Xəbərlər » 1.2.2012

AZADİNFORM. 2012-ci il yanvarın 1-nə olan məlumata görə, Ermənistan əhalisinin sayı 3 mln. 274.3 təşkil edib.

AZADİNFORM. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 3-5-də Münhendə keçiriləcək 48-ci təhlükəsizlik siyasəti konfransında iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Britaniya məhkəməsində 4 nəfər London birjasını partlatmaq niyyətində olduğunu etiraf edib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, 2010-cu ilin dekabrında Pakistan və Banqladeş əsilli Britaniya vətəndaşlarını izləyən polis müdaxilə edərək hücumun qarşısını alıb. Məhəmməd Çaudri, Şah Rəhman, Quruqant Desai və Abdul Miya terror aktının hazırlanmasında iştirakını etiraf edərək London birjasının ayaqyoluna bomba qoyacaqlarını bildiriblər.

AZADİNFORM. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil edilən «Azərbaycan – sehrli rənglər diyarı» kampaniyası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «SOCAR – Azərbaycanın enerjisi» adlı təqdimatı keçirilib. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM “Türkiyə Avropada qəddar formada artan irqi ayrıseçkilik, ksenefobiya və islamafobiya hallarına qarşı susmayacaq”. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə görə, Fransada baş verən son hadisələr Avropada bu gizli təhlükənin peyda olmasının nəticəsidir. Qondarma erməni soyqırımının inkar edilməsinə görə cəzanın verilməsini nəzərdə tutan qanun barədə danışan baş nazir bildirib ki, «bu, irqi ayrıseçkiliyə əsaslanan və separatçı qanundur».


Mübariz Aslanov/AZADİNFORM. Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-195, Kiçik Qafqaz çaylarında 160-175, Lənkəran-Astara bölgəsi çaylarında 65-110, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.

Adəm Abbaslı/AZADİNFORM. Fevralın 11-də Dövlət Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

AZADİNFORM. “Qafqazda həll olunmamış münaqişələr və bəzi Mərkəzi Asiya ölkələrindəki qeyri-stabillik Avrasiyada yeni qaynar nöqtələrin meydana çıxmasının əsas səbəbi ola bilər.

AZADİNFORM. Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyada zorakılığı dayandırmağa ünvanlanmış qərar layihəsinə veto qoyub. Rusiya bu addımını qərar layihəsinin xarici hərbi müdaxiləni açıq-aşkar istisna etməməsi ilə əlaqələndirib.

Adəm Abbaslı/AZADİNFORM. Sahibkar Eldar Allahverdiyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, həmin şəxsə 2.7 min manat maliyyə sanksiyası tətbiq edilib.

AZADİNFORM. Pakistan İslam Respublikasının Senatı 1 fevral 2012-ci il tarixində “Pakistan – Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra Azərbaycanın ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul edib. Xarici İşlər Nazirliyindən “Azadinform”a bildiriblər ki, qətnamədə aşağıdakı məsələlər əksini tapıb:

 Həbibə/AZADİNFORM. Bu gündən etibarən Qətərə Doha-Bakı-Doha marşrutu üzrə birbaşa sərnişin aviareysinin həyata keçirilməsinə başlanılır.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında qurumun yaz sessiyasının iş planı müzakirə olunub. “Azadinform” xəbər verir ki, müzakirələr zamanı millət vəkili Astan Şahverdiyev 40 min nəfərin qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə imkan verən qanunun yaz sessiyasında qəbulunu təklif edib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. “Azadinform” xəbər verir ki, layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsində dağınıq skleroz xəstələrinin müayinəsi, müalicəsi, profilaktikası, reabilitasiyası, sanatoriyalarla təmin olunması ilə bağlı dövlət proqramının hazırlanması qeyd olunub.

Atif Eyvazov/AZADİNFORM. 2009-2011-ci illərdə Mərkəzdə 17 yeni peyk rabitəli telemetrik seysmik stansiyalar açılıb və fəaliyyət göstərir.


Mübariz Aslanov/AZADİNFORM. “Mətbuatın hansısa atmacası Azərbaycan-İran münasibətlərini tənzimləyə bilməz”. “Azadinform” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Ermənistandan azərbaycanlıların deportasiya olunmasının 65 illiyi münasibətilə azərbaycanlıların kütləvi deportasiyası haqqında qanun qəbul oluna bilər. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində küllü miqdarda narkotik alveri ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Abdullayevə hökm oxunub. “Azadinform” xəbər verir ki, məhkəmənin hökmü ilə İlham Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Adəm Abbaslı/AZADİNFORM. 26 fevralda keçiriləcək 84-cü “Oskar” mükafatlandırma mərasiminin aparıcıları bəlli olub.

AZADİNFORM. NATO-nun gizli hesabatında əks olunub ki, Pakistanın kəşfiyyat orqanları Əfqanıstandakı xarici qoşunlara qarşı hücumların istiqamətləndirilməsində “Taliban”a yardım edir. “Azadinform” xəbər verir ki, BBC və Londonun “The Times” qəzeti hesabata istinad edərək bildiriblər ki, “Taliban” liderlərinin yeri Pakistan rəhbərliyinə məlumdur.

1 səhifə 4-dən (dan) 1 2 3 4 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo