AZADİNFORM. “Azadkənd-İmişli” magistral qaz kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün saat 09:00-dan etibarən kəmərdə təbii qaz təchizatı dayandırılacaq.

Çinarə Nurməmmədova/AZADİNFORM. Monteneqronun “Avroviziya” Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Lidya Bakoviç ölkə təmsilçisi Rambo Amadeusun “Euro Neuro” mahnısına dair maraqlı məqamları açıqlayıb.

AZADİNFORM. Polşa kəşfiyyatının keçmiş rəisi Zbignev Siemiatkovskiyə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün gizli həbsxanalar saxlanması ilə bağlı ittiham irəli sürülüb.

AZADİNFORM. Ermənilər martın 27-də saat 10.40-dan 10.45-dək Ağdam rayonu Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.05-dən 23.10-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək və 23.40-dan 23.45-dək Füzuli rayonu Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

AZADİNFORM. Britaniyada 21 yaşlı tələbəyə Twitterdə mesaj yaydığına görə 56 gün həbs cəzası verilib.

AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 29-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

AZADİNFORM. Tatarıstanda son iki ildə polis məntəqələrindəki işgəncə iddiaları ciddi araşdırılacaq.

Natiq Bağırov/AZADİNFORM. Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.

AZADİNFORM. Türkmənistan rəsmiləri çoxpartiyalı sistemə keçid vədinə əməl etmək üçün bu yaxınlarda iki başqa siyasi partiyanın da yaranacağını bildiriblər.

Natiq Bağırov/AZADİNFORM. Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Bu barədə “Azadinform”a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

AZADİNFORM. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşlərinə start verilib. “Azadinform” xəbər verir ki, ilk oyun günündə baş tutan hər 2 qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb.

AZADİNFORM. Bu gün Bağdadda Ərəb Liqasının sammiti keçirilir. Son 20 ildə ilk dəfədir  İraqda bu cür yüksək səviyyəli tədbir təşkil edilib.

AZADİNFORM. ABŞ-ın aparıcı analitik mərkəzlərindən biri olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (Center For Strategic&International Studies) “Xəzər hövzəsində inkişafın perspektivləri: ABŞ-la diplomatik münasibətlərin iyirmi illiyi” mövzusunda konfrans keçirilib. Bu barədə məlumatı “Azadinform”a ABŞ-dakı səfirliyimizdən veriblər.

AZADİNFORM. Türkiyə Silahlı Qüvvələrinin keçmiş başçısı İlker Başbuğ hökuməti devirmək ittihamları ilə bağlı məhkəmənin keçirildiyi zalı tərk edərək, ona qarşı ittihamların əsassız olduğunu deyib.

AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri başa çatıb.

AZADİNFORM. İtaliyada terror təşkilatına üzv olan 5 Türkiyə vətəndaşı həbs edilib. “Azadinform” TRT-yə istinadən xəbər verir ki, İtaliya polisinin terrorla mübarizə şöbəsinin rəsmisi Klaudio Qalzerano beş terrorçudan ikisinin Venesiyada, ikisinin Padovada, birinin də Modenada həbs edildiyini açıqlayıb.

AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşlarının təltif edilməsilə bağlı sərəncam imzalayıb.

 AZADİNFORM. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu axşam Seuldan Tehrana yola düşəcək.

 
7165 səhifə 8090-dən (dan) << < 7161 7162 7163 7164 7165 7166 7167 7168 7169 > >>
 Xəbər lenti
18.01.2018
 Arxiv
Yan.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo