Cavid Şahverdiyev Türkiyə QHT-sinin Azərbaycan təmsilçisi təyin edildi

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyev Türkiyənin ən böyük QHT-lərindən biri – Ailə və Sosial Əlaqələr Federasiyasının (ASƏF) Azərbaycan təmsilçisi təyin edilib. 

Federasiyanın yaradılmasında əsas məqsəd sağlam, müsəlman, milliyətçi bir gəncliyin formalaşması üçün çalışmaq və sağlam bir ailə quruluşu yaratmaqdır. Türkiyənin bütün bölgələrini əhatə edən Federasiyanın dünyanın 20-dən artıq təmsilçiliyi yaradılıb, proses davam edir. Federasiyanın təşkilatlanma işləri başa çatdıqdan sonra Türkiyədə dövlət və hökumət rəsmilərinin iştirakıyla möhtəşəm konqres planlaşdırılır.

Qeyd edək ki, C. Şahverdiyev bir sıra ölkələrdə keçirilən beynəlxalq forumlarda Azərbaycanı təmsil edib.

8.12.2014 11:44 / Baxılıb: 1082 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo