kərim Tahirov Türkiyədə səfərdə olub.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı sakini Sahib Əsgərəliyevin məhkəməsi başlayıb. “Azadinform” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin mədaxili 2768,4 mln. manat, xərcləri 2087,4 mln. manat olub, 681,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. “Azadinform” Maliyyə Nazirliyinə istinadən bildirir ki, 1-ci rübdə dövlət büdcəsinin mədaxil proqnozu 118,0 faiz yerinə yetirilib ki, bu da proqnoza nisbətən 422,7 mln. manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 322,2 mln. manat və ya 13,2 faiz çoxdur.

Hacı Zeynalov/AZADİNFORM. Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova saxta diplom satdıqlarına görə tutulublar.

Mübariz Aslanov/AZADİNFORM. İran Azərbaycanla viza rejimini ləğv etdikdən sonra Azərbaycandan İrana gedən vətəndaşların sayı 4 dəfə artıb.

Həbibə Abdulla/AZADİNFORM. “Bakı İstilik Elektrik Mərkəzi”ndə (İEM) cari ilin mart ayında 56 milyon kilovatsaat proqnoza qarşı 56,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Həbibə Abdulla/AZADİNFORM. Aprelin 20-21-də Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilatçılığı ilə Əməkdar həkimi, mərhum Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunmuş “Orqan transplantasiyası və beyin ölümü” Beynəlxalq Forumu keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Bundan sonra Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli iqtisadi komitə fəaliyyət göstərəcək. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami bildirib.

AZADINFORM. Ermənistan Milli Konqresi ölkədə baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Bu barədə «Azadinform» «ArmTodey»ə istinadən məlumat yayıb. Bəyanatda son günlər rejimin üzündən beynəlxalq ictimaiyyətin ölkəyə üç ağır zərbə vurduğu bildirilib. Birincisi, Ermənistanın «Minilliyin çağırışı» proqramı çərçivəsində maliyyələşməsinin dayandırılmasıdır. Bunu əsas gətirən ABŞ ölkədə demokratiya ilə bağlı irəliləyişlərin olmadığını göstərib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Demokratik İslahatlar Partiyasında (DİP) Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu mövzusunda dəyirmi masa keçirilib. Azadinform xəbər verir ki, tədbirdə DİP sədri Asim Mollazadə qadınların Azərbaycanın ictimai-siyasi proseslərindəki rolu, həmçinin onların təhsil və elm müəssisələrdəki fəaliyyətləri barədə məlumat verib.

Həbibə Abdulla/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi Turizm ili çərçivəsində daha bir yeni layihə təqdim edir. Elektron bələdçi xəritəsi olan Guide Map naviqasiya portalı Azərbaycan ərazisinin rəqəmli coğrafi xəritəsidir.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyada keçirilən görüşü kifayət qədər uğurlu alınıb. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami bildirib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onunla birgə saxlanılan dostu Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 
9233 səhifə 9259-dən (dan) << < 9229 9230 9231 9232 9233 9234 9235 9236 9237 > >>
 Xəbər lenti
17.11.2018
 Arxiv
Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo