Azərbaycanda 2015-ci ildə Birinci Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı inşa edilən stadionun tikintisi prosesinə ciddi dəyişikliklər edilib.

AZADİNFORM. Aprelin 5-dən 7-dək Tatarıstanın paytaxtı Kazanda “Avropa-Asiya” XI beynəlxalq musiqi festivalı keçiriləcək. “Azadinform” xəbər verir ki, festival çərçivəsində baş tutacaq yeddi konsert proqramında yerli əsərlərlə yanaşı, Azərbaycan, İsveçrə, Xorvatiya, Türkiyə, Özbəkistan, Yaponiya və s. ölkələrin bəstəkarlarının musiqiləri ifa olunacaq. 

Açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Metomorfoz” əsəri səsləndiriləcək. Festival çərçivəsində Fikrət Əmirovun «Muğam» poeması, Cahangir Cahangirovun “Rondo”, Ərtoğrul Cavidin “Poema”, Sərdar Fərəcovun simli orkestr üçün “Süita”, Dadaş Dadaşovun “Kapriççio” əsərləri də ifa olunacaq. 

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Tatarıstan Bəstəkarlar İttifaqının sədri, Rusiyanın Xalq artisti Rəşid Kalimulinin dəvət ilə fəxri qonaq kimi festivalda iştirak edəcək. Festivalda Azərbaycan bəstəkarlarının əsərlərini kamançada Mədinə Şahgəldiyeva, fortepianoda Sevinc Kərimova ifa edəcək. 

AZADİNFORM. Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Statoil şirkətinin vitse-prezidenti Tim Dodsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, R.Abdullayev Statoil şirkəti ilə ARDNŞ arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açıb, bu əməkdaşlığın qarşıdakı illərdə daha da genişlənəcəyinə əminliyini bildirib. Ölkəmizdə həyata keçirilən enerji layihələrindən danışan şirkət prezidenti Xəzər hövzəsindən hasil olunan neftin və qazın dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığı və uğurlu fəaliyyəti haqqında məlumat verib. Görüşdə bildirilib ki, son illər “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində və ARDNŞ-nin müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib. 

Statoil şirkətinin vitse-prezidenti Tim Dodson təmsilçisi olduğu şirkətin Azərbaycandakı fəaliyyətindən danışıb və yaradılmış şəraitə görə təşəkkürünü bildirib və şirkətin Azərbaycanda yeni layihələrdə iştirakı perspektivlərini qeyd edib. Görüşdə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib. 

 

AZADİNFORM. Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. “Azadinform” xəbər verir ki, təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbi və Gəncə 1 nömrəli Peşə Liseyinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib.

Qax Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şərif Hacıyev təqdimat-məruzəsində bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. Ş.Hacıyev Qax Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb.

Zaqatala Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov təqdimat-məruzəsində qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. Ş.Bəylərov Zaqatala Peşə Məktəbinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.

Ağdam Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, maddi-texniki bazası, tədrisin təşkili, ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat verib. V.Quliyev Ağdam Peşə Məktəbində çalışan mühəndis-pedaqoji heyət, məzunların ixtisasları üzrə işlə təmin olunması vəziyyəti və digər göstəricilərindən söz açıb.

Gəncə 1 nömrəli Peşə Liseyində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Sahib Rüstəmov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb. S.Rüstəmov təhsil müəssisəsinin maddi-texniki bazasının zəif olması, istehsalat təcrübəsinin müəyyənləşdirilmiş meyarlara uyğun təşkil edilməməsi və digər bu kimi çatışmazlıqlara görə Gəncə 1 nömrəli Peşə Liseyinin müvafiq ixtisaslarının akkreditə olunmadığını nəzərə çatdırıb.

Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.

İclasda Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilərək müvafiq ixtisaslarının akkreditə olunması, Gəncə 1 nömrəli Peşə Liseyinin fəaliyyətinin “qeyri-kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunmaması barədə qərar qəbul edilib.

 

Ötən il Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına 12470 müraciət daxil olub. Müraciətlərin 79,6 faizi şikayətlərdən, 20,3 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarət olub. APA-nın xəbərinə görə, bu, Ombudman Elmira Süleymanovanın 2012-ci il üçün illik məruzəsində qeyd edilib. Ötən il vətəndaşların Ombudsmana şikayətləri daha çox mülkiyyət hüququ (2287 müraciət), hüquq və azadlıqların məhkəmə təminatı hüququ (1643 müraciət), sosial təminat hüququ (1045 müraciət), müraciət etmək hüququ (906 müraciət) və əmək hüququ (887 müraciət) ilə bağlı olub.

Martın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Xaçmaz rayonunda birdəfəlik ünvanlı sosial yardım – «Özünədəstək»  pilot proqramının icra vəziyyəti ilə tanış olmaq üçün bu rayona gəlib. 

AZADİNFORM. Yunanıstan paytaxtında  “Afina Enerji Forumu 2013” keçirilib. “Azadinform” xəbər verir ki, Forumda Yunanıstanın dövlət rəsmiləri, parlament üzvləri, bütün mühüm sənaye və enerji, o cümlədən DEPA, DESFA şirkətlərinin, həmçinin TAP və “Cənub axını” kimi beynəlxalq qaz boru kəmərləri layihələrinin rəhbərləri, AVROQAZ, Avropa Birliyinin energetika məsələləri üzrə rəhbər şəxsləri, həmçinin İtaliya, İsrail, Rusiya, Türkiyə, Kipr və bir sıra digər ölkələrdən nümayəndələr iştirak ediblər. 

Ölkəmiz forumda Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev, ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva ilə təmsil olub. 

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin rəhbəri G.Cavadov müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildirib.

AZADİNFORM. Yaponiyanın cənubundakı Okinava əyalətində baxılan iddiada qadına təcavüz edən 2 ABŞ əsgərinə həbs cəzası verilib. “Azadinform” xəbər verir ki, Naha bölgə məhkəməsi Christopher Browninge 10 il, Skyler Dozierwalkera da 9 il həbs cəzasına məhkum edilib. Okinavada vəzifəli olmayan 2 əsgərin o gecə sərxoş olduğu qeyd edilib. Hər iki əsgər günahlarını etiraf ediblər. 

Təcavüz hadisəni Yaponiyada böyük reaksiyaya səbəb olub. Okinavada etiraz nümayişləri keçirilərkən ABŞ ordusu da hərəkətə keçərək əsgərlərin gecə saatlarında küçəyə çıxmasını qadağan edib. 

Qeyd edək ki, Yaponiyada 47 min qədər Amerika əsgəri var, onların yarısı da Okinavada vəzifə yerinə yetirir.

1 mart 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib. 

AZADİNFORM. Suriya böhranı və “Ərəb Baharı” səbəbi ilə Aralıq dənizində daimi dəniz gücü saxlamağı planlaşdıran Rusiya konkret addımlar atmağa başladı. “Azadinform” xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu bölgədə 10 döyüş gəmisinin qalıcı olaraq saxlayacaqlarını söyləyib.

Rusiyanın Aralıq dənizində meydana gətirəcəyi yeni dəniz gücü Suriyanın Tartus, Kipr Rum bölgəsi, Yunanıstan və Qaradağ limanlarından lazımlı dəstək alacaq.

Qeyd edək ki, iki gün əvvəl Vladimir Putin müdafiə nazirinə Rusiyanın Aralıq dənizindəki mənfəətlərini qoruya bilmək üçün yeni böyük dəniz birliyi komandirliyinin yaradılması təlimatını vermişdi.

AZADİNFORM. Rusiya Hava-Kosmos Müdafiə Birliyi sədrinin müavini general-leytenant Valeri İvanov Moskva Bölgəsində qanuni olmayan işlərdə dövləti 1 milyard dollar zərərə uğratdığı səbəbi ilə vəzifəsindən uzaqlaşdırılıb. “Azadinform” xəbər verir ki, İvanovun 2010-2011-ci il tarixləri arasında Moskvanın şimal bölgəsində hərbi ərazilərin islah və modernizasiyası adı altında xüsusi şirkətlərə müqavilə imzaladığı iddia edilir.

AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı səfir İnayat Ullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Pakistan Prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını yüksək qiymətləndirən Prezident İlham Əliyev onunla görüşü zamanı ikitərəfli münasibətlərimizlə bağlı məsələlər ətrafında apardıqları müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirməyin önəmini vurğulayıb. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə İnayat Ullah Kakara təşəkkürünü bildirib.

Səfir İnayat Ullah Kakar ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. “Azadinform” xəbər verir ki, imtahan Respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaq.

Ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu internet vasitəsilə aparılıb, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2013-cü il fevralın 11-dən 21-dək olan müddətdə doldurub və ərizələrini 2013-cü il fevralın 12-dən 22-dək olan müddətdə təsdiq etdiriblər.

İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim edib. Onlardan 19080 nəfəri Azərbaycan bölməsi, 2543 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10154 nəfəri oğlan, 11469 nəfəri isə qızlardır. Bakalavrlardan 11963 nəfəri cari ilin məzunları, 9660 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1994-cü il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 5, Lənkəran şəhərində 1 binada keçiriləcəkdir. Bakıda 18092, Naxçıvanda 651, Gəncədə 2541, Lənkəranda isə 339 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 144 imtahan rəhbəri, 1638 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. 

AZADİNFORM. Samux rayonunun Poylu kəndi ərazisində, mal-qara otaranlar Kəlbəcər rayon sakini Əli Muradov ilə rayon sakini Məhəmməd Bayramov arasında münaqişə baş verib. “Azadinform” xəbər verir ki, bu zaman Ə.Muradovun ov tüfəngindən açdığı atəşdən M.Bayramov baş nahiyəsindən yüngül xəsarət alıb. RPŞ əməkdaşları tərəfindən Ə.Muradovdan 1 ədəd ov tüfəngi götürülüb.

AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 2 cinayətin üstü açılıb. “Azadinform” xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 39 nəfər tutulub.


AZADİNFORM. Bu gün Nərimanov rayonunda yaşayan Mövlam Mövlamov baş nahiyəsindən aldığı xəsarətdən ölüb. “Azadinform” xəbər verir ki, Nərimanov RPİ 17-ci PB-də aparılan araşdırmalar zamanı həmin gün M.Mövlamovun Xətai rayonu ərazisində, işlədiyi kafenin qarşısında, Cəlilabad rayon sakini iş yoldaşı Adəm Əsədov tərəfindən münaqişə zəminində küt alətlə döyülməsi müəyyən edilib. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.

Peşəkar Futbol Liqası və Premyer Liqanın rəsmi sponsoru “Topaz” yeni layihələrin icrasına başlayır. Bu barədə Fanat.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

İndoneziya Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumatına görə, tədbir dünyanın ən böyük qeyri-hökumət təşkilatı olan “Nahdlatul Ulama”  (NU) və İndoneziya Universitetinin birgə təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) iştirakı ilə keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 059-2001 “Etilsiz avtomobil benzinləri” dövlət standartına dəyişiklik edilib. Standarta edilən dəyişiklik 1 aprel 2013-cü il tarixdən tətbiq ediləcək.

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il fevralın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. “Azadinform” xəbər verir ki, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən bir neçə istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bura müasir çörək zavodunun, zeytunçuluq təsərrüfatlarının və müasir quş kəsimi müəssisəsinin yaradılması daxildir. 

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

 
7401 səhifə 9356-dən (dan) << < 7397 7398 7399 7400 7401 7402 7403 7404 7405 > >>
 Xəbər lenti
15.12.2018
 Arxiv
Dek.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo