"Real" Madrid kuboksuz qaldı

Seymur Əliyev/AZADİNFORM. Madridin "Real" klubu portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında ilk kuboku qazanıb.

“Azadinform” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, "Kral klubu" tarixində 18-ci dəfə İspaniya kubokuna sahib olub.
Mourinyonun komandası finalda əzəli rəqibi "Barselona"nı məğlub edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib. "Real" əlavə vaxtda istəyinə çatıb. 103-cü dəqiqədə komandanın lideri Kriştianu Ronaldu qələbə topunu vurub - 1:0.
Bu gün səhər isə Madriddə qələbə gəzintisi zamanı “Real”ın müdafiəçisi Serjio Ramos ötən axşam qazanılan İspaniya kubokunu yerə salıb. Komandanın avtobusu isə kubokun üstündən keçib. Kubokun qırıqları yerdən yığılıb və qaliblərə verilib.

21.04.2011 15:22 / Baxılıb: 728 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo