Oya Ergün: “Operanın heç bir zaman yox olacağına inanmıram”

 

AZADİNFORM. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 1-2 oktyabr tarixlərində “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədi ilə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında səfərdə olacaq.

Gürcüstanda parlamenta keçirilən seçkilərdə səsvermə başlayandan 4 saat 30 dəqiqə ərzində seçicilərin 25,5 faizi səs verib. Gürcüstanın mərkəzi seçki komissiyasından verilən məlumata görə hələlik səsvermə zamanı ciddi qanun pozuntusu qeyə alınmayıb. 

AZADİNFORM. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "İnter" (İtaliya) oyununun hakimləri açıqlanıb. AFFA-dan “Azadinform”a verilən məlumata görə, oyunu Hollandiyadan olan hakimlər briqadası idarə edəcək.

BMT-nin sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən İran prezidenti Mahmud Əhmədinejadın operatoru qaçıb.  Türkiyə mətbuatının verdiyi məlumata görə, iranlı operator Qol Kanban ABŞ-dan sığınacaq istəyib. 

Həbibə/AZADİNFORM. “Lerik” Elektrik Şəbəkəsində cari ilin son üç ayında bir sıra təmir işləri aparılıb.

 

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan “Buta” filmi “Oskar” mükafatına təqdim edilib. Məlumat “Azadinform”a Oskar Milli Komitəsinin üzvü Əli İsa Cabbarov tərəfindən verilib. 


 

Həbibə/AZADİNFORM.  “Astara Elektrik Stansiyası”nda 2012-ci ilin 8 ayı ərzində 202,5 milyon kVt/saat, o cümlədən avqust ayında 23,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. 

Mübariz Aslanov/AZADİNFORM. Millət vəkili Gülər Əhmədova ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyasının qərarından sonra parlamentin müzakirəsinə çıxarılacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

İlkin istintaq Ermənistanın Xarici İşlər naziri və «Civilitas» fondunun təsiscisi Vardan Oskanyanın ona xeyriyyəçilik üçün etibar edilən boyük vəsaiti mənimsədiyini sübut edib. 


AZADİNFORM. “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili bəyan edib ki, “bu gün ola bilsin ilk dəfə ölkədə hakimiyyət seçkilər yolu ilə dəyişsin”. “Azadinform” “News.ge”yə istinadən xəbər verir ki, İvanişvili xanımı ilə birgə koalisiyanın ofisinə gəlib və burada seçkilərə ilk qiymət verib.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda partlayış olması ilə bağlı xəbərləri təkzib edib. “Azadinform” şirkətin rəsmi saytına istinadən xəbər verir ki, zavodun 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb: “Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır.

FİDE dünya şahmatçılarının növbəti reytinq siyahısını tərtib edib. Reytinq siyahısının ilk pilləsində əvvəlkitək norveçli qrossmeyster Maqnus Karlsens yer alır.

Atif Eyvazov/AZADİNFORM. Respublikada baş verən hər bir intihar hadisəsi xüsusi məlumatların siyahısına düşür. “Azadinform”un məlumatına görə, bu fikri baş prokuror Zakir Qaralov son zamanlar ölkədə intihar hallarının artmasına münasibət bildirərkən deyib. 

Mübariz Alsnaov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında İran-Azərbaycan münasibətləri ətrafında mübahisə düşüb. “Azadinform” xəbər verir ki, iclasda çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərkən deyib ki, İranla Azərbaycanın dostluq münasibətləri var və kimin nə problemi varsa özü həll etsin. O, bəzi tərəfləri Azərbaycana və azərbaycanlılara problem yaratmaqda, İranla Azərbaycanın arasını vurmaqda ittiham edib: “İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır.

AZADİNFORM. Türkiyə Misirə 1 milyard dollar kredit verəcək. Baş nazirin müavini Əli Babacanın mətbuat müşavirliyindən verilən yazılı açıqlamada kredit sazişinin baş nazir Rəcəb Tayyib Ərdoğanla Misir prezidenti Məhəmməd Mursinin iştirak etdiyi toplantıda imzalandığı bildirilib. Sənədi Əli Babacan və Misirin maliyyə naziri Mümtaz Əl Said imzalayıb.

Həbibə/AZADİNFORM. Rusiya istehsalı olan bəzi avtomobillərin Azərbaycana idxalı bu gündən qadağan edilib. 

Ümidə Həsənli/AZADİNFORM. Vokalçı, Şərqin ən gənc “Koroğlu”su Ramil Qasımovun Azərbaycan bəstəkarlarının romanslarından ibarət CD albomu işıq üzü görüb. Albomda dahi Üzeyir Hacıbəylinin romansları, həmçinin Asəf Zeynallının, Ramiz Mustafayevin, Oqtay Zülfüqarovun, Vasif Adıgözəlovun, Rəşid Şəfəqin, Ceyhun Allahverdiyevin və gənc bəstəkarların əsərləri yer alıb.

Natiq Bağırov/AZADİNFORM. Daxili İşlər Nazirliyi istirahət günləri Azərbaycanda baş verən yol qəzaları ilə bağlı məlumat yayıb. Bu barədə “Azadinform”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Gəncə şəhərində narkotik alverçisi tutulub.

 
7796 səhifə 9261-dən (dan) << < 7792 7793 7794 7795 7796 7797 7798 7799 7800 > >>
 Xəbər lenti
18.11.2018
17.11.2018
 Arxiv
Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo