Adəm Abbaslı/AZADİNFORM. Dünən Bakıda temperatur rekord həddə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, aprelin 10-da havanın maksimal temperaturu Bakıda 31,5 dərəcə isti təşkil edib. Bu isə 1956-cı ildə qeydə alınan sutkalıq rekord göstəricini –  24.5 dərəcəni yeniləyib.

AZADİNFORM. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində  xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Şəmkir rayon sakini Elnur Nəsibovun məhkəməsi başa çatıb.
Hakim Faiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur Nəsibov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Çinarə Nurməmmədova/AZADİNFORM. Beynəlxalq Muğam Mərkəzində SSRİ xalq artisti Bülbülün anadan olmasının 115 illiyinə həsr olunan musiqi festivalına yekun vurulub və qaliblər mükafatlandırılıb.

AZADİNFORM. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqla məşğul olan şəhər sakini Elmir Mustafayevin məhkəməsi başa çatıb. Hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Natiq Bağırov/AZADİNFORM. Bakıda ruhi xəstə intihar edib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM . Qəbələ rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

AZADİNFORM. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə ittiham olunan Bərdə rayon sakinləri - Azər Hüseynov və Faiq İsmayılovun məhkəməsi başa çatıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Olimpiya Komitəsində Bakı 2020 Təşkilat Komitəsi mətbuat konfransı keçirib. “Azadinform” xəbər verir ki, tədbirdə Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva sabah Rusiyanın paytaxtı Moskvada start götürəcək Milli Olimpiya Komitələrinin Baş Assambleyasının tədbiri barədə məlumat verib.

AZADİNFORM. «Bu millət, bu ölkə onu idarə edənlərin ucbatından dünya xəritəsindən silinərək məhv olur».

AZADİNFORM.  Planetlərarası ekskursiyaların təşkili ilə məşğul olan “SCX” kompaniyası Türkiyədə kosmosa bilet satır. Lakin uçuş səyahətinin iştirakçısı olmaq üçün püşkatmadan keçmək gərəkdir. Artıq ilk kosmik turistin adı da bəllidir. Bu, İstanbuldakı məşhur otel kompleksinin sahibidir.

Çinarə Nurməmmədova/AZADİNFORM. Məşhurlar övladlarının siqaret çəkməsinin əleyhinədirlər. “Azadinform” yazete.com saytına istinadən xəbər verir ki, musiqi dünyasının qeyri-adi simalarından biri olan Madonna məktəb bağçasında siqaret çəkən qızının görüntülənməsindən sonra çox əsəbiləşib.

Natiq Bağırov/AZADİNFORM. Bakıda narkotiklərlə bağlı iki nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin post-patrul xidməti və 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ehtiram Cəlilovdan 475 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Çinarə Nurməmmədova/AZADİNFORM. Finlandiyanın ““Eurovision”-2012” təmsilçisi Pernilla Karlsson müsabiqədən dərhal sonra yeni albomunun yazılışına başlayacaq.

Natiq Bağırov/AZADİNFORM. Bakının Sabunçu rayonunda maşında yanğın hadisəsi baş verib.

AZADİNFORM. ABŞ dövlət katibi Hillari Klinton Şimali Koreyanı fəzaya ballistik raket göndərməkdən əl çəkməyə çağırıb. O bildirib ki, əgər Şimali Koreya “sülh şəraitində gələcək” istəyirsə, bundan imtina etməlidir.

Natiq Bağırov/AZADİNFORM. Bakıda yerləşən ofisdən külli miqdarda pul oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, aprelin 5-nə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus, Moskva prospektində yerləşən “Loğman Farm” MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb.

Natiq Bağırov/AZADİNFORM. Bakının Sabunçu rayonunda avtomobil oğurluğu edən şəxs tutulub. Bu barədə “Azadinform”a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Çinarə Nurməmmədova/AZADİNFORM. İstanbulda təşkil olunan 15-ci Avrasiya İqtisadi Sammitinin moda və sənət dünyasının  məşhurlarının dəfilə və konsertində “Avroviziya” Mahnı Müsabiqəsi 2011-in qalibləri Eldar Qasımov və Nigar Camal da iştirak ediblər.

AZADİNFORM. İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 689,6 mln. manat  təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 169,0 mln. manat və ya 32,5 faiz  çoxdur. Bu barədə “Azadinform”a Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda bildirilir.

AZADİNFORM. Avropanın İnsan Haqları Məhkəməsinin çıxardığı qərara görə müsəlman ruhani Əbu Həmzə və terrorçuluqda şübhəli bilinən başqa dörd nəfər Britaniyadan ABŞ-a ekstradisiya edilə bilər. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, qərara əsasən, nə ABŞ həbsxanasında vəziyyət, nə də onların ABŞ həbsxanasında çəkəcəkləri cəzanın müddəti Avropa qanununu pozmur.

 
6473 səhifə 7440-dən (dan) << < 6469 6470 6471 6472 6473 6474 6475 6476 6477 > >>
 Xəbər lenti
24.08.2017
23.08.2017
 Arxiv
Avq.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo