Adəm Abbaslı/AZADİNFORM. Akademik Milli Dram Teatrı mövsümə yekun vurmaq üçün son tamaşalarını təqdim edir. Teatrın mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, bu gün saat 19:00-da Eduardo de Filipponun “Kabuslar” əsəri əsasında ilk dəfə hazırlanan tamaşanın premyerası olacaq. Janrı iki hissəli mistik tragikomediya kimi müəyyən olunan pyesi Azərbaycan dilinə tərcümə edən Nicat Kazımov, həmçinin tamaşanın quruluşçu rejissorudur.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

AZADİNFORM Mühacirətdə olan türkmən müxalifətinin liderləri ölkəyə qayıtmağa hazırlaşdıqlarını bildiriblər. “Azadinform” “Xronika Turkmenistana” saytına istinadən xəbər verir ki, “Vətən” Partiyasının lideri Xudayberdi Orazov və Respublika Partiyasının sədri Nurməhəmməd Xanamov bununla bağlı birgə bəyanat yayıblar.

Aytən İmanova/AZADİNFORM. Azərbaycanda elmi adlar alanların piar olunması istiqamətində ciddi problemlər var. Bu barədə “Azadinform”-a AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov deyib.


Natiq Bağırov/AZADİNFORM. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətmiş Arif Dadaş oğlu Dadaşovun məhkəməsi başa çatıb.

Aytən İmanova/AZADİNFORM. Gənc alimlərin ən böyük problemi sayılan sosial status məsələsi artıq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında öz əksini tapıb. 

Natiq Bağırov/AZADİNFORM. Bu gün Səbail rayon məhkəməsində İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Həbibə/AZADİNFORM. Azərbaycan qoyunçuluğunun qızıl genofonduna daha iki  Genofond- “Abşeron” və “ Mil-Qarabağ” qoyun cinsi əlavə olunub. “Azadinform” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, keçən əsrin birinci yarısında (1947-ci ildə) ilk dəfə olaraq akademik F.Ə.Məlikov, professor M.H.Sadıqov və başqalarının rəhbərliyi ilə “Azərbaycan dağ merinosu” cinsi yaradılıb:

Aytən İmanova/AZADİNFORM. Elmin İnkişafı Fondundan əlavə fonda ehtiyac yoxdur. Alimlər təkliflərini əsas fonda göndərilməlidir. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Miramil Mirhəsən oğlu Əliyevin məhkəməsi başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Miramil Əliyev 9 il  6 ay müddətinə azadlıqdan məhrum edilib.

Adəm Abbaslı/AZADİNFORM. İyulun 14-15-i tarixlərində Ukraynanın Odessa şəhərində “Şərqi Avropa və Qafqazda Gənclər Siyasəti” mövzusunda simpozium keçiriləcək. “Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisindən “Azadinform”a verilən məlumata görə, simpoziumda ölkəmizi ofisin rəhbəri, ARGTMŞ-in sədr müavini Vüsalə Hüseynli təmsil edəcək.

AZADİNFORM Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Orta Şərq və Ərəb dünyasındakı islahat prosesinin qan axıdılmadan həyata keçirilməsinin vacibliyini söyləyib.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Ceyhun Feyziyev, Elşad Əliyev və Gülxan Əliyevin məhkəməsi başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ceyhun Feyziyev 10 il 6 ay, Elşad Əliyev 5 il 6 ay və Gülxan Əliyev 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Aytən İmanova/AZADİNFORM. Elmi dərəcə alanların sayına görə Azərbaycan regionda ən aşağı pillədədir. “Azadinform” xəbər verir ki, bu barədə “Gənc alimlərin I elmi festivalı”da Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə sektorun müdiri Elşən Hüseynov deyib.

Həbibə/AZADİNFORM. Cari ilin birinci yarısında ölkədə fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 388 hərracda 4236,0 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar realizə olunub və dövriyyənin ümumi həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə artıb.

Mübariz Aslanov/AZADİNFORM. “Ödəniş edib qəbir yeri almaq haram sayılır, çünki qəbiristanlıq xalq üçün ayrılıb və xalqa vəqf olunan yeri satmaq olmaz”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Həbibə/AZADİNFORM. 2011-ci ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,8 faiz, sərnişindaşıma tarifləri isə 0,5 faiz bahalaşıb.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Viktor Koçetkovun cinayət işi üzrə məhkəmə başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Viktor Koçetkov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbibə/AZADİNFORM. Yanvar-may aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 131 xarici dövlətlə 14,1 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar.

AZADİNFORM. ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Azərbaycana gələcəklər. “Azadinform” xəbər verir ki, vasitəçilərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəkləri gözlənilir.

 
7284 səhifə 7554-dən (dan) << < 7280 7281 7282 7283 7284 7285 7286 7287 7288 > >>
 Xəbər lenti
19.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo