Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan öz qazının 89%-ni bir mənbədən aldığı üçün bu ölkənin qazı Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Yunanıstanın DEPA neft şirkətinin prezidenti Hari Sahiltin bildirib.

AZADİNFORM. «Ermənistan bütün dövlətlərlə, o cümlədən geopolitik, eləcə də regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmağa can atır». «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan MDU-nun tələbə, professor-müəllim heyəti ilə görüşdə Ermənistanın qloballaşan dünyadakı yeri barədə sualı cavablandırarkən bildirib.


Mübariz Aslanov/AZADİNFORM. Bu yaxınlara nəzərdə tutulan Yunanıstandan İtaliyaya çəkiləcək dənizaltı qaz kəmərində Azərbaycanda pay ala bilər. “Azadinform” xəbər verir ki, bunları Bakıda səfərdə olan Yunanıstanın enerji, ətraf mühit və iqlim dəyişikliyi naziri Corc Papakonstantin keçirdiyi mətbuat konfransında bildirib.

AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şau ilə partiyanın mənzil qərargahında görüşüb.

AZADİNFORM. “Türkdilli ölkələr və toplumların II Media Forumuna hazırlıq işləri davam edir. Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kampakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur.

AZADİNFORM. Saat və qolbaqlar geyim, çanta və ayaqqabı ilə uyğunluğu ən çox diqqətə çarpan aksesuarlardır. Qadınların əksəriyyəti isə bu iki aksesuarın xüsusi fanatıdır. Xüsusilə də biləkləri uzun olan xanımlar üçün qolbaq və saat ən ideal və cəlbedici aksesuardır. Bəzən saat taxanda qolbağımızı, qolbaq taxanda saatımızı çıxarmalı oluruq. Amma olurduq desək, daha doğru alınar.

Mübariz Aslanov/AZADİNFORM. Yunanıstanın enerji, ətraf mühit və iqlim dəyişiklikləri naziri Corc Papakonstantinu və DEPA şirkətinin prezidenti Hari Sahiltin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. “Azadinform” xəbər verir ki, nümayəndə heyətinin səfər çərçivəsində ölkə başçısı İlham Əliyev  və energetika naziri Natiq Əliyevlə görüşü nəzərdə tutulub. 

Həbibə/AZADİNFORM. “İsmayıllı” Elektrik Şəbəkəsində elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri (EVX), transformator məntəqələri və yarımstansiyalarda geniş miqyaslı əsaslı və cari təmir işləri yerinə yetirilib.

AZADİNFORM. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək. “Azadinform” Aİ-nin Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, xüsusi nümayəndə Filipp Lefort oktyabrın 26-27-də Azərbaycanda səfərdə olacaq.

AZADİNFORM. Bu gün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü məsələsi həll olunacaq. “Azadinform” xəbər verir ki, BMT TŞ-də Şərqi Avropanı təmsil edəcək ölkənin adı hələ də müəyyənləşməyib. Bu yer uğrunda mübarizə Azərbaycan və Sloveniya arasında gedir.

Atif Eyvazov/AZADİNFORM. Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənaye) ümumi daxili məhsulda (ÜDM-də) iqtisadi payının hesablanmasına zərurət yaradıb.

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycanda son illər piratçılığa qarşı mübarizə daha da gücləndirilib, Milli Antipirat Proqramı yeniləşdirilib, müvafiq orqanların birgə işi nəticəsində bazardan minlərlə pirat nüsxələr çıxarılıb”. Bu barədə məlumatı “Azadinform”a Müəllif Hüquqları Agentliyindən verilib.

AZADİNFORM. İsrailin müdafiə naziri Ehud Barak bəyan edib ki, Türkiyə rəhbərliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə onların kömək təklifini rədd edib. «Azadinform» «Reuters»ə istinadən xəbər verir ki, Ehud Barak bunu «Channel 2 News» telekanalına müsahibəsində bildirib. Nazir bildirib ki, Türkiyənin bu qərarından heyrətə gəlib. Lakin əlavə edib ki, onların təklifi qüvvədə qalır.

Natiq BağırovAZADİNFORM. Bakının Nizami rayonu ərazisində soyğunçuluq cinayəti baş verib.

AZADİNFORM. Londonda dünən bir həftəsi tamam olan üsyanın dağıdılması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Adəm Abbaslı/AZADİNFORM. Danimarkada dünya etnik musiqilərindən ibarət “Womex The World Music Expo” sərgi-festivalına iki gün qaldı.

 

Natiq BağırovAZADİNFORM. Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini Qəribəli Zeynalov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Həbibə/AZADİNFORM. 2012-2015-ci illərdə regionlarda ümumi uzunluğu 2 min 500 kilometr təşkil edən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülərin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün lazımi vəsait dəqiqləşdirilib və Nəqliyyat Nazirliyi tərəfindən investisiya proqramı layihəsinə daxil edilməsi təklif olunub.

Natiq BağırovAZADİNFORM. Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Yevlax rayon Polis Şöbəsindən məlumat verilib.


Aytən İmanova/AZADİNFORM. Türkiyə yalnız Azərbaycan, İran və Bolqarıstanın yardımını qəbul edib.

 
7397 səhifə 7915-dən (dan) << < 7393 7394 7395 7396 7397 7398 7399 7400 7401 > >>
 Xəbər lenti
11.12.2017
10.12.2017
9.12.2017
 Arxiv
Dek.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo