Timoşenko həbs edildi

AZADİNFORM. Kiyevin Peçersk şəhər məhkəməsi ittiham tərəfinin eks-baş nazir Yuliya Timoşenko barəsində həbs qəti imkanı tədbiri seçilməsi barədə iddiasını təmin edib. «Azadinform» «UNİAN»a istinadən xəbər verir ki, Timoşenkonun həbsinə rəsmi səbəb onun sistematik qanun pozuntularına, xüsusən də şahidlərin dindirilməsinə mane olması olub.

Belə ki, o, məhkəmədə ifadə verən baş nazir Nikolay Azarovu birbaşa korrupsiyada ittiham edib. Eks-baş nazirin tərəfdarlarını buna etiraz edərək, zalda «rüsvayçılıq» deyə qışqırıblar. Timoşenkonu nəzarət altına almaq üçün zala 30-a qədər milis əməkdaşı gəlib və onlar eks-baş naziri zaldan çıxarıblar.

5.08.2011 18:35 / Baxılıb: 455 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo