Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonuna icra başçısı təyin edib. “Azadinform” xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
|
AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti Alcatel-Lucent Azərbaycan ve Junior Achievement Azərbaycan (JAA) təşkilatı ilə əməkdaşlıqda “Mobil Telekommunikasiya Biznesinə Giriş” (İMTB) proqramını uğurla davam etdirməkdədir. 2010-cu ilin sentyabr ayında başlayan proqram texniki sahə üzrə təhsil alan 45 tələbəyə işə hazırlıq, biznes etikası və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlər keçərək, əldə edilmiş biliklərin Bakcell və Alcatel-Lucent şirkətlərində təcrübə yolu ilə tətbiq edilməsini təmin edir. Proqram Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.
|
Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası olub. Bu barədə məlumatı “Azadinform”a Şuradan veriblər.
|
AZADINFORM Gürcüstan prezidenti Mixail Saakaşvili və Təhsil və Elm Nazirliyinin qərarı ilə gələn il yeni dərs ilində ölkədəki bütün rus məktəbləri və rus sektorları ləğv olunacaq. «Azadinform» «Pravo.ru»ya istinadən xəbər verir ki, rus dili saatları da ixtisar olunur. Prezident bəyan edib ki, «mənim vətənim SSRİ deyil». O, əlavə edib ki, Sovet İttifaqını sevməyib və SSRİ-nin bir daha Gürcüstana qayıtmaması üçün əlindən gələni edəcək.
|
Atif Eyvazov/AZADİNFORM. Nazirlər Kabineti 2011-ci il iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
|
Həbibə/AZADİNFORM. Qaradağ rayonunun Sahil qəsəbəsi və Səbail rayonunun “20-ci sahə” yaşayış massivində əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün Kür magistral kəmərindən yeni xətlər çəkilir.
|
Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkəmizdə səfərdə olan Qazaxıstanın təhsil naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a BDU-nun Mətbuat və informasiya şöbəsindən veriblər.
|
Atif Eyvazov/AZADİNFORM. Bir aydır davam edən IX Türk Dili Olimpiadası başa çatıb. “Azadinform” xəbər verir ki, Türkiyədə reallaşan olimpiadanın yekunları ilə bağlı bu gün Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsində mətbuat konfransı keçirilib.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “RAH-96” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan götürülərək laborator müayinəyə göndərilən nümunələr üzrə nəticələr açıqlanıb.
|
AZADİNFORM. Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Sərəncamçı Direktoru, xanım Kristin Laqardaya təbrik məktubu göndərib.
|
AZADİNFORM. «Biz həqiqətən də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş həyata keçirə bilərdik». Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
|
Həbibə/AZADİNFORM. Türkiyənin bir qrup tanınmış iş adamının iştirakı ilə Bakıda “Azərbaycan-Türkiyə turizm əməkdaşlığı” mövzusunda konfrans keçirilir. Konfrans zamanı jurnalistlərə açıqlamasında Türkiyə Turizm Yatırımçılar Dərnəyinin (TYD) sədri Turqut Gür bildirib ki, Azərbaycanda keçiriləcək “Eurovison-2012” mahnı müsabiqəsi ilə bağlı kömək göstərməyə hazırdırlar: “Bu müsabiqə Azərbaycanda keçiriləcəyi üçün ölkənin göstərəcəyi turizm xidmətlərinin keyfiyyəti də yaxşı olmalıdır.
|
AZADİNFORM. Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsinin ATƏT-ə sədrlik edəcəyi müddətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə maksimal səy göstərəcəyini bəyan edib.
|
Natiq Bağırov/AZADİNFORM. İslam Partiyasının sədri və digər üzvlərinin cinayət işi hakim icraatına verilib. Bu barədə “Azadinform”a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib. Məlumata görə, cinayət işi baxılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. İş üzrə hazırlıq iclasının vaxtı müəyyən edilməyib.
|
AZADİNFORM. Bu gün Bakıda, Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat katibliyindən “Azadinform”a verilən məlumata görə, nazir Ziya Məmmədovun sədrliyi ilə keçən iclasda dəmir yolu xəttinin Marabda-Axalkalaki hissəsində, Tetriskaro-Tsalka və Tsalka-Axalkalaki dəmir yolu sahələrinin bərpa və yenidənqurma (reabilitasiya-rekonstruksiya) işlərinin Axalkalaki-Kartsaxi hissəsində dəmir yolunun tikintisi ilə bağlı korrektə edilmiş smeta layihəsinə baxılıb.
|
Həbibə Abdulla/AZADİNFORM. Türkiyə turizmdən bu il 25 mlrd. dollar qazanc əldə edib. “Azadinform” xəbər verir ki, bu barədə Türkiyə Turizm Yatırımcılar Dərnəyinin rəhbəri Turqut Gur deyib. Onun dediklərinə görə, keçən il bu rəqəm 22 mlrd. dollar təşkil edib.
|
AZADİNFORM. Stokholmdakı Nobel Fondunda ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüş keçirilib. Dövlət Neft Şirkətindən “Azadinform”a verilən məlumata görə, Rövnəq Abdullayevi və nümayəndə heyətini salamlayan Nobel Fondunun prezidenti Lars Heykensen dünya neft sənayesində böyük xidmətləri olan Nobellər ailəsinin Azərbaycanla sıx bağlı olduğunu söyləyib.
|
Xədicə/AZADİNFORM. Bir neçə il öncə türk şou-biznesi üçün çalışan müğənni Rəhim Rəhimli sonra Vətənə dönüb yerli sənət aləmində işini davam etdirdi. Onu oxu tərzi türk üslubuna yaxın olsa da, müğənni artıq qonşu ölkədə çalışmaq istəmir. Amma onu qardaş ölkənin şou-biznesində görmək istəyənlər var:
|
Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “Azadinform”a ETSN-nin mətbuat xidmətindən veriblər.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə keçirilib.
|
|
|