AZADİNFORM. Azercell Telekom MMC  Paycell xidməti ilə bağlı yenilik tətbiq edir. Bundan sonra gün ərzində hansı nömrəyə neçə dəfə və nə qədər hədiyyə vəsaitin göndərildiyini öyrənmək mümkün olacaq. 27 sentyabr 2011-ci il tarixindən etibarən istənilən Azercell abonenti Paycell haqqında məlumat ala biləcək.

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycanın bir sıra ərazilərində son vaxtlar baş verən sürüşmələr təbii prosesdir. Burada heç bir subyektiv amilin təsiri yoxdur”. Bu barədə açıqlamanı “Azadinform”a müsahibəsində AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə söyləyib.

Adəm Abbaslı/AZADİNFORM. Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Hava şəraitinin arabir tutulacağı gözlənilən yarımadanın bəzi yerlərində gecə və səhər qısamüddətli az yağış yağacağı proqnozlaşdırılıb.

Həbibə/AZADİNFORM. Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədi ilə 201-ci ilin yanvar ayından indiyə qədər Mədəniyyət və Turizm Nazirliyi 14 beynəlxalq turizm sərgisində (Vyana, Ştutqart, Helsinki, İstanbul, Riqa, Milan, Berlin, Moskva 3 dəfə, Əl-Küveyt, Dubay, Seul, Paris) iştirak edib.

Natiq Bağırov/AZADİNFORM. Yevlax şəhəri ərazisində 3 naməlum şəxs şəhər sakini Fərəh Məhərrəmovanı bıçaqla hədələyərək mobil telefonunu ondan alıb. Bu barədə “Azadinform”a Yevlax rayon Polis Şöbəsindən məlumat verilib.

AZADİNFORM. Portuqaliyada adam öldürdüyünə görə həbs olunan və 40 il bundan öncə Nyu-Cersi ştatındakı həbsxanadan qaçan amerikalı saxlanıb.

AZADİNFORM. Nüvə silahı yaratmaq cəhdlərinə son qoymazsa, İranı hərbi zərbə gözləyir. Fransanın nümayəndəsi Herard Araud BMT-də çıxışında belə deyib.

AZADİNFORM. Atatürk adına İstanbul hava limanında gömrük işçiləri Ermənistandan olan iki qadını saxlayıblar. Erməni qadınların Türkiyə ərazisinə keçirmək istədikləri alkoqollu içkilər, siqaretlər və ümumi dəyəri 200 min dollar qara kürü müsadirə olunub.

AZADİNFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası sisteminin dəyişdirilməsini təklif edir. «BMT-də müəyyən islahatlar aparılmalı və beş nəfərdən ibarət Təhlükəsizlik Şurası sistemini dəyişmək gərəkdir.

Atif Eyvazov/AZADİNFORM. Hazırda Azərbaycanın ali məktəblərində 7 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib.

Adəm Abbaslı/AZADİNFORM. “Kitabda yazılanlarla, həyatda olanların üst-üstə düşməməsi ümumiyyətlə həyat boyu, kitabın tarixi boyu olan bir hadisədir”.

Natiq Bağırov/AZADİNFORM. Qubada ağır yol nəqliyyat hadisəsi baş verib. Quba rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, rayonun Qarxun kəndi ərazisində Zərdabi kənd sakini Səfər Danyalov “UAZ-452A” markalı avtomaşını idarə edərkən aşırıb.

AZADİNFORM. Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Mətbuat İnstitutunun “Asiyada media əsri” mövzusunda keçirdiyi Dünya Konqresi işini yekunlaşdırıb.

Natiq Bağırov/AZADİNFORM. Bakının mərkəzində yerləşən şirkətdə bomba həyəcanı yaşadan şəxs tutulub.  Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət qeydiyyatına alınmayan Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanın bəzi ərazilərində 10 bal gücündə zəlzələ ocağının olduğu ehtimal edilən rayonlar var.

Adəm Abbaslı/AZADİNFORM. “Azərbaycan son bir il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunub və kitablarımız birinci, ikinci, üçüncü mükafatla yanaşı, “Qran-pri”yə də layiq görülüb”. “Azadinform” xəbər verir ki, bu sözləri II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Həbibə/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Msfallsı və BƏT-in İşdə fundamental prinsiplər və hüquqlar üzrə proqram direktoru Kamran Fənnizadəni qəbul edib.

Aytən İmanova/AZADİNFORM. Gənclər üçün Təhsil Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini başa vurmağa hazırlaşır.

Həbibə/AZADİNFORM. Turizm və rekresiya zonalarının yaradılması istiqamətində müvafiq yer quruluşu planı xəritələri hazırlanıb.

 
9131 səhifə 9578-dən (dan) << < 9127 9128 9129 9130 9131 9132 9133 9134 9135 > >>
 Xəbər lenti
20.02.2019
 Arxiv
Fev.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo