Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçiləri ilə görüş keçirilib. “Azadinform”  xəbər verir ki, görüşdə  Türkiyənin “Radikal”, “Hürriyyet”, “Todays Zaman”, “Zaman”, “Milliyet” və “Haber Türk” kimi qəzetlərinin nümayəndələri, həmçinin ölkəmizdə fəaliyyət göstərən bir sıra mətbu nəşr və təşkilatların rəhbərləri iştirak edib.

Mübariz Aslanov/AZADİNFORM. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 19-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər. Qəbul elanının tam mətni ilə də həmin səhifədə tanış olmaq olar.

Natiq Bağırov/AZADİNFORM.Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib. Bu barədə “Azadinform”a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

AZADİNFORM. “Mançester Siti”nin Argentinalı futbolçusu Karlos Tevez 45 mln. avroya Braziliyanın “Corintias” kulubuna transef olub. “Azadinform” xəbər verir ki, “Mançester Siti”dən ayrılmaq istəyən K.Tevez muradına çatıb.

Həbibə/AZADİNFORM. Rusiyanın nüfuzlu “Novaya qazeta” qəzeti 17 iyul 2011-ci il tarixli sayında Sergey Kanevin “Çekistin ölümü” yazısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov barəsində yol verdiyi ciddi səhvə görə üzr istəyib.

Aytən İmanova/AZADİNFORM. “Dağlıq Qarabağ münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri, yaxud da beynəlxalq ictimaiyyət 13 yaşlı uşağın ermənilər tərəfindən terrora məruz qalmasına ən ciddi şəkildə münasibət bildirməlidir”. “Azadinform” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib.

Aytən İmanova/AZADİNFORM. “Partiyaların dövlət büdcəsindən maliyyələşməsi onların dövlət tərəfindən saxlanılması demək deyil”. “Azadinform” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib.

AZADİNFORM. «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi əhəmiyyətli və aktiv diplomatik mərhələyə daxil olub. Bu proses çərçivəsində vasitəçilər və liderlər qərarın qəbul edilməsi üçün danışıqlar prosesini aktivləşdirməyə cəhd göstərirlər». «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri amerikalı həmsədr Robert Bradtke Yerevanda bildirib.

“The Daily Telegraph”: “Telequlaq qalmaqalı London Polis Təşkilatının müdirini istefaya göndərdi”

Mübariz Aslanov/AZADİNFORM. AŞPA-da Avropa Xalq Partiyası (AXP) fraksiyasının rəhbəri Lukas Volontenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, “Avronest” Parlament Assambleyasında

Natiq Bağırov/AZADİNFORM. Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Bu barədə “Azadinform”a Binəqədi rayon Prokurorluğundan məlumat verilib. Gürcüstan vətəndaşı Ramiz Bayramov kirayədə yaşadığı evin eyvanında özünü asıb.

AZADİNFORM. Misir və Səudiyyə Ərəbistanı Qırmızı dəniz üzərində körpünün tikintisi ilə bağlı razılığa gəliblər. «Azadinform»un məlumatına görə, bunu «Mixnews.lv» Almaniyanın «Der Spiegel» jurnalına istinadən yayıb. Uzunluğu 32 kilometrə çatacaq körpü iki ölkəni birləşdirəcək. Körpünün Şarm əl-Şeyx kurort şəhərciyinin yaxınlığına kimi uzanacağı bildirilir.

Natiq Bağırov/AZADİNFORM. Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə tutulub. Bu barədə “Azadinform”a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda son altı ayda ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2009-cu illə müqayisədə 2.7 dəfə artaraq 40 GB/saniyəyə çatıb. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.

Natiq Bağırov/AZADİNFORM. İsmayıllı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 43.5-ci kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb.


Həbibə/AZADİNFORM. İyun ayında diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 3,5 faiz artması nəticəsində satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb. “Azadinform” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilə yanaşı, ay ərzində bitkiçilik məhsullarından birillik bitkilərin istehsalçı qiymətləri 2,8 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

AZADİNFORM. Əfqanıstan prezidenti Həmid Kərzayinin müşaviri Can Məhamməd Xan qətlə yetirilib. «Azadinform» Qərb KİV-nə istinadən xəbər verir ki, döyüşçülər şam yeməyi vaxtı onun evinə soxularaq müşaviri güllələyiblər. Hücum zamanı Əfqanıstan parlamentinin deputatı Haşim Vatanval da öldürülüb.

Adəm Abbaslı/AZADİNFORM. “Hələ ki, sevdiyim qız yoxdur. Qadın fanatlarımla münasibətlərim yaxşıdır, onları çox sevirəm”. “Azadinform”un məlumatına görə, bu sözləri “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov jurnalistlərə müsahibəsində qadınlara olan münasibəti və ailə qurmaqla bağlı fikirlərini bölüşərkən deyib.

Həbibə/AZADİNFORM. Cari ildə Azərbaycandan Türkiyəyə 3,8 milyard kubmetr təbii qaz ixrac ediləcək. “Azadinform” xəbər verir ki, Türkiyənin BOTAŞ şirkəti bu il ən çox təbii qazı Rusiyadan alacaq.

Həbibə/AZADİNFORM. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) orqanlarının 2011-ci ilin I yarımilliyindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

 
7663 səhifə 7943-dən (dan) << < 7659 7660 7661 7662 7663 7664 7665 7666 7667 > >>
 Xəbər lenti
15.12.2017
 Arxiv
Dek.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo