Azərbaycan filmləri Rusiyada bərpa prosesindədir

Adəm Abbaslı/AZADİNFORM. Texniki baxımdan yararsız olan Azərbaycan filmlərinin bərpası Rusiyada da aparılır.

Dövlət Film Fondunun mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, fond Rusiyanın Teleradio Fondu ilə birgə rejissor Oqtay Mirqasımovun yazıçı Elçinin ssenarisi əsasında 1982-ci ildə çəkdiyi “Gümüş furqon” və Tofiq İsmayılovun 1986-cı ildə çəkdiyi “Yay gününün xəzan yarpaqları” filmləri bu ölkədə bərpa olunur. Hazırda bərpa prosesində olan filmlərin yaxın vaxtlarda Azərbaycana gətiriləcəyi bildirilir.
Qeyd edək ki, hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunur.

11.08.2011 13:56 / Baxılıb: 328 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo