AZADİNFORM. Soyğunçuların erməni məmurların evlərinə hücumları səngimir. Bu dəfə onlar Ermənistanın diaspora işləri üzrə naziri Qranuş Akopyanın evini yarıblar. “Azadinform” “Qraparak” qəzetinə istinadən yazır ki, nazirin evini qarət edənlər tapılmayıb.

Natiq Bağırov/AZADİNFORM. Şəkidə bədbəxt hadisə baş verib. Bu barədə “Azadinform”a Şəki rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Köndələn kəndində qeydə alınıb.

Adəm Abbaslı/AZADİNFORM. Türkiyədə Yeniməhəllə Bələdiyyəsi ilə “Acity AVM” və “MCD” Gənclik Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq rəqs müsabiqəsi başa çatıb.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 73 ünvanında Vüqar Bağırova məxsus mağazada aparılan yoxlama zamanı istifadəyə yararsız elektrik avadanlıqları aşkarlanıb.

Adəm Abbaslı/AZADİNFORM. İrlandiyalı ədəbiyyatçı Oscar Wildin uzun illərdir tapılmayan “Constance” əsəri tapılıb və pyesi ilk dəfə səhnələşdirmək üçün işlər artıq tamamlanmaq üzrədir. Pyesin sentyabr ayında Londondakı King Head Teatrında dünya premyerası olacaq.

AZADİNFORM. ABŞ-ın yeni müdafiə naziri Leon Panetta bu vəzifədə İraqa ilk səfərini edib. O, deyib ki, ABŞ İraqı tərk etməyə hazırlaşan Amerika qoşunlarını hədəfə alan və öldürən İraq silahlılarının İran tərəfindən silahlandırılmasına göz yummayacaq.

Həbibə/AZADİNFORM. Bu ilin 6 ayında heyvandarlıq məhsulları istehsalının artırılmasında heyvanların saxlama şəraitinin və yemləndirilməsinin yaxşılaşdırılması ilə yanaşı, onların cins tərkibinin yaxşılaşdırılması ilə bağlı xaricdən gətirilən cins mal-qaranın əhəmiyyətli rolu olub.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqini keçirib.

Natiq Bağırov/AZADİNFORM. Daxili İşlər Nazirliyi Bakıda tikinti şirkətinə edilən silahlı basqınla bağlı məlumat yayıb. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

AZADİNFORM. Yeni yaradılan Cənubi Sudan Respublikasının prezidentinin oğlu Can Salva İslam dinini qəbul edib.

Həbibə/AZADİNFORM. 2006-cı ilin iyulundan bəri Bakı şəhəri əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması üçün nazirlik tərəfindən bazarlarda mütəmadi olaraq keçirilən yarmarkalarda 114,5 min ton müxtəlif kənd təsərrüfatı məhsulları satılıb.

Həbibə/AZADİNFORM. 2011-ci ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) tərəfindən 10923 metr qazma işi həyata keçirilib.

Həbibə/AZADİNFORM. 2011-ci ilin 6 ayında faktiki qiymətlərlə kənd təsərrüfatında ümumi məhsul istehsalı 1 milyard 792,2  milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz, o cümlədən bitkiçilikdə 8,3 faiz və heyvandarlıqda 4,8 faiz artıb.

 
Natiq Bağırov/AZADİNFORM. Şamaxı sakinin elektrik cəryanı vurması nəticəsində ölüb. Bu barədə “Azadinform”a Şamaxı rayon Prokurorluğundan məlumat verilib.


AZADİNFORM. Birləşmiş Ştatlar prezidenti Barak Obama Konqres liderləri ilə borc və defisitlə bağlı razılığın avqust ayının 2-nə qədər əldə edilməli olduğunu deyib.

AZADİNFORM. Böyük Britaniyanın “BBC” telekanalı İslam peyğəmbəri Həzrət Mühəmmədin (s) həyatı barədə sənədli film hazırlayıb. “Azadinform” “BBC”yə istinadən xəbər verir ki, “1.5 milyardlıq İslam dünyasının peyğəmbəri” adlı sənədli filmdə Həzrət Mühəmmədin (s) Məkkə və Mədinədə yaşadığı nümunəvi həyatı işıqlandırılacaq.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda sərnişin asvtobuslarından birində bədbəxt hadisə baş verib. Bu barədə “Azadinform”a Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Adəm Abbaslı/AZADİNFORM. Məşhur “Black Eyed Peas” estrada üçlüyü dağılmaq üzrədir. Qrupun rəhbəri Fergie İngiltərədə verdikləri Alton Towers konsertindən əvvəl fanatlarına səslənərək “bu çox xüsusi bir konsert olacaq və yenə uzun müddət səhnədə olmayacağıq. Sizləri çox sevirik və bizə verdiyiniz dəstəyə görə təşəkkür edirik” deyib.

 

Mübariz Aslanov/AZADİNFORM. Sahil yanı ölkələrin rəsmilərinin son Bakı görüşündən sonra Xəzər demək olar ki, regionda yenidən mübahisə obyektinə çevrilib. Bakıda ilin sonuna yaxın Moskvada dənizin statusu ilə bağlı Konvensiyanın qəbul olunacağı qərara alınsa da, artıq bu mübahisələr bunu da inandırıcı göstərmir.

AZADİNFORM. Meksikanın “The News” qəzetində Therese Marqolisin müəllifliyi ilə Azərbaycan Demokratik Respublikasına, Azərbaycanın sonrakı dövrlərdə inkişafı, həmçinin Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzündən bəhs edən məqalə dərc edilib. Bu barədə məlumatı “Azadinform”a Meksikadakı səfirliyimizdən veriblər.

 
8798 səhifə 9061-dən (dan) << < 8794 8795 8796 8797 8798 8799 8800 8801 8802 > >>
 Xəbər lenti
23.09.2018
22.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo