Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycanın Laçın rayonun Ermənistan tərəfindən işğalından 20 il ötür. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min m3 olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jadeit olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları var.

 

AZADİNFORM. İran prezidenti Mahmud Əhmedinejad Londonda keçiriləcək Olimpiya oyunlarına getmək fikrindədir.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

AZADİNFORM. Avropa komissiyası ilə Ankara Türkiyənin Avropa Birliyinə qoşulması cəhdlərilə bağlı birgə təşəbbüslə çıxış ediblər.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nizami rayonunda Heydər Əliyev prospektindəki ikinci dərəcəli yolda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakınin Nizami rayonu ərazisində marketlərdən birində güclü yanğın hadisəsi baş verib.

AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin 3-cü müddətə prezident seçildikdən sonra ilk xarici səfərini Belarusa edəcək.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

AZADİNFORM. Dünyada hər il bir milyondan artıq vaxtından əvvəl doğulan körpə ölür. Ekspertlərin fikrincə, anaları və körpələrə lazımı tibbi xidmət göstərilsə, onların 75 faizini xilas etmək mümkün olar. “Azadinform” “voanews.com”a istinadən xəbər verir ki, BMT agentlikləri, universitetlər, “March for Dimes” və “Save the Children” kimi təşkilatların birgə hesabatında vaxtından əvvəl dünyaya gələn körpələr və onlara yardımla bağlı məlumat verilir.

AZADİNFORM. Çeçenistan prezidenti Ramzan Kadırov Nazirlər Kabinetini bütün tərkibi ilə istefaya göndərib.

AZADİNFORM. Haaqa məhkəməsi Bosniyadakı keçmiş serb ordusunun komandanı Radko Mladiçin məhkəməsini qeyri-müəyyən vaxtadək təxirə salıb.

AZADİNFORM. Tanınmış karikatura ustası, müxtəlif beynəlxalq müsabiqələrin laureatı Seyran Cəfərli bu yaxınlarda  Hindistanda keçiriləcək Beynəlxalq Karikatura Yarışmasına dəvət alıb. Yarışmada münsiflər heyətinin üzvü kimi çıxış edəcək rəssam artıq ikinci dəfədir ki, bu nüfuzlu müsabiqədə təmsil olunacaq.

AZADİNFORM. Suriya prezidenti Bəşər Əl-Əsəd televiziya müsahibələrindən birində deyib ki, onun hökuməti demokratiya fəallarına qarşı deyil, xarici qüvvələrin dəstəklədiyi terrorçulara qarşı döyüşür.

Atif Eyvazov/AZADİNFORM. Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2012-ci ilin birinci rübündə 75 adda müdafiə təyinatlı, 120 adda isə mülki təyinatlı məmulatın istehsalı həyata keçirilib.

AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Sərhədsiz Reportyorlar təşkilatı İdarə Heyətinin mədəniyyət üzrə məsul təmsilçisi İngo Petzlə görüşüb. Məlumatı “Azadinform”a Şuranın mətbuat xidmətindən veriblər. 

 

AZADİNFORM. Fransada yeni hökumətin ilk iclası keçirilib. Baş nazir Jan-Mark Ayrault bildirib ki, hökumət üzvləri artıq ilk iclasda nazirlərin maaşlarının 30 faiz azaldılmasını müzakirə etmək fikrindədirlər.

Adəm Abbaslı/AZADİNFORM. Dövlət Musiqili Komediya Teatrı kollektivi bir sıra yeni əsərlər təqdim etməklə yanaşı, retro tamaşaların təzədən səhnəyə gətirilməsi üçün uğurlu addımlar atır.

Həbibə/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş təntənəli mərasim keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil səviyyəsinin buraxılış sinfində (IX) təhsil alan şagirdlərə və təhsil müəssisələri rəhbərlərinə xəbərdarlıq edib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

 
5 səhifə 1086-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo