Natiq Bağırov/AZADİNFORM. Bakıda saxta əsginaslar aşkarlanıb. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Mübariz Aslanov/AZADİNFORM. İran İslam Respublikası Tehran Tibb Elmləri Universiteti cari tədris ilində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə işçiləri üçün dövlət hesabına tədris kursları təşkil edəcək.

AZADİNFORM. Qırğızıstan parlamenti ölkə ərazisində oyun biznesinin qadağan olunması barədə qanun layihəsini təsdiq edib. Qabağa 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

AZADİNFORM. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq İranda xristian rahib - Yusif Nadarhaninin edam olunacağı ilə bağlı xəbərlərdən bərk narahat olduğunu deyib.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti artıq 3 ildir ki, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi sahəsində “Savab Dünyası” Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə səmərəli əməkdaşlıq edir.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda cari tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Natiq Bağırov/AZADİNFORM. İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə “Azadinform”a İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda orta ümumtəhsil məktəblərində dərs proqramlarına dinlə bağlı fənnin daxil edilməsi çox yaxşı addım olardı”.

Natiq Bağırov/AZADİNFORM. Bakının Suraxanı rayonu ərazisində quldurluq hadisəsi törədilib. Bu barədə “Azadinform”a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, 3 naməlum şəxs Sadiq Hüseynovu bıçaqla hədələyərək cibində olan pul və mobil telefonunu əlindən alıb.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 yaşlı oğlunu 10 min manata satmaqda təqsirləndirilən Zöhrə İsgəndərova və onun tanışı Murad Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Həbibə/AZADİNFORM. Bu ilin avqust ayında ölkə üzrə 564,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövründəki istehlakdan 4 faizə yaxın çoxdur. Ümumi ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən artıq olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 20 faizdən çox olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak 183,5 milyon kilovatsaata yaxın olub, ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz mütləq artaraq 97 faiz təşkil edib.

AZADİNFORM. Venesuelanın prezidenti Uqo Çaves böyrək çatışmazlığı diaqnozu ilə təcili xəstəxanaya yerləşdirilib.

Natiq Bağırov/AZADİNFORM. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi həbs edilib. Bu barədə “Azadinform”a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

AZADİNFORM. Söz Azadlığını Müdafiə Fondu (SAMF) Bakı Şəhər İcra Hakimiyyətinə reklam və küçə adlarının yazılışına nəzarət edəcək ictimai komissiyanın yaradılması ilə bağlı müraciət edib.

 
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Aynur Məmmədovanın məhkəməsi başlayıb. “Azadinform” xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə A.Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 3-nə təyin edilib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans başlayıb.

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycan tarixinə dair üç cildlik kitab hazırlamaq niyyətindəyik. Bu, çox çətin məsələdir və belə bir tarixin hazırlanması lazımı səviyyədə razılaşdırılıb. Biz onun konsepsiyasını hazırlayırıq. Bu, tamamilə yeni bir Azərbaycan tarixidir”. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov deyib.

AZADİNFORM. Bu gün İnterpol Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Sədinin həbs olunması ilə bağlı order imzalayıb. «France-Presse» xəbər verir ki, Qəddafinin oğlu  İnterpol tərəfindən ən çox axtarışda olan cinayətkarlar sırasına daxil edilib.

Həbibə/AZADİNFORM. Həmkarlar Təşkilatları Konfederasiyasının nəzdində fəaliyyət göstərən turbazalar yenilənir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında konfederasiyanın sədri Səttar Mehbalıyev deyib. S.Mehbalıyev qeyd edib ki, 3 sahə həmkarlar ittifaqı özünə məxsus olan yeni sanatoriya istifadəyə verib:

Atif Eyvazov/AZADİNFORM. “Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda, qayalardan birində olması barədə Övliya Çələbi, Adam Oliyarinin əsərlərində məlumatlar var. İlk mənbə olan bu tarixi faktda hətta şəkil materialları da var”. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov deyib.

 
8908 səhifə 9360-dən (dan) << < 8904 8905 8906 8907 8908 8909 8910 8911 8912 > >>
 Xəbər lenti
17.12.2018
16.12.2018
 Arxiv
Dek.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo