AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin avrozona ölkələrində getdikcə dərinləşən maliyyə böhranının Rusiya iqtisadiyyatına da pis təsir edə biləcəyindən narahat olduğunu deyib.

Həbibə/AZADİNFORM. Yaxın vaxtlarda kənd poçt şöbələrində də məktubların elektron qeydiyyatı aparılacaq. “Azadinform”un məlumatına görə, bunu “Azərpoçt” MMC-nin poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov “İCTnews”a bildirib.

AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ”Azadinform”a verilən məlumata görə 05 iyun 2012-ci il tarixdə Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-105, Kiçik Qafqazın çaylarında 65-95, Lənkəran-Astara bölgəsi çaylarında 50-80, Naxçıvan MR çaylarında isə 15-20 faizini təşkil edir. 

 


AZADİNFORM. Pakistanın şimal-qərbində “Əl-Qaidə” liderlərindən biri Əbu Yəhya əl-Libinin olduğu güman edilən yerə bir neçə raket zərbəsi endirilib. ABŞ və Pakistan mənbələrinin məlumatına görə, raket zərbələri yaraqlıların Şimali Vəziristandakı bazasına endirilib. 30-a yaxın silahlı öldürülüb. Onların arasında Libinin olub-olmadığı məlum deyil.

Həbibə/AZADİNFORM. “Maliyyə xidmətlərinin inkişafı” layihəsi uğurla icra olunan və böyük perspektivi olan layihələrdən biridir. Bu yaxınlarda lisenziya alan poçt şöbələrinin sayı minə çatacaq”. “Azadinform” xəbər verir ki, bunu “İCTNews”a açıqlamasında “Azərpoçt” MMC-nin hüquq şöbəsinin müdiri Yaşar Əhmədov bildirib.

 


Həbibə/AZADİNFORM. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı (AMST) Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən su təsərrüfatı obyektlərində və onların mühafizə zonalarında yaradılan obyektlərin fəaliyyətinə icazənin verilməsi üzrə elektron xidmət qismən avtomatlaşdırılıb. 


Mübariz Aslanov/AZADİNFORM. “Əvvəlki illərdən fərqli olaraq artıq ABŞ Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsinin reallaşmasına tam olaraq dəstək verir”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Həbibə/AZADİNFORM. İyunun 12-də Türkmənistanda “Elm günü”nə həsr edilmiş elmi konfrans keçiriləcək. 

AZADİNFORM. Türkiyə və Gürcüstanın baş nazirləri - Rəcəb Tayyip Ərdoğan və Nika Qilauri İstanbulda birgə regional layihələri müzakirə ediblər. 

Ümidə Həsənli/AZADİNFORM. Gənc reper Orxan Həyat son dövrlərdə hər kəsin marağına səbəb olan bir mövzuya müraciət edib. “Azadinform”un məlumatına görə, bu yaxınlarda sənətçilərlə birgə böyük aksiyaya hazırlaşan reper davamlı uğurları ilə sənətində irəliləyişlər edir.

Natiq Bağırov/AZADİNFORM. Bakıda partlamamış tank mərmisi aşkar edilib. Bu barədə “Azadinform”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

AZADİNFORM. Cəbhədə vəziyyət gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri iyunun 4-də saat 16.00-dan 16.20-dək və 23.40-dan 23.50-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.30-dək, 23.35-dən 23.40-dək, iyunun 5-də 00.20-dən 00.30-dək, 02.45-dən 02.50-dək, 02.55-dən 03.10-dək, 05.10-dan 05.15-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.55-dən 03.10-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03.10-dan 03.20-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03.00-dan 03.10-dək Cəbrayıl rayonu Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.00-dan 05.20-dək Ağdam rayonu Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Mübariz Aslanov/AZADİNFORM. ABŞ Prezidenti Barak Obama Bakıda keçirilən XIX beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2012” sərgisi iştirakçılarına və Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “Azadinform” xəbər verir ki, məktubu sərginin bugünkü açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq oxuyub.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda son iki iş günü ərzində - iyunun 1 və 4-də Kapital Bank 25 mindən çox vətəndaşın SSRİ dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı ərizəsini qəbul edib. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Həbibə/AZADİNFORM. Vətəndaşların elektron sağlamlıq kartındakı məlumatların əldə edilməsi xidməti “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminin Elektron Xidmətlər Portalına inteqrasiya olunub. 


Həbibə/AZADİNFORM. “Aqrolizinq” ASC-nin qurumları vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri açıqlanıb. 

 

Natiq Bağırov/AZADİNFORM. Siyəzən rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Bu barədə “Azadinform”a Siyəzən rayon Prokurorluğundan məlumat verilib.

 


Həbibə/AZADİNFORM. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə bir sıra normativ hüquqi akt təsdiqlənərək Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Natiq Bağırov/AZADİNFORM. Bakı polisi bir neçə gün əvvəl törədilən qətlin daha bir iştirakçısını həbs edib. Bu barədə “Azadinform”a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.


 
7803 səhifə 8938-dən (dan) << < 7799 7800 7801 7802 7803 7804 7805 7806 7807 > >>
 Xəbər lenti
20.08.2018
19.08.2018
18.08.2018
 Arxiv
Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo