Xəbərlər » 2.2.2012

AZADİNFORM. 2012-ci il fevralın 1-də Azərbaycan Respublikasının baş prokuroru və daxili işlər naziri yazıçı-publisist Rafiq Tağıyevin qətli ilə bağlı növbəti əməliyyat müşavirəsi keçirib və istntaq-əməliyyat qrupunun hesabatını dinləyiblər.

AZADİNFORM. Papua-Yeni Qvineya sahillərində içində 350 nəfər olan gəmi batıb. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, xilasedicilər gəmidəki sərnişinlərdən 219 nəfərini xilas ediblər.

AZADİNFORM. Fransada prezidentliyə sosialistlərin namizədi olan Fransua Ollandın seçicilərlə görüşü zamanı başına un töküblər.

AZADİNFORM. Misirdə futbol oyun zamanı azarkeşlər arasında baş verən qanlı toqquşmada 74 nəfərin ölümü ilə bağlı ölkədə 3 günlük matəm elan edilib.

AZADİNFORM. Ankara Xüsusi Səlahiyyətli Baş Prokurorluğu 2007-ci ildə ordunun yaydığı 27 aprel “e-bəyanatı”yla bağlı istintaq başladıb. “Azadinform” TRT-yə istinadən xəbər verir ki,  prokurorluğun 27 aprel 2007-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Yaşar Böyükanıt və digər komandanlardan ifadə alması gözlənilir.

AZADİNFORM. Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC abonentləri üçün yeni kampaniya elan edir. Kampaniya müddətində abonentlər hər 7 gündən 1-ni pulsuz danışmaq imkanı qazanacaqlar.

AZADİNFORM. Bu gün BDU-nun rektoru Abel Məhərrəmov Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kabalyero Tores, Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti və BDU-nun məzunu Elio Qames Neyra, İnstitutun Avropa Departamentində Azərbaycan üzrə cavabdeh olan xanım İbis Alvisa ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a BDU-dan veriblər.

AZADİNFORM.  Filippində “Əl Qaidə”yə bağlı 3 terror təşkilatı liderinin öldüyü açıqlanıb. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, ordudan verilən açıqlamaya görə, ölkənin cənubundakı “Əbü Səyyaf” və “İslami Camaat” terror təşkilatlarının 3 lideri öldürülüb.

AZADİNFORM. Rusiyada prezidentliyə namizəd Vladimir Jirinovski növbəti axmaq bəyanatını səsləndirib. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, Liberal Demokrat Partiyasının lideri Rusiyanın dövlət formasını parlament respublikasına dəyişdirməyi təklif edib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Adəm Abbaslı/AZADİNFORM. Bu gündən Türkiyənin Elazığ şəhərində “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti iştirak edəcək.

AZADİNFORM. Kolumbiyanın cənubunda silahlıların Tumako şəhərində törətdiyi partlayış nəticəsində 7 nəfər ölüb, 70 nəfər yaralanıb. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, partlayışı narkobizneslə bağlılığı olan silahlılar törədib.

AZADİNFORM. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana yenidən nümayəndə heyəti göndərəcək. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, nümayəndə heyəti 21-22 fevral tarixlərində Tehranda olacaq. Nümayəndə heyəti sonuncu dəfə yanvarın 29-30-da İranın səlahiyyətli şəxsləri ilə görüş keçirib.

Adəm Abbaslı/AZADİNFORM. Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Azadinform”a verilən məlumata görə, həftə sonuna kimi havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir.

Natiq Bağırov/AZADİNFORM. Havaların kəskin dəyişməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin işində problemlər yaradıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün seminar-məşğələ keçirilib. Bu barədə məlumatı “Azadinform”a TQDK-dan veriblər. 

AZADİNFORM. 800 milyon istifadəçisi olan “Facebook” səhmlərini açıq bazarda satmağa hazırlaşır. “Google” şirkətinin 2004-cü ildə səhmlərinin birjada yerləşdirilməsindən bəri bu haqqında ən çox bəhs edilən addım hesab olunur.

Həbibə/AZADİNFORM. 2011-ci ilin noyabr ayında Azərbaycanda 11 454 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb ki, bu, ötən ilin noyabrına nisbətən 70,0 % artıqdır.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Bu barədə “Azadinform”a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakıda hökm sürən çovğun və şaxtalı hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir. Bu barədə “Azadinform”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

1 səhifə 2-dən (dan) 1 2 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo