AZADİNFORM. Yəmən hökuməti ölkənin sabiq prezidenti Əli Abdulla Salehin toxunulmazlığı və məhkəmə təqibinin dayandırılması barədə qanun layihəsini qəbul edib. «Azadinform» xəbər verir ki, bunu «əl-Cəzirə» telekanalı yayıb. Toxunulmazlıq hüquq Salehin ölkəyə başçılıq etdiyi dövrdə işləmiş bütün hökumət üzvlərinə də şamil edilib.

Həbibə/AZADİNFORM. “CES-2012” istehlak elektronikası sərgisinin rəsmi açılışı sabaha nəzərdə tutulsa da, artıq bu gündən şirkətlərin çoxu öz stendlərini təqdim edərək yeni məhsullarını nümayiş etdirirlər. “Azadinform” xəbər verir ki, “Toshiba” şirkəti sərgiyə özünün dünyanın ən nazik planşeti adlandırdığı “Excite X10” (“Regza AT700”) qurğusunu gətirib. Modelin qalınlığı 7,6 mm, çəkisi 550 qram təşkil edir. Aparat maqnezium ərintili korpusda işlənilib, displey isə “Gorilla Glass” şüşəsi ilə qorunur.

Həbibə/AZADİNFORM. 2011-ci ilin gündəmini təşkil edən ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank və Gənclər və İdman Nazirliyinin irəli sürdüyü təkliflər yaxın zamanlarda reallaşa bilər. Belə ki, ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin yaxın zamanlarda hökumətdə təsdiqi gözlənilir.

AZADİNFORM. Almaniyada neofaşist cinayətlərini araşdırmaq üçün parlament komissiyası yaradılır. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, Yaşıllar Partiyası tərəfindən verilən, Sosial-Demokrat və Sol partiyalarının da dəstəklədiyi təklifə hökumətin də dəstək verəcəyi gözlənilir.

AZADİNFORM. Qırmızı həyatla diş-dişə mübarizə aparanların, özünə və bədəninə güvənənlərin, sevgini hər cür çılğınlığa yaşayanların, olduğu mühitdə diqqət mərkəzi olmağı sevənlərin əvəzolunmaz seçimidir. Əslində, rənglərin kralı və modelyer-dizaynerlərin sevimlisidir desək də, yanılmarıq. Hollivud ulduzları da “qırmızı xalça”lı tədbirləri çox vaxt göz dolduran qırmızı geyimləri ilə bəzəyirlər.

                                                             
Həbibə/AZADİNFORM. 2011-ci ilin dekabr ayı ərzində 2 milyon 187 min 122 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “Azadinform” ARDNŞ-yə istinadən xəbər verir ki, bu həcmin 1 milyon 645 min 24 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Adəm Abbaslı/AZADİNFORM. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, yanvarın 10-da gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı proqnozlaşdırılıb. Cənub-qərb küləyinin gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı mərkəzdə havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Həbibə/AZADİNFORM. 2012-ci il Yay Olimpiya Oyunları ərəfəsində Londonda simsiz internetə sərbəst çıxışlı böyük zona yaradılacaq. “Azadinform”un məlumatına görə, wi-fi xidmətlərini mobil rabitə operatoru “O2” şirkəti Britaniya paytaxtının mərkəzi rayonlarında – Vestministr, Kensinqton və Çelsidə təqdim edəcək. Pulsuz wi-fi-ın təmini üçün avadanlıq küçələrin işıq dirəklərində cari ilin martınadək quraşdırılacaq. 

                                                             
Həbibə/AZADİNFORM. 2011-ci ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 166 min 178 ton Azərbaycan nefti nəql olunub.

                                                             
Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti ilə Almaniyanın Şimali Reyn Vestfaliya federal vilayətinin İqtisadi İnkişaf Agentliyi (NRW.İNWEST GmbH) və Nano-mikrotexnologiyalar yeni materiallar klasteri (NanoMikro+Werkstoffe.NRW) arasında anlaşma memorandumu imzalanıb.

Ümidə Həsənli/AZADİNFORM. Xalq artisti Yalçın Rzazadənin ad günü olub. Təəssüratlarını “Azadinform”la bölüşən sənətkar Yeni illə bərabər 66 yaşını qeyd edib. Lakin sənətkar doğum gününü təmtəraqla qeyd etmədiyini bildirdi: “Mən hazırda depressiya dövrünü yaşayıram. Səhər olur deyirəm ki, “tez gecə olsun”, gecə olur deyirəm ki, “tez səhər açılsın”. Heç nə, ad günü də istəmirəm. Bu yaşa çatmışam bir dəfə qeyd ediblərmi doğum günümü? Əvvəllər arada çox fikirləşirdim, bu, vacib məqamlardan biridir, özü-özümə deyirdim ki, bəlkə mənim istedadım yoxdur deyə, mənə diqqət azdır.

                                                             
Həbibə/AZADİNFORM. ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Türk Dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə “Türk dünyasının fəxri alimi”' beynəlxalq mükafatına layiq görülüb. “Azadinform” şirkətə istinadən xəbər verir ki, X.Yusifzadəyə mükafatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası verib.

AZADİNFORM. Yanvarın 14-də Bakıda Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından “Azadinform”a verilən məlumata görə, turnir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

AZADİNFORM. İran məhkəməsi casusluq ittihamı ilə həbs olunmuş İran əsilli ABŞ vətəndaşı Əmir Mirzə Hikmətini ölümə məhkum edib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, 28 yaşlı Hikməti televiziya ilə nümayiş etdirilən videoyazıda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini boynuna alıb.

AZADİNFORM. Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidenti olmuş Rauf Denktaşın vəziyyəti yenidən pisləşib. «Azadinform» TRT-yə istinadən xəbər verir ki, Denktaş paytaxt Lefkoşadakı Yaxın Doğu Xəstəxanasına yerləşdirilib.

Natiq Bağırov/AZADİNFORM. Qubada oğurluq edən Özbəkistan vətəndaşı tutulub. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Adəm Abbaslı/AZADİNFORM. 20 Yanvar – Milli Matəm Günü ilə bağlı keçiriləcək tədbirlərə “Azərbaycan Dəmir Yolları” QSC də qoşulacaq. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yanvarın 20-də elektrik qatarlarında gediş-gəlişin pulsuz ola biləcəyini bildirib. “Azadinform”da olan məlumata görə, N.Əzməmmədov bildirib ki, plan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması ilə bağlı müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutur:

Natiq Bağırov/AZADİNFORM. Azərbaycanda bir gündə 9 nəfər dəm qazından zəhərlənib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 
Natiq Bağırov/AZADİNFORM. Daxili İşlər Nazirliyi Xırdalan şəhərində yanvarın 4-də baş verən qətl hadisəsinin digər iştirakçısının həbs olunması barədə məlumat açıqlayıb. Bu barədə “Azadinform”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

AZADİNFORM. Yanvar ayının əvvəllərindən etibarən Azərbaycan üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə start verilib. Bu barədə məlumatı “Azadinform”a Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən veriblər.

 
7525 səhifə 8245-dən (dan) << < 7521 7522 7523 7524 7525 7526 7527 7528 7529 > >>
 Xəbər lenti
23.02.2018
 Arxiv
Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo