Azərbaycanda İordaniya gəncləri günləri keçiriləcək

Mübariz Aslanov/AZADİNFORM. İordaniyada rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov kral II Abdullahın qardaşı, İordaniya Milli Olimpiya Komitəsinin sədri Əmir Feysəl ibn əl-Hüseyn, Baş nazir Maruf Baxit, gənclər üzrə Ali Şuranın sədri Əhməd əl-Masarva ilə görüşlər keçirib. Bu barədə məlumatı Azadinforma Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Gənclər üzrə Ali Şurada keçirilən görüşdə nümayəndə heyətləri iki ölkə arasında gənclər siyasəti və idman sahələrində iş təcrübəsinin mübadiləsi imkanlarını müzakirə edib, birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Burada hər iki ölkədə Gənclər günlərinin, gənclər siyasəti sahələrinə həsr olunmuş görüş və forumların keçirilməsi, tələbə və gənclər təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması müzakirə edilib. Görüşlər zamanı hər iki ölkə başçısı arasında mövcud münasibətlərin bütün digər sahələrə təkan verdiyi vurğulanıb və tərəflərin müxtəlif sahələrdə konkret nəticələrə yönəlmiş birgə fəaliyyətinin davam etdirilməsinin vacibliyi qeyd edilib. Səfər çərçivəsində A.Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət də verilib. Xatırladaq ki, İordaniya ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlıq üzrə Saziş və tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq üzrə tədbirlər planı mövcuddur.
21.04.2011 15:28 / Baxılıb: 565 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo