AZADİNFORM ABŞ administrasiyası “Əl Qaidə” qruplaşması iyerarxiyasının ikinci adamı sayılan Əbu Yəhya əl-Libinin öldürüldüyünü rəsmən təsdiqləyib.

AZADİNFORM. 4 əsrə yaxın Osmanlı İmperiyasının himayəsində qalan Tunis müstəqillik qazandığı 1956-cı ildən sonra də Türkiyə ilə yaxın əlaqələrini davam etdirir.

AZADİNFORM. Prezident İlham Əliyev Lord Şeyx Mohamed İltaf, Lord Patel Kamleş Kumar, Lord Dük Hugh Con Maksvell, Lord Risbi Riçard Con Grenvilldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul edib.

AZADİNFORM. Prezident İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

AZADİNFORM. Prezident İlham Əliyev Hidayət Orucova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

 

AZADİNFORM. Roma katolik kilsəsi homoseksuallıq, boşanma və onanizmə bəraət qazandıran amerikalı katolik rahibənin mübahisəli əsərini pisləyib. Vatikan Marqaret Farleyin “Just Love: a Framework for Christian Sexual Ethics" kitabında yazılanların möminlərə “ölümcül" zərər verdiyini bildirib. 

 

AZADİNFORM. Prezident İlham Əliyev iyunun 5-də Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

AZADİNFORM. NATO Yeni Zellandiya ilə əməkdaşlıq haqqında saziş imzalayıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, sənədə görə, tərəflər terrorçuluqla mübarizə, hərbi təlimlərin keçirilməsi, informasiya, təbii fəlakətlərin aradan qaldırılması ilə bağlı əməkdaşlıq edəcək. 

 

AZADİNFORM. Suriya 17 Qərb diplomatını “persona non-qrata” elan edib və ölkədən çıxarır. 

AZADİNFORM. Suriyada üsyançılar briqada generalı Ənvər əl-Sakkanı öldürüblər. «Azadinform» «SANA»ya istinadən xəbər verir ki, onun maşınını altına partlayıcı vasitə qoyulubmuş. Generalın maşını Dəməşq küçələri ilə hərəkət edən zamanı partlayıb. Nəticədə generalın imtahana yollanan qızı, eləcə də sürücüsü də zərər çəkib.

 

Ümidə Həsənli/AZADİNFORM. Musiqili Komediya Teatrının aktrisası Emma Məlikovanın yaşadığı ev uçub. Onun köhnə “Sovetski” məhəlləsi, Abdulla Şaiq küçəs 119  ünvanında olan iki otaqlı, bir mətbəxli mənzilinin tavanı döşəməyə tökülüb, ev qəzalı vəziyyətə düşüb.

AZADİNFORM. Slovakiyada deputatlar yeni etiraz üsulu tapıb. “Azadinform” TRT-yə istinadən xəbər verir ki, Slovakiyada bir partiyadan olan 17 deputat millət vəkillərinin “toxunulmazlıq” hüququnun ləğv edilməsini tələb ediblər. 

AZADİNFORM. ABŞ prezidenti Barak Obama 11 yaşlı Tayler Sallivan üçün izahat məktubu yazıb.  Prezident bunu şagirdin dövlət başçısının çıxışına qulaq asmaq üçün dərsdən yayındığına görə edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orhus İctimai Ekoloji İnformasiya Mərkəzində “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda tələbə və müəllimlərin iştirakı ilə Dəyirmi masa keçirilib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-nin internet səhifəsi istifadəyə verilib.

 

Həbibə/AZADİNFORM. Təkcə 2012-ci ilin may ayı ərzində respublikanın 14 rayonunun 27 kəndinə təbii qaz verilib. “Azadinform” ARDNŞ-ə istinadən xəbər verir ki, ümumilikdə 5936 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb, ümumi uzunluğu 346184 metrdən çox müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. 

 


Atif Eyvazov/AZADİNFORM. Türkiyədə səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun  rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin daxili işlər naziri İdris Naim Şahin tərəfindən rəsmi qarşılanma mərasimi olub. 

AZADİNFORM. İyunun 10-dan 20-ə qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq təlim-məşq toplanışı üçün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb:
AFFA-dan ‘Azadinform”a verilən məlumata görə, toplanışa şağıdakı futbolçular cəlb olunub: 

Adəm Abbaslı/AZADİNFORM. Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi və Türk dünyasının ortaq televiziyası TRT Avaz daha bir yeniliyə imza atıb. “Azadinform”un məlumatına görə, Türkiyənin TRT Avaz kanalının “Türk dünyasından izler” verilişinin bir buraxılışı Türk dünyasının görkəmli filosof-şairi, dramaturqu Hüseyn Cavidə həsr olunub.


 

Adəm Abbaslı/AZADİNFORM. Gənc müğənni Ramal 3 il ərzində gördüyü işləri bir araya toplayaraq yeni albom ərsəyə gətirib. “Azadinform” xəbər verir ki, “Zaman” adlanan albomun bu gün Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilib. 

 
7799 səhifə 8937-dən (dan) << < 7795 7796 7797 7798 7799 7800 7801 7802 7803 > >>
 Xəbər lenti
19.08.2018
18.08.2018
 Arxiv
Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo