AZADİNFORM. Suriyanın sabiq hərbçisi Rifaat əl-Əsəd ölkə prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb. «Azadinform» «RBK»ya istinadən xəbər verir ki, o, prezidentin əmisidir.


AZADİNFORM. Bu gün Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) 2011-ci il üzrə son iclası keçirilib.

AZADİNFORM.  AFFA-nın Futbol akademiyasında AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının üçüncü mərhələsi start götürüb. AFFA-dan “Azadinform”a verilən məlumata görə, İsveçrəli mütəxəssis Dani Rayserin rəhbərliyi ilə keçirilən bu mərhələyə noyabrın 19-da yekun vurulacaq.

AZADİNFORM. Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələri¬nin inkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) Müşahidə Şurasının növbəti iclası keçi¬rilib. Bu barədə məlumatı “Azadinform”a fonddan veriblər.

Həbibə/AZADİNFORM. Göyçay rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda seminar keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin əməkdaşları və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Aynur Məmmədovanın apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Ali Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Gürcüstan vətəndaşları Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov kasasiya şikayətlərinə baxılıb. Bu barədə “Azadinform”a məhkəmədən məlumat verilib. Məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kasasiya şikayətləri təmin edilməyib.

AZADİNFORM. Filippinin keçmiş prezidenti Qloriya Macapaqal Arroyo haqqında həbs-qətimkan tədbiri qərarı çıxarılıb. «Azadinform» «Lenta.ru»ya  istinadən xəbər verir ki, seçkiləri saxtalaşdırmaq ittihamı ilə açılan cinayət işinə baxan hakim keçmiş prezidentin ölkədən qaçmasının qarşısını almaq üçün bu qərarı verib.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Kmissiysı Ədliyyə Nazirliyi ilə birlikdə sabah ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

AZADİNFORM. “Bu gün azad və müstəqil bir cəmiyyətdə yaşadığımız bir zamanda paradoksal da odur ki, konsert fəaliyyəti mən deyərdim ki, durdurulmuş bir vəziyyətdədir. Təkcə mənim üçün yox, bütün müğənnilər üçün”. Bunu “Azadinform”a açıqlamasında müğənni İlqar Xəyal dedi. O, Azərbaycan musiqisinin hazırda keçid dövrü yaşadığını bildirdi:

Natiq Bağırov/AZADİNFORM. Yanacaqdoldurma məntəqələrinə silahlı basqınlar etməkdə və qəsdən adam öldürməkdə təqsirləndirilən 5 nəfərdən ibarət dəstənin üzvləri məhkəmə qərarından kasasiya şikayəti veriblər. Bu barədə “Azadinform”a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.

AZADİNFORM. «Suriyadakı münaqişə daxili müharibəyə çevrilir». «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib. Bu barədə məlumatı “Azadinform”a QMİ-dən veriblər.

Natiq Bağırov/AZADİNFORM. Masallı rayonunda ağır yol qəzası baş verib. Bu barədə “Azadinform”a Masallı rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Təzə Alvadı kəndi ərazisində qeydə alınıb.

AZADİNFORM. ABŞ-ın «Time» jurnalının regional nəşrlərinin üz qabığında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın üç şəkli dərc edib. “Azadinform” TRT-yə istinadən xəbər verir ki, jurnal onu Yaxın Şərqdə ən xarizmatik lider kimi dəyərləndirib. Türkiyə baş nazirinin siyasətini alqışlayan jurnal belə bir sualla çıxış edir: Ankara ərəb ölkələri üçün nümunə ola biləcəkmi?”

Həbibə/AZADINFORM. Milli Məclisin komitələrinin Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş  birgə iclası zamanı millət vəkili Çingiz Qənizadə bir sıra məsələləri maliyyə naziri Samir Şərifovun diqqətinə çatdırıb.

AZADİNFORM. Prezident İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib.

AZADİNFORM. Prezident İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib. “azadinform” xəbər verir ki, dövlət başçısı zavodu işə salıb.

AZADİNFORM. Türkiyənin Dövlət Teatrlarından birində Azərbaycan dramaturqlarının əsərləri səhnələşdiriləcək. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın “Azadinform”a verdiyi məlumata görə, artıq bir neçə əsər dövlət repertuarına salınıb: “Xalq yazıçısı Elçinin 3 əsərini hazırlamaq niyyətindəyəm.

AZADİNFORM. Azərbaycanın Xarici İşlər Nazirliyi 13 noyabr 2011-ci il tarixində Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

 
8574 səhifə 9160-dən (dan) << < 8570 8571 8572 8573 8574 8575 8576 8577 8578 > >>
 Xəbər lenti
19.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo