AZADİNFORM. Suriya hərbi hava qüvvələrinin ölkənin şimalını vurması nəticəsində onlarla adam ölüb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçiləri və müxalifət fəalları xəbər verirlər.

Avropa Liqası

Qrup mərhələsi

I tur, 20 sentyabr

Partizan (Serbiya) – Neftçi (Azərbaycan) 0:0

AZADİNFORM. Nobel mükafatı üzrə ekspert Devid Pendlberi Nobel mükafatına layiq görüləcək şəxslərin illik proqnozunu hazırlayıb. Laureatlar oktyabr ayında bəlli olacaq.

“Bloomberg” saytının məlumatına görə, son aylar avrozona ölkələrinin banklarından külli miqdarda vəsait çıxarılır. Bankların uzunmüddətli maliyyələşdirmə əməliyyatı (LTRO) çərçivəsində geri götürülən depozitləri əvəzləmək üçün Avropa Mərkəzi Bankı tərəfindən avqustun sonunadək avrozona banklarına 820 milyard avro kredit ayrılmışdır. Əvvəlki illərdə İrlandiya və Yunanıstan banklarında müşahidə edilən mənfi tendensiya ötən ildən etibarən İspaniya və Portuqaliyanın maliyyə institutlarına da sirayət etməyə başlayıb.

AZADİNFORM Suriyada Bəşər Əsəd ordusuna məxsus bir vetrolyot vurulub. “Azadinform” xəbər verir ki, dövlət televiziyası vertolyotun paytaxt Dəməşqin şərqindəki Duma səmtində düşdüyünü bildirib. Xəbərdə vertolyotun vurulmasıyla bağlı hər hansı detala yer verilməyib.


AZADİNFORM. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu barədə məlumatı “Azadinform”a MTRŞ-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün ATƏT-in Vyana Ofisində ATƏT-in Baş katibi səfir Lamberto Zannier ilə TÜRKPA Baş katibi Ramil Həsənov arasında görüş keçirilib. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün işıq üzü görən “İki sahil” qəzeti 184 səhifəlik Xüsusi buraxılışında Azərbaycan neft-qaz sənayesinin 18 ildə keçdiyi inkişaf yolunu əks etdirib. “Əsrin müqaviləsi”ndən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması Xüsusi buraxılışın ana xəttini təşkil edir. 

AZADİNFORM.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır. 

 

Adəm Abbaslı/AZADİNFORM. Müğənni Roza Zərgərli növbəti klipini təqdim edib. “Azadinform” xəbər verir ki, “Qəlbdən sevən”in təqdimatında məlum olub ki, klip müğənninin ailə həyatından bəhs edir. Onu da deyək ki, müğənni həyat yoldaşının kimliyi ilə bağlı danışmaq istəməyib: “Bu klipimi həyat yoldaşıma həsr eləmişəm. Onunla illərdir nə yaşamışıqsa məhz bu klipdə göstərilib”.

 

AZADİNFORM. Sentyabrın 21-də məşhur “The Beatles” qrupunun yaradıcısı və ifaçısı Con Lennonun həyat yoldaşı, rəssam Yoko Ono “Pussy Riot”a sülh mükafatı verəcək.

AZADİNFORM. Azərbaycanın əməkdar artisti, muğamlarımızın və xalq mahnılarımızın mahir ifaçısı Bəsti Sevdiyevaya Türkiyədə film və serial çəkən bır sıra şirkətdən dəvət gəlib. Bu barədə “Azadinform”a tanınmış muğam ustasının mətbuat katibi Cəfər Mənsimi məlumat verib. Onun sözlərinə görə tanınmış xanəndəyə həmin şirkətlərin istehsal etdiyi bir sıra serial və filmlərində rol alması təklifi olunub.

AZADİNFORM. BMT-nin baş katibi Pan Ki Mun 67-ci sessiyadan əvvəl mətbuat nümayəndələri ilə görüşüb. Munun gündəliyindəki əsas məsələlər müsəlmanları təhqir edən film və Suriya olub. Baş katib iki il əvvəlki karikatura böhranını xatırladaraq yenə də eyni şeyin edildiyini deyib və bunun utancverici, tərbiyəsizcəsinə bir davranış olduğunu vurğulayıb: “Yenə insanların dəyərlərinə, inanclarına hücum edərək provokasiyaya çəkməyə çalışırlar. Dünyadakı bütün insanların, icmaların, xalqların inanclarına, dəyərlərinə, mədəniyyət və tarixinə hər kəs dərindən hörmət etməlidir”.

Atif Eyvazov/AZADİNFORM. Sentyabrın 19-20-si tarixlərində AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Cavid Qasımov Kayseri şəhərində yerləşən Nuh Naci Yazgan Universiteti tərəfindən təşkil edilən “Qadınların əxilikdə rolu” II Beynəlxalq simpoziumunda iştirak edib. Məlumatı “Azadinform”a Şərqşünaslıq İnstitutundan veriblər.

AZADİNFORM. Azərbaycanın Misirdəki səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq. Bu barədə məlumatı “Azadinform”a Misirdəki səfirliyimizdən veriblər.

Həbibə/AZADİNFORM. 1997-ci ildə hasilatın başlandığı vaxtdan 2012-ci il avqustun sonunadək AÇG-dən – 280.1 milyon ton (2 milyard 067.7 milyon barel) neft çıxarılıb. Bu barədə “BP-Azərbaycan”ın mətbuat xidmətindən “Azadinform”a bildirilib. Bu il sentyabr ayının 15-dək Ceyhan terminalından 1975 tanker AÇG neft ilə yüklənib dünya bazarlarına yola salınıb.

Həbibə/AZADİNFORM. Təmir işləri ilə əlaqədar olaraq 21 sentyabr 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək “Ucar” və “Lək” qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Əliqismət Lalayev: “Bu mövsümdə bizim teatrımıza gələn sənətsevərlər darıxmayacaq”

 

AZADİNFORM. Meksikanın Piedras Neqras şəhərindəki həbsxanada məhkumlar 6,5 metrlik tunel qazaraq həbsdən qaçıblar.

 
8243 səhifə 9674-dən (dan) << < 8239 8240 8241 8242 8243 8244 8245 8246 8247 > >>
 Xəbər lenti
19.03.2019
 Arxiv
Mart.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo