AZADİNFORM Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun kritik ABŞ səfəri başlayıb. Davudoğlunu Türkiyənin Vaşinqtondakı səfiri Namiq Tan və səfirlik rəsmiləri qarşılayıb. Bu gün ABŞ Konqresində görüşlər keçirməyi planlaşdıran Davudoğlu daha sonra Corc Vaşinqton Universitetində tələbələr qarşısında çıxış edəcək.
|
AZADİNFORM. Suriya hakimiyyəti Homs şəhərində hərbi əməliyyatları davam etdirir. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, müxalifət fəalları 30-dan çox adamın öldürüldüyünü deyirlər.
|
Həbibə/AZADİNFORM. Ötən ilin noyabrında “Exxon Mobil Central Europe Holding GmbH” şirkəti ilə imzalanan müqaviləyə əsasən, ARDNŞ bu şirkətin İsveçrə filialı olan “Esso Schweiz GmbH” şirkətinin səhmlərini alıb.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Şirvan Apelyasiya Məhkəməsində hədə-qorxu yolu ilə əsgərləri zorlamaqda ittiham olunan hərbi qulluqçular - Nizami Mirzəyev və Mirkərim Seyidovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
|
AZADİNFORM. Suriyanın Homs şəhərində hökumət qoşunlarının irimiqyaslı əməliyyatları davam edir.
|
AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Uşaq cərrahlığı” kafedrasının assisenti Mahmud İsmayılovun məhkəmə baxışı keçirilib.
|
Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində korrupsiya cinayətlərində ittiham olunan Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva və həkim Faiq Quliyevin apelyasiya şikayətlərinə baxılıb. “Azadinform” xəbər verir ki, təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə K.Vəliyeva 3 il, F.Quliyev 2 il sınaq müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
|
AZADİNFORM. Hindistanda üç nazir əxlaqsız filmlərə baxdığı üçün istefaya göndərilib. «Azadinform» «Rosbalt»a istinadən xəbər verir ki, Cənubi Hindistan ştatının məmurları dövlət assambleyası zamanı filmə baxdıqlarına görə vəzifələrindən azad ediliblər. Məlumata görə, istefaya göndərilən nazirlərdən biri hökumətdə qadın və uşaq hüquqlarının müdafiə olunması məsələlərinə nəzarət edirmiş.
|
Həbibə/AZADİNFORM. Parisdə 6-cı Ümumdünya Su Forumuna son hazırlıq iclası keçirilib. 110 ölkədən nümayəndələrin qatıldığı iclasda martın 12-17-də Fransanın Marsel şəhərində keçiriləcək Su Forumuna hazırlıqla bağlı müzakirələr aparılıb.
|
AZADİNFORM. Ermənistan prezidenti Serj Sarkisyan siyasi qərarların qəbulu zamanı “klan-ailə” prinsiplərindən uzaq durmağı qərara alıb.
|
Həbibə/AZADİNFORM. Yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşıb.
|
Həbibə/AZADİNFORM. Yanvar ayı ərzində 2 milyon 455 min 988 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “Azadinform” Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, bu həcmin 1 milyon 900 min 463 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
|
Həbibə/AZADİNFORM. 2012-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 777 min 776 ton Azərbaycan nefti nəql olunub.
|
Adəm Abbaslı/AZADİNFORM. Hər zaman uğurlu yaradıcılıq işlərinə imza atan Xalq artisti Aygün Kazımova yeni mahnı yazdırıb.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
|
AZADİNFORM. Yerevanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni həmkarı Artur Baqdasaryan ilə görüşünün sonunda protokol imzalanıb.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daha bir saxta reklam kampaniyasının üstünü açıb.
|
Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu məqsədilə daha iki sənəd qəbulu komissiyası (SQK) yaradıb. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.
|
AZADİNFORM. Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar tədbirlərə start verilib.
|
|
|