Bu ilin may ayında Xocalı soyqırımına diqqət çəkmək məqsədi ilə Ankaradan Azərbaycana piyada yürüş edən azərbaycanlı Qələndər Bayramlı bu dəfə Ermənistana gedəcək.

 “İhlas” Xəbər Agentliyinin verdiyi məlumata görə, ermənilərdən qorxmadığını deyən Q. Bayramlı torpaqlar geri qaytarılana kimi yürüşlərini davam edəcəyini deyib.

Gələn il yanvarın 1-dən Azərbaycanda dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin tərkibində tələbələrə verilən təqaüdün məbləği nəzərə alınmayacaq.

Mübariz Aslanov/AZADİNFORM. Londonda səfərdə olan Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Çingiz Əsədullayev, Fuad Muradov və Cavanşir Feyziyev İngiltərənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin müdiri Colin Robertslə görüşüblər. Bu barədə məlumatı “Azadinform”a deputat Fuad Muradov verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Avrasiya İslam Şurasının VIII Zirvə toplantısında bir sıra təkliflər səsləndirib.

QMİ-dən  verilən məlumata görə, noyabrın 21-də keçirilən toplantıya sədrlik edən Allahşükür Paşazadə öz məruzəsində Zirvə toplantısında təkcə müsəlman ümmətini deyil, bütün bəşəriyyəti narahat edən məsələlərə - qloballaşan dünyada xalqların və millətlərin mədəni inkişafı, dini mentalitetin qorunub saxlanılması problemlərinə də münasibət bildirilməsinin təqdirəlayiq olduğunu deyib.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 1-15 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Atif Eyvazov/AZADİNFORM. Bu il AMEA Radiasiya Problemləri İnstitutu əməkdaşlarının 70-ə yaxın məqaləsi dünyanın müxtəlif ölkələrində işıq üzü görən yüksək indeksli jurnallarında çap olunub. Bu barədə məlumatı “Azadinform”a AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. 

İsrailin paytaxtı Tel-Əvivdə partlayış baş verib. "Reuters" agentliyinin yerli telekanallara istinadən verdiyi məlumata görə, avtobus dayanacağında sərnişin avtobusu partladılıb. Ölənlərin olması barədə hələlik məlumat yoxdur, lakin 13 yaralınin olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib. Ərazi blokadaya alınıb.

Adəm Abbaslı/AZADİNFORM. Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, teatr və kino aktyoru, Əməkdar artist Məmmədağa Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

AZADİNFORM. Yəmənin paytaxtı Sanada hərbi nəqliyyat təyyarəsi mərkəzdəki bazarlardan birinə düşüb. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, təyyarə parçalanıb, içindəki 10 adam ölüb. Yəmən hərbçilərinin məlumatına görə, təyyarə texniki səbəblərə görə bazara düşüb. 

AZADİNFORM. Artıq oxu vərdişlərini gizlətmək mümkün olmayacaq. Çünki dünyada ədəbiyyatsevərlərlə yanaşı, müəllim və tələbə kollektivinin sevimlisi olan e-kitab oxuyucuları artıq agent sisteminə birləşir. 

AZADİNFORM. Gürcüstan prezidenti Mixail Saakaşvili yeni hökuməti son vaxtlar ölkədə həyata keçirilən həbslərə görə kəskin tənqid edib.

Yanvar-sentyabr ayları ərzində Rusiya-Azərbaycan ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 13,1 faiz artaraq 2315,4 mln. dollar təşkil edib.

Bu barədə Rusiya Ticarət Palatasının nümayəndəsi Yuri Şedrin bugün keçirdiyi mətbuat konfransında məlumat verib.

Hazırda Bakıya şəfa tapmaq ümidi ilə təşrif buyuran türk dünyasının məşhur sənətçisi İbrahim Tatlısəs azərbaycanlı ekstrasens Nuridə Küskün Şuşalının ilahi vergisindən yararlananacaq. Ekstrasens ANS PRESS-ə açıqlamasında İbrahim Tatlısəsin müalicəsi üçün ona Türkiyədən müraciət olunduğunu söylədi:

Natiq Bağırov/AZADİNFORM. Yardımlı rayonunda özünü Demokratik quruluş jurnalının baş redaktoru kimi təqdim edən şəxs tutulub.

Adəm Abbaslı/AZADİNFORM. 2013-cü ildə İtaliyanın UNESCO üzrə Milli Komissiyası tərəfindən IX Castello Di Duino Beynəlxalq Poeziya və Teatr Müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. 

Natiq Bağırov/AZADİNFORM. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.
Həbibə/AZADİNFORM. Lənkəran elektrik şəbəkəsində (EŞ) cari ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 25 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib.
Atif Eyvazov/AZADİNFORM. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı olan fəaliyyəti regionu sürətlə müharibəyə sürükləyir.

Atif Eyvazov/AZADİNFORM. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfərləri davam edir. KİV DF-dən “Azadinform”a verilən məlumata görə, noyabrın 20-də media təmsilçiləri Türkiyənin məşhur çap və elektron media qurumlarında görüşlər keçiriblər.

XİN rəhbərlərinin üçtərəfli görüşü noyabrın 28-də Ərzurumda keçirilməsi nəzərdə tutulub.

Ənənəvi xarakter almış görüşdə nazirlər ikitərəfli, regional məsələlərlə bağlı müzakirələr aparacaq.Dağlıq Qarabağ münaqişəsi də müzakirələr zamanı diqqətdə olacaq.

Qeyd edək ki, XİN rəhbərləri ilk görüşü Urmiyada, sonunci isə Naçxıvanda keçirirlib.


 
7400 səhifə 9052-dən (dan) << < 7396 7397 7398 7399 7400 7401 7402 7403 7404 > >>
 Xəbər lenti
20.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo