Həbibə Abdulla/AZADİNFORM. Aprelin 20-21-də Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilatçılığı ilə Əməkdar həkimi, mərhum Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunmuş “Orqan transplantasiyası və beyin ölümü” Beynəlxalq Forumu keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Bundan sonra Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli iqtisadi komitə fəaliyyət göstərəcək. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami bildirib.

AZADINFORM. Ermənistan Milli Konqresi ölkədə baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Bu barədə «Azadinform» «ArmTodey»ə istinadən məlumat yayıb. Bəyanatda son günlər rejimin üzündən beynəlxalq ictimaiyyətin ölkəyə üç ağır zərbə vurduğu bildirilib. Birincisi, Ermənistanın «Minilliyin çağırışı» proqramı çərçivəsində maliyyələşməsinin dayandırılmasıdır. Bunu əsas gətirən ABŞ ölkədə demokratiya ilə bağlı irəliləyişlərin olmadığını göstərib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Demokratik İslahatlar Partiyasında (DİP) Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu mövzusunda dəyirmi masa keçirilib. Azadinform xəbər verir ki, tədbirdə DİP sədri Asim Mollazadə qadınların Azərbaycanın ictimai-siyasi proseslərindəki rolu, həmçinin onların təhsil və elm müəssisələrdəki fəaliyyətləri barədə məlumat verib.

Həbibə Abdulla/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi Turizm ili çərçivəsində daha bir yeni layihə təqdim edir. Elektron bələdçi xəritəsi olan Guide Map naviqasiya portalı Azərbaycan ərazisinin rəqəmli coğrafi xəritəsidir.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyada keçirilən görüşü kifayət qədər uğurlu alınıb. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami bildirib.

Hacı Zeynalov/AZADİNFORM. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onunla birgə saxlanılan dostu Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Elvin Xəzər/AZADİNFORM. “Həmsədrlərin bölgəyə intensiv səfərləri müsbət haldır. Onların yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcəyi gözlənilir. Bu, ümumilikdə, diplomatik baxımdan müsbət qiymətləndirilə bilər.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Həbibə Abdulla/AZADİNFORM. “Neft Fonduna daxilolmaların həcmi ilk dəfə olaraq 50 milyard dolları ötüb”. “Azadinform”un məlumatına görə, bunu fondun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu vəsaitin yarısı qorunub saxlanıb, digər yarısı isə müxtəlif dövlət proqramlarına və dövlət büdcəsinə transfer edilib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı və icraçı direktoru professor Corc Fridmanla görüşüb.

/AZADİNFORM/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mərakeş Krallığının Taza şəhərində keçiriləcək Uşaq teatrı üzrə 12-ci Beynəlxalq teatr festivalına dəvət alıb.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin 1-ci rübündə Neft Fondunun xərclər hissəsində ən böyük maddəni dövlət büdcəsinə transfer təşkil edib. “Azadinform”un məlumatına görə, bu barədə 1-ci rübün yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Çox təəssüf ki, hələ də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşrlərinin saxta variantlarının buraxılışı davam edir”. “Azadinform” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun etimadnaməsini qəbul edib. “Azadinform” xəbər verir ki, səfir Aleksandr Mişenko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Həbibə Abdulla/AZADİNFORM. Neftin dünya bazar qiyməti və büdcə qiyməti arasında fərq nəticəsində Neft Fonduna təxminən 1,5 milyard dollar vəsait daxil olub.

Günel Əbilova/AZADİNFORM. Bakının Nizami rayonunda yerləşən Zəngi liseyində Xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib. Bu barədə məlumatı Azadinform-a Zəngi liseyindən veriblər.

Aytən İmanova/AZADİNFORM. 14-18 aprel tarixində Kiyevdə “External Independent Testing. International Experience of Implementation” adlı beynəlxalq tədbir keçirilib. Ukrayna Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Polşa, Almaniya, Litva, Rusiya, Ukrayna ilə yanaşı, Azərbaycandan da nümayəndə heyəti iştirak edib.

Günel Əbilova/AZADİNFORM. Qəddafinin həyatı təhlükədədir. “Azadinform” “Zaman” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Liviyada müxalifətin qurduğu Müvəqqəti Milli Şuranın sədri Mustafa Abdulcəlil ilə görüşündə İtaliyanın xarici işlər naziri Franko Frattini deyib. Onun sözlərinə görə, bütün liviyalılar kimi ona da kömək ediləcək.

 
7800 səhifə 7826-dən (dan) << < 7796 7797 7798 7799 7800 7801 7802 7803 7804 > >>
 Xəbər lenti
20.11.2017
 Arxiv
Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo