Mübariz Aslanov/AZADİNFORM. Dünya bazarında neftin qiymətinin qalxması ilə əlaqədar Azərbaycanda büdcəyə əlavə vəsaitlər daxil olur. Bu da əsas verir ki, ölkə başçısının apardığı siyasi xəttə uyğun olaraq ölkədə uğurlu sosial proqramlar həyata keçirilsin.

Həbibə Abdulla/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları alkoqolsuz içkilərin idxalı ilə məşğul olan “EVE-S” MMC-də dövlət nəzarəti həyata keçiriblər.

AZADINFORM. «Rusiya iqtisadiyyatı böhrandan çıxacaq və 2012-ci ilin əvvəlinə kimi itkilərini qısa zaman kəsiyində bərpa edəcək». Bu sözləri Rusiyanın baş naziri Vladimir Putin Dövlət Dumasında hökumətin ötən ilki fəaliyyəti ilə bağlı hesabat çıxışında bəyan edib.

Atif Eyvazov/AZADİNFORM. Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2011-ci ilin I rübündə görülmüş işlər, qarşıda duran vəzifələrə dair geniş iclası keçirilib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə Zirə qəsəbəsi, Sərdarov küçəsində qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AZADINFORM. İçkeriya Çeçen Respublikasının ilk prezidenti Cövhər Dudayevin necə öldürülməsi ilə bağlı maraqlı məlumat yayılıb. Bəlli olub ki, Çeçenistanın Rusiyadan ayrılmasını istəyən Dudayev 15 il bundan öncə xəyanətin qurbanı olub.

Elvin Xəzər/AZADİNFORM. Fransada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə Azərbaycan Mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.

Həbibə Abdulla/AZADİNFORM. 01.05.2011-ci il tarixindən etibarən SimSim abonentləri ilə hesablaşmalarda istifadə olunan kontur manatla əvəz edilir.

Nailə İsmayılova/AZADİNFORM. Uşaq Hüquqları üzrə QHT Alyansı təhsillə bağlı hazırladığı alternativ hesabatı çapa göndərib. Hesabat nəşr ediləndən sonra Azərbaycanın müxtəlif dövlət qurumlarına və BMT-nin Uşaq Hüquqları Komitəsinə göndəriləcək. Bu barədə «Azadinform»a alyansın təhsil üzrə işçi qrupunun rəhbəri, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin sədri Ülviyyə Mikayılova məlumat verib. O bildirib ki, hesabatda təhsildəki problemlərə toxunulub və mütəxəssislərin tövsiyələri verilib.

Aytən İmanova/AZADİNFORM. Bu gün Qarabağ İctimai Forumu millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan tarixinin önəmli səhifələrindən birinə - 1905-1907-ci illərdə ölkəmizdə, eləcə də Cənubi Qafqazda baş verən hadisələrə işıq salan “Difai fədailəri” kitabının təqdimat mərasimini keçirib.

Seymur Əliyev/AZADİNFORM. Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə UNİCEF arasında əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADINFORM. Ermənistan yeni atom enerji bloklarının ilkin maliyyələşməsi ilə bağlı Rusiyaya müraciət edib. Bu barədə «Azadinform» «İnterfaks»a istinadən məlumat yayıb.

Həbibə Abdulla/AZADİNFORM. Qlobal şəbəkənin aparıcı internet-axtarış serverlərindən biri olan ABŞ-ın “Yahoo! Inc.” şirkətinin təmiz mənfəəti 2011-ci ilin birinci rübündə 28 faiz, gəliri isə 6 faiz azalıb.

AZADINFORM. Bu gün Yerevan şəhər məhkəməsi müxalifəti təmsil edən boksçu Samson Xaçatryan barədə qərarını elan edib. «Azadinform» «Armenia Today»a istinadən yaydığı xəbərdə göstərib ki, idmançı bir ay bundan əvvəl polisə hücum etdiyi üçün saxlanılıb. Məhkəmə onun bir il müddətinə şərti həbs olunması barədə qərar çıxarıb.

Günel Əbilova/AZADİNFORM. Bu gün “Şərq” qəzetinin KİV komandaları arasında keçirdiyi “Media Kuboku-2011” mini futbol turnirinin püşkatma mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, turinirin təsisçisi olan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı artıq 8-ci ildir KİV komandaları arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirildiyini deyib:

Atif Eyvazov/AZADİNFORM. Hollandiyanın nüfuzlu beyin mərkəzlərindən sayılan “Clingendael”-in Enerji proqramının direktoru Lusiya Van Geuns və baş elmi işçisi Kristof Van Aqt Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları ilə görüşüblər.

Xədicə/AZADİNFORM. Müğənni Roza Zərgərli gənc müğənni və bəstəkar Cəmillə (Jay Meel) «Gizli sevgilim» adlı duet oxuyub. Bu barədə “Azadinform”a danışan müğənni bildirib ki, tezliklə mahnıya klip çəkiləcək.

AZADINFORM. «Microsoft» kompaniyasının yaradıcısı Bill Geyts istirahət etdiyi Braziliyadan qovulub. Bu barədə “Azadinform” «Agence France-Presse»ə istinadən məlumat yayıb. Geytslə yanaşı onun bir neçə dostu da ölkəni tərk etməli olub. Onlar Riu-Neqru çayında, Amazonkanın ən böyük axınında qayıqla gəzərkən saxlanılıblar. Belə ki, onların gəzdikləri qayığın fəaliyyət göstərməsi ilə bağlı icazəsi olmayıb.

AZADINFORM. Böyük Britaniya Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfi bu ölkəyə təhvil verməkdən imtina edib. Bu barədə «Azadinform» Pakistanın «DawnNews» qəzetinə istinadən məlumat yayıb.

 
8694 səhifə 8722-dən (dan) << < 8690 8691 8692 8693 8694 8695 8696 8697 8698 > >>
 Xəbər lenti
23.06.2018
22.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo