Hacı Murad Yegizarov və Fuad Poladov Növbətiyə hazırlaşır

Azadinform. Xalq artistləri Hacı Murad Yegizarov və Fuad Poladov “Növbəti”yə hazırlaşır. “Azadinform”un məlumatına görə, rejissor Ələkbər Tağızadənin quruluş verdiyi yeni “Növbəti” adlı tamaşada əsas rollar məhz bu sənətkarlara həvalə edilib.

Səhnə əsərinin premyerası mayın 14-də Teatr Xadimləri İttifaqının səhnəsində keçiriləcək. Tamaşa amerikalı dramaturq Nil Saymonun «Günəş oğlanlar» pyesinin motivləri əsasında hazırlanıb. Səhnə əsərində digər rolları Rafiq Əliyev, Emin Mirabdullayev və başqa aktyorlar ifa edir. Tamaşa saat 19:00-da olacaq.

25.04.2011 17:46 / Baxılıb: 1387 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo