Həbibə/AZADİNFORM. ARDNŞ-in Ekologiya İdarəsinin 2012-ci il üzrə illik iş proqramına uyğun olaraq idarə şirkətin struktur bölmələrində, Əməliyyat Şirkətləri (ƏŞ) və Birgə Müəssisələrdə (BM) 2011-ci il üzrə atmosfer emissiyalarının inventarlaşdırılmasını başa çatdırıb. 

                                                             
Həbibə/AZADİNFORM. “Azəriqaz” İstehsalat Birliyinin 185 nömrəli “qaynar xətt”inə 2012-ci ilin birinci yarısında daxil olmuş müraciətlərin əksər hissəsi sayğacların koda düşməsi ilə bağlıdır.

AZADİNFORM. İstanbulun Fatih rayonunda Cemal Tezel adlı Türkiyə vətəndaşı mənzilini kirayə verdiyi Ermənistan vətəndaşları Qriqor İşxanyan və Sedu Bequnyan tərəfindən amansızcasına qətlə yetirilib.

Həbibə/AZADİNFORM. “Günəşli” yatağındakı 13-cü özüldən 308 nömrəli quyuda qazma işlərinə başlanılıb. 


AZADİNFORM. İyulun 26-27-də Xəzər Universitetində Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində gənc sahibkarlar üçün seminar keçirilir.  Bu proqram “Azercell Telekom” MMC, Barama Innovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən təşkil olunub.

AZADİNFORM. Londonda keçiriləcək Yay Olimpiadası üçün medallar Olimpiya Oyunları tarixində ən bahalı medallar olub. “Azadinform” yerli KİV-lərə istinadən xəbər verir ki, bu medalların hazırlanması üçün Monqolustandan və Amerikanın Yuta ştatından səkkiz ton qızıl, gümüş və mis gətirilib.

AZADİNFORM. Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir.

Ümidə Həsənli/AZADİNFORM. Yaradıcılığı ilə ciddi şəkildə məşğul olmağa başlayan müğənni Sabir Əhmədov yeni mahnılar üzərində çalışır. Müğənninin prodüseri Samir Xəttabın “Azadinform”a verdiyi məlumata görə, repertuarını zənginləşdirməyə doğru gedən Sabir Əməkdar artisti Ədalət Şükürovun “İtirdim” mahnısını rus dilində ifa edib. Bu gündən etibarən tamaşaçılarının ixtitarına verilən mahnı artıq “youtube” şəbəkəsində təqdim olunub: “Ədalət Şükürovun bundan xəbəri var. Mahnının hallalığını da verib”- deyə prodüser əlavə edib.   
Sabirin yenilikləri tək bununla bitmir. Belə ki, müğənni daha bir mahnısını ərsəyə gətirib. Müəllifi tanınmış bəstəkar-müğənni Vitali Romanov olan “” (“Ailə”) adlı kompozisiya da internet istifadəçilərinin ixtiyarına buraxılıb. Qeyd edək ki, sözügedən mahnının Sabir tərəfindən ifa edilməsini Romanov özü istəyib.


AZADİNFORM. İran parlamenti qızların nikaha girmə yaşını 9 yaşa kimi azalda bilər. Məclisin Hüquq Komitəsi bu məsələ ilə bağlı ölkə qanunlarında ziddiyyət aşkar edib və onu aradan qaldırmaq niyyətindədir. «Azadinform» «Sedmiça.Ru»ya istinadən xəbər verir ki, hazırda İranda nikah yaşı 13-dür. Cinsi yetkinlik dövrü isə 9 yaş göstərilib.

AZADİNFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmən Suriyanın hakimiyyət orqanlarını PKK terrorçularına himayədarlıq etməkdə günahlandırıb. «Bəşər Əsəd rejimi ölkənin beş vilayətini kürdlərə, onların terror təşkilatına verib» - deyə o bildirib. «Buna qarşı hansı tədbirlər görəcəksiniz» sualına isə baş nazir «İraqda etdiyimizi burada da edəcəyik» deyib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, Bakının Xəzər, Nəsimi, Abşeron rayonlarında, Sumqayıt şəhərində, Goranboy, Beyləqan, Füzuli, Bərdə, Neftçala rayonlarında saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 560 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. 

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirir. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər. 

Həbibə/AZADİNFORM. Neftçalada “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda ictimai dinləmə keçirilib. Konstitusiya Araşdırmaları Fondundan “Azadinform”a verilən məlumata görə, ictimai dinləmələr USAİD-in maliyyə dəstəyi ilə “Kounterpart İnterneşnl”ın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində Neftçala şəhərində Təhsil Resurs Mərkəzində “Qadınlar Arasında Həmrəylik” İB və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən təşkil edilib.

Həbibə/AZADİNFORM. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş qrafik əsasında davam etdirilir.

AZADİNFORM. Bəzi mətbuat orqanlarında Salyan rayonu ilə bağlı gedən yazılara rayon İcra Hakimiyyətindən aydınlıq gətirib. Bu barədə “Azadinform”a Salyan Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Kərəm Muradov açıqlama verib.
O qeyd edib ki, rayonda tikinti-quruculuq və abadlıq işləri aparılmasına baxmayaraq, bəzi mətbu orqanlarında aparılan abadlıq işlərinə pul yığılması ilə əlaqədar həqiqətə uyğun olmayan, əsassız, böhtan və şantaj xarakterli məqalələr dərc olunur: “Belə mətbu orqanlarından xahiş olunur ki, verilən məlumatları dərc etməmişdən əvvəl onu dəqiqləşdirsinlər. Məqalədə hətta Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərovun xəstəxana işçilərindən pul yığılması işini təşkil etdiyi bildirilir. Halbuki  İbrahim Cəfərov ötən il tutduğu vəzifədən azad edilib. Bu fakt özü verilən məqalənin qərəzli, böhtan və şantaj xarakterli olduğunu bir daha sübut edir. Bu cür yalan və böhtan yazılar kimlərinsə subyektiv marağına xidmət edildiyini göstərir”.

Adəm Abbaslı/AZADİNFORM. “Muzukalnıy Olimp” (“Muzıkalğnıy Olimp”) festivalı ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. “Azadinform”un məlumatına görə, festival  Üzeyir Hacıbəyov adına 3-cü Beynəlxalq Musiqi Festivalı tərkibində təşkil edilir. Azərbaycanda baş tutacaq “Muzıkalğnıy Olimp”  festivalında bir sıra tanınmış sənətkarlar iştirak edəcəklər.

AZADİNFORM. Bu gün  Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu Buenos-Ayres şəhərindəki San Martin Sarayında qəbul edəcək. Bu barədə məlumatı “Azadinform”a XİN-dən veriblər.
Bu səfər iki ölkə arasında əlaqələrin gücləndirilməsi prosesinin tərkib hissəsidir və xarici işlər naziri Hektor Timeramanın 200 argentinalı iş adamı ilə birgə cari ilin iyul ayının əvvəllərində Azərbaycana etdiyi səfərindən dərhal sonra baş verir.
Nümayəndə heyətləri San Martin Sarayında Argentina-Azərbaycan Biznes Forumunda iştirak edəcək, günün ikinci yarısı isə iş adamlarının iştirakı ilə ikitərəfli işgüzar görüşlər keçiriləcək.

AZADİNFORM. Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun tələbinə əsasən Yunanıstan hökuməti dövlət strukturlarını ixtisar etmək qərarına gəlib. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, İnzibati İslahatlar Nazirliyi bildirib ki, dövlətin restrukturizasiyası çərçivəsində hökumət 20-ə yaxın təşkilatı ləğv edəcək və ya digəri ilə birləşdirəcək.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan əsgərinin Ermənistan tərəfinə əsir düşməsi təsdiqlənib. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham olunan Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimov, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin ərazi-tikinti, torpaq komissiyasının sədr müavini Cavid Həsənovun apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.

 
8067 səhifə 9353-dən (dan) << < 8063 8064 8065 8066 8067 8068 8069 8070 8071 > >>
 Xəbər lenti
14.12.2018
 Arxiv
Dek.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo