Adəm Abbaslı/AZADİNFORM. “Doğudan Batıya, Batıdan Doğuya Kardeş Sergiler”. “Azadinform” xəbər verir ki, fevralın 9-dan 23-dək İzmir Dövlət Rəsm və Heykəl Muzeyində keçiriləcək Türkiyə və Azərbaycan rəssamlarının birgə sərgisi belə adlanacaq.

Həbibə/AZADİNFORM. Ötən ilin noyabr ayının sonuna olan məlumata əsasən, Çində internet istifadəçilərinin sayı 505 milyon nəfərə çatıb.


Həbibə/AZADİNFORM. İnternet şəbəkəsində domen məkanının idarəedicisi İCANN korporasiyası bu gündən etibarən aprelin 12-dək bütün arzu edənlərdən yüksək səviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlayır. “Azadinform”un məlumatına görə, indi ünvanların ənənəvi .com, .org və ya .az kimi sonluqların əvəzinə praktiki olaraq istənilən sözdən, hətta latın dilində olmayan sözlərdən istifadə etmək mümkün olacaq. Belə domen üçün qeydiyyat haqqı 185 min dollar təşkil edir.

AZADİNFORM. “Gürcü siyasətinə xalqın bir neçə il əvvəl yaxa qurtardığı «mumiyalar» qayıda bilməz”. Bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qoridə bildirib. “Azadinform”

Mübariz Aslanov/AZADİNFORM. Bu il ali məktəblərin magistratura pilləsinə qəbul qaydalarında dəyişiklik edilib. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bildirib. O qeyd edib ki, qaydalar imtahanlarla bağlıdır.

AZADİNFORM. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımovla görüş keçirib.

AZADİNFORM. İran prezidenti Mahmud Əhmidenejad Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kubaya gedib.


Mübariz Aslanov/AZADİNFORM. Cari tədris ili üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu fevralın əvvəlindən keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

AZADİNFORM. Fransa və Avropa Birliyi Suriya hakimiyyətini fransalı telejurnalist Qilles Jakquerinin Homsda öldürülməsinə aydınlıq gətirməyə çağırıb.

AZADİNFORM. 2012-ci ildə sahibkarlara 200 milyon manat güzəştli kredit verilməsi proqnozlaşdırılır.

AZADİNFORM. 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  96  müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub. “Azadinform” xəbər verir ki, bunu yap.org.az saytına İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

AZADİNFORM. İran nüvə proqramı üzrə alim Mustafa Əhmədi Rosanın öldürülməsi ilə bağlı BMT-yə müraciət edib. “Azadinform” “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat alimin ölümünü araşdırmağa çağırılıb.

AZADİNFORM. «Türkiyə və İran - müsəlman, qardaş və dost ölkələrdir. Bu səbəbdən də onların bütün regional problemlərin həlində koordinasiyası zəruridir». Bu sözləri Türkiyəyə səfərə gəlməzdən əvvəl İran parlamentinin spikeri Əli Laricani bildirib. «Azadinform» xəbər verir ki, «Anadolu» agentliyinə müsahibəsində spiker Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunaraq xatırladıb ki, bunun həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur:

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu  tərəfindən son 3 ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313.3 mln. manat güzəştli kredit vəsaiti verilib. “Azadinform” xəbər verir ki, bunu yap.org.az saytına İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

AZADİNFORM. Nyu-Yorkda səfərdə olan  xarici işlər naziri Elmar Məmmədyarov səfər çərçivəsində Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Cənubi Afrika Respublikasının xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə mövcud olan əməkdaşlıq nəzərdən keçirilərək, onun inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb və əlaqələrin daha da genişləndirilməsində hər iki ölkənin geniş potensiala malik olduğu xüsusilə vurğulanıb.

 
Natiq Bağırov/AZADİNFORM. Bakının Səbail rayonu ərazisində ölüm hadisəsi olub. Bu barədə “Azadinform”a Səbail rayon Prokurorluğundan məlumat verilib.

AZADİNFORM. Yanvarın 14-də Makaoda (Çin) “Zonqyi” İdman sarayında Beijing Dragons (Çin) və Baku Fires (Azərbaycan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçı keçiriləcək. “Azadinform” xəbər verir ki, komandaların heyətləri artıq məlumdur:

 

AZADİNFORM. “Biz Somalidəki münaqişəli vəziyyətə qayğı və diqqətlə, siyasi, humanitar, təhlükəsizlik problemlərinin həllinə yönəldilmiş kompleks strategiya əsasında bütün dövlətlərin birgə səyləri ilə yanaşmalıyıq.”

Natiq Bağırov/AZADİNFORM. Quba rayonunda intihar hadisəsi baş verib. Bu barədə “Azadinform”a Quba rayon Prokurorluğundan məlumat verilib.

AZADİNFORM. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.

 
8207 səhifə 8937-dən (dan) << < 8203 8204 8205 8206 8207 8208 8209 8210 8211 > >>
 Xəbər lenti
19.08.2018
18.08.2018
 Arxiv
Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo