Xəbərlər » 22.2.2012

AZADİNFORM. Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kan Fransanın Lill şəhərində polis tərəfindən saxlanılıb.

AZADİNFORM. Türkiyə və Çin kompaniyaları 1,38 mlrd. dollarlıq sazişə imza atacaqlar. “Azadinform” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan İstanbulda keçirilən Çin-Türkiyə biznes forumunda bildirib.  Onun sözlərinə görə, bu vəsaitin 308 mln-u energetikaya investisiyaları əhatə edir.

AZADİNFORM. İtaliyanın baş naziri Mario Monti hökumətinin üzvləri maliyyə vəziyyətləri barədə məlumatları açıqlamağa başlayıblar. Bu addım maliyyə şəffaflığının təmin edilməsi kampaniyası çərçivəsində atılıb.

AZADİNFORM. İsrail Qəzza zolağında daha 500 ev tikmək planını təsdiq edib. Bundan başqa, icazəsiz tikilmiş 200 ev qeydiyyata alınıb.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün İranın Azərbaycana olan təzyiqlərinin əsasında o dayanır ki, Tehran çalışır dünya birliyinin onunla gözlənən müharibəsi üçüncü bir ölkədə olsun”. Bunları “Azadinform”a açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Adəm Abbaslı/AZADİNFORM. Müğənni İlhamə Qasımovanın “Klan-A-Plan” rep qrupunun üzvü Qurd ilə yazdırdığı sözləri Cəmil Məmmədliyə, oranjimanı isə “Klan-A-Plan” qrupunun üzvü Ruff  Ryder və Fərid İsmayılova məxsus olan “Qəsd eləsəm”  dueti artıq hazırdır.

Həbibə/AZADİNFORM. Son 8 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2822 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. “Azadinform” xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Gülüstan Sarayında Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı “Uşaqlar və müharibə” mövzusunda Respublika sərgisi keçirilib.

Həbibə/AZADİNFORM. İpək Yolu layihəsinin reallaşdırılması istiqamətində uğurlu addımlar atılıb. “Azadinform”un məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.

Həbibə/AZADİNFORM. Dövlət başçısının təsdiq etdiyi “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər” Tədbirlər Planı çərçivəsində 2006-2011-ci illər ərzində 30-a yaxın yol qovşağı müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilib. “

Atif Eyvazov/AZADİNFORM. “Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib. Yəqin hökumət müəyyən ekspertizadan sonra qərar verəcək”. “Azadinform” xəbər verir ki,  bunu təhsil naziri Misir Mərdanov deyib.

AZADİNFORM. Fransada rəsmi sənədlərdə “madmuazel” müraciət forması, həmçinin “qızlıq soyadı” və “nikahdakı soyadı” kimi formulların istifadəsi qadağan edilib. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə müvafiq göstərişi baş nazir Fransua Fiyonun dəftərxanası yayıb. Bundan sonra sənədlərdə “madam” müraciət forması, həmçinin “ailə soyadı” və ya “hazırkı soyad” söz birləşmələrindən istifadə olunacaq. Göstərişdə qeyd olunur ki, iqtisadi səbəblərlə əlaqədar qadağa dərhal deyil, köhnə formulların istifadə olunduğu rəsmi blanklar başa bitdikdən sonra qüvvəyə minəcək. 

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanın bəzi ali məktəblərinin  şəhərdən kənara keçirilməsi ilə bağlı işlər görülür. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov deyib.

C.Əsgərov/AZADİNFORM. "ABŞ-da qarşıdan gələn prezident seçkilərinin təbliğat və təşviqat kampaniyası tarixdə ən çirkini ola bilər". Hər prezident seçkisi öncəsi səsləndirilən bu fikir yenidən gündəmə gəlib.

Adəm Abbaslı/AZADİNFORM. Əsaslı təmirə bağlanan Dövlət Musiqili Komediya Teatrında bərpa və yenidənqurma işləri davam etdirilir. Teatrın mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, restavrasiya işləri sentyabrda olacaq və teatr 140-cı mövsümünün açılışını doğma binasında qarşılayacaq.

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycanın orta məktəblərində təhsilin 12 illik müddətə keçməsi zamanın tələbidir. Dünyanın 200-dən çox ölkəsinin 90 faizində ümumtəhsil məktəbləri 12 illik təhsil müddətinə keçib.  Azərbaycan da buna keçməlidir”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib.

AZADİNFORM. Mühacirətdə olan Suriya Milli Şurası bu gün Rusiyaya müraciət edib. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, Şura Rusiya hakimiyyətindən Homs, İdlib və Deraa şəhərlərinə “humanitar dəhliz” açılması ilə bağlı Suriya hakimiyyətinə müraciət etməsini xahiş edib.

AZADİNFORM. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Baş Qərargahına yeni rəis təyin olub. DSX-dən “Azadinform”a verilən məlumata görə, general-mayor Rəşad Sadıqov Xidmətin Baş Qərargahının rəisi təyin edilib.

Həbibə/AZADİNFORM. Azərbaycanın SINAM şirkəti telekommunikasiya avadanlığı və proqram təminatı təchizatı sahəsində dünyanın aparıcı korporasiyalarından olan “Cisco”nun gümüş tərəfdaş (“Cisco Silver Certified Partner”) statusunu alıb. “Azadinform”a şirkətdən verilən məlumata görə, statusun verilməsi ilə bağlı qərar “Cisco” tərəfindən aparılmış müstəqil audit nəticəsində şirkətin əldə etdiyi yüksək müsbət qiymətlərə əsasən verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi törədən şəxs tutulub. Bu barədə “Azadinform”a Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən məlumat verilib.

1 səhifə 5-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo