AZADİNFORM. Prezident İlham Əliyev Əfqanıstan prezidenti Həmid Kərzaiyə başsağlığı məktubu göndərib.

AZADİNFORM. “Cəmiyyətimizdə müasir texnologiyalar vasitəsi ilə innovativ tədris üsullarından, informasiya mübadiləsinin yeni metodlarından geniş şəkildə istifadə etməklə maarifləndirmə amili prioritet məsələlərdən biridir”. Bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətinin rəhbəri Məcid Musayev təşkilatın tələbə gənclərin maarifləndirilməsi sahəsində həyata keçirdiyi fəaliyyət haqqında danışarkən deyib.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012”də iştirak etmək arzusunda olan isveçlilər müsabiqənin ölkədaxili seçim turuna rekord sayda – 3485 mahnı təqdim ediblər. “Azadinform” müsabiqənin rəsmi internet saytına istinadən xəbər verir ki, İsveçin “Eurovision-2012” müsabiqəsi üzrə yayımçısı ”SVT” artıq mahnı qəbulunu sona çatdırıb.

AZADİNFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Amerikanın «PBS» televiziyasında yayımlanan «Charlie Rose Show» proqramında iştirak edib və məşhur aparıcı Çarli Rouzun suallarını cavablandırıb.

Atif Eyvazov/AZADİNFORM. Noyabrın 8-i AMEA Rəyasət Heyətində “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayacaq. Konfrans AMEA Radiasiya Problemləri İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər.

C.Əsgərov/AZADİNFORM. Rusiya hakimiyyəti hələ də Qərbin Suriya lideri Bəşər Əl-Əsədə etdiyi təzyiqlərə qarşı çıxır. BMT-nin Təhlükəsizlik Şurasının veto hüquqlu üzvü kimi Moskva Bəşər Əl-Əsəd hakimiyyətinə qarşı irəli sürülən sanksiyaların qabağını ala bilər və hələ də bu mövqedə dayanıb.


Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda Turizm ili çərçivəsində Ümumdünya turizm gününün təntənəli qeyd olunması münasibətilə sentyabrın 27-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

“The Guardian”: “Culian Assancın şərhləri onun icazəsi olmadan “Wikileaks”də yayımlanacaq”

 

Adəm Abbaslı/AZADİNFORM. “Turizm ili” çərçivəsində cari ilin sentyabr ayının 24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkətləri və kütləvi informasi vasitələrinin iştirakı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infoturun təşkil olunacaq. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, Azərbaycan tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələrinin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rolu olan qoruğun ərazisində son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu turizm obyektinin əhəmiyyətini daha da artırıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Batumidə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Komissiyasının dəstəyi ilə “Korrupsiyanın aradan qaldırılmasında və effektivliyin gücləndirilməsində dövlət orqanlarında xidmətlərin göstərilməsinin rolu” mövzusuna həsr olunmuş regional seminar işə başlayıb.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Fransada Azərbaycanın turizm potensialının təqdimatı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, təqdimat Fransada keçirilən “TOP RESA–2011” beynəlxalq turizm sərgisi çərçivəsində həyata keçirilir.

Adəm Abbaslı/AZADİNFORM. Meteoroloqlar sabah ölkə ərazisində havaların əsasən yağmursuz keçəcəyini proqnozlaşdırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Azadinform”a verilən məlumata görə, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti olsa da, yağışların yağmayacağı gözlənilir.

Həbibə/AZADİNFORM. “Şəki Regional Elektrik Şəbəkəsi”ndə cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı 2260 istehlakçının (bundan 1859 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qayda pozuntusu aşkar edilib.

Həbibə/AZADİNFORM. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 60 mln. manat təşkil edən, AZ200300868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan “Azadinform”a verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb.

AZADİNFORM. Rusiya “Dağlıq Qarabağ Respublikası”nı müstəqil dövlət kimi tanımır. Hesab edirik ki, Dağlıq Qarabağda seçkilərin keçirilməsi münaqişənin sülh yolu ilə həlli prosesinə təsir göstərə bilməz. “Azadinform” Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir ki, bu fikri XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.

Həbibə/AZADİNFORM. “Kapital Bank” fəaliyyət göstəricilərinə görə ölkənin ən aparıcı banklarından biridir. Hazırda bankın aktivləri 1 milyard manatı ötüb”.

AZADİNFORM. ABŞ prezidenti Barak Obama Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbası xəbərdar edib ki, Birləşmiş Ştatlar BMT-nin Fələstinin müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi istənilən qərara veto qoyacaq. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, Obama bunu Mahmud Abbasla görüşü zamanı deyib.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda, Avropa otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüş keçirib. “Azadinform” xəbər verir ki, görüşdə X.Yusifzadə Azərbaycanın neft və qaz hasilatından danışıb.

Həbibə/AZADİNFORM. Mərkəzi Bank informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartlar əsasında auditin keçirilməsi və bu sahədə inkişaf strategiyasının hazırlanması üzrə tenderin nəticələrini açıqlayıb.

Həbibə/AZADİNFORM. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes-forumu keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Bolqarıstan tərəfindən sənaye, turizm, tikinti, maliyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

 
7797 səhifə 8231-dən (dan) << < 7793 7794 7795 7796 7797 7798 7799 7800 7801 > >>
 Xəbər lenti
20.02.2018
 Arxiv
Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo